525.Az

"Azərbaycanlılarla ermənilər arasında düşmənçilik əməkdaşlıqla əvəz olunmalıdır"


 

"Azərbaycanlılarla ermənilər arasında düşmənçilik əməkdaşlıqla əvəz olunmalıdır"<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan Ermənistan prezidentlərinin oktyabr ayının 27- Parisdə keçirilən görüşü haqda məlumat verərkən qeyd edib ki, prezidentlər hər dəfə görüşmək imkanı əldə etdikləri zaman öz mövqelərinə aydınlıq gətirə Parisdə olduğu kimi, əsas məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldıra bilərlər. Onun sözlərinə görə, hər iki prezident münaqişəni sülh yolu ilə həll etmək istəyir: "Dövlət başçıları açıq şəkildə bildiriblər ki, sülhün əldə olunmasının vaxtı çatıb. Azərbaycanlılar ermənilər arasında düşmənçilik əməkdaşlıqla əvəz olunmalıdır".

Amerikalı həmsədr vurğulayıb ki, prezidentlərin görüşü təmas xətti Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabitləşməsinə səbəb olub. O deyib ki, Fransa prezidenti Fransua Olland böyük sülh müqaviləsinin tərtib edilməsinə başlamağı təklif edib: "Mən ümidvaram ki, tərəflər bu addıma ciddi yanaşacaqlar. Fransua Olland həmçinin sülhün əldə olunması üçün zəmin yaradacaq qarşılıqlı etimadın gücləndirilməsi ilə bağlı tədbir görməyi təklif edib". Amerikalı həmsədr münaqişə tərəflərini etimadın gücləndirilməsini təmin edəcək tədbirləri görməyə çağırıb. O, prezidentlərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə münaqişə nəticəsində itkin düşən şəxslər haqqında məlumat mübadiləsi haqqında razılıqlarını alqışlayıb.

Bu barədə "Qarabağ müharibəsi əlilləri, veteranları şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev "525"ə açıqlamasında qeyd edib ki, müharibə başa çatmamış, torpaqlarımız işğaldan azad edilməmiş bizim düşmənlə heç bir əməkdaşlığımız ola bilməz. Onun sözlərinə görə, bunu dünya ictimaiyyəti, aparıcı dövlətlər, eləcə ATƏT-in Minsk qrupunun həmsədrləri çox gözəl bilir: "Sadəcə Qərb dövlətləri Amerika Birləşmiş Ştatları Azərbaycana ikili standartlar, ikili yanaşma ilə təsir etmək istəyirlər. Müxtəlif yollarla əldə olunan təsir vasitələrindən Azərbaycana qarşı istifadə edən bu qüvvələr düşmənlə mövcud vəziyyətdə barışıq əldə olunmasına çalışırlar. Təbii ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışan deyil. Dağlıq Qarabağ 7 ətraf rayon işğaldan azad edilməmiş Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.

Ermənilərin qədim Azərbaycan əraziləri üzərində bir dəfə dövlət qurduqları azmış kimi təkrarən 20 faiz torpağımızı da işğal edərək yeni erməni dövləti yaratmaq istədiklərini xatırladan M.Mehdiyev bu vəziyyətdə düşmənlə əməkdaşlıq əlaqələrinin müzakirə mövzusu olmadığını deyib: "Bu vəziyyət heç cür qəbul oluna bilməz. Əfsuslar olsun ki, beynəlxalq aləmdə Ermənistanın tərəfdaşları daha çoxdur. Ancaq Azərbaycan uğurlu fəaliyyət apararaq əsl həqiqətləri dünyaya çatdıra bilib. Bunun ciddi nəticəsini hələ ki, görə bilməsəkdə, vasitəçi dövlətlər istəsə, qısa müddət ərzində istənilən konfliktə ciddi təsir edib həll yolları tapa bilirlər. Görünən odur ki, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması həmin dövlətlərin öz maraqlarına uyğun gəlir. Buna görə Ermənistanın işğalçı siyasətinə ciddi müdaxilə etmirlər. Daha çox mövcud vəziyyətlə barışması üçün Azərbaycana təsir edirlər".

Bir milyondan artıq vətəndaşımızın məcburi köçkün həyatı yaşadığını diqqətə çatdıran M.Mehdiyev tək atəşkəsin imzalanmasından 20 ildən artıq müddətin ötdüyünü bu dövr ərzində böyüyən uşaqların öz doğma yurdlarından kənarda böyüdüyünü bildirib. QHT sədrinin sözlərinə görə, həmin uşaqların dədə-baba yurdlarından hansı məlumatı ola bilər ki, öz yaxınlarının qəbirlərini belə görməyə imkan tapmayıblar: "Yaşlı nəsildən olan xeyli sayda məcburi köçkün Vətən həsrəti çəkərək vaxtından əvvəl dünyasını dəyişib. Bu insan hüquqlarının, vətəndaşın konstitusyon hüquqlarının pozulmasıdır. Buna göz yummaq olmaz".

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Ələkbərli hesab edir ki, işğal altında olan torpaqlarımız geri alınmayana kimi Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz: "Belə bir məsələ var: Düşməni bağışlamaq olar, yalnız onu asandan sonra. Bu gün istər Amerika Birləşmiş Ştatlarının, istər ATƏT-in, istərsə Qərb dairələrinin düşündüyündən asılı olmayaraq, heç kimin haqqı yoxdur ki, Azərbaycanı düşmənlə əməkdaşlıq etməyə sövq etsin. Bunu istəsələr bacara bilməzlər. Birmənalı olaraq rəhbərlik etdiyim qurum adından bu təklifi qətiyyətlə rədd edirik. Qarşılıqlı əməkdaşlıq yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra qurula bilər. Sülh yolu ilə olmasa, müharibə ilə biz haqqımızı tələb edəcəyik. Azərbaycan xalqının səbri tükənməz deyil".

Ermənistanda onsuzda vəziyyətin dözülməz səviyyədə olduğunu xatırladan QHT sədri Ş.Ələkbərli qeyd edib ki, ermənilər yenə sülh prosesindən yayınmağa cəhd etsələr, ordumuzun qüdrətinin yenidən şahidi olacaqlar: "Avqust ayında Azərbaycan onlara öz qüdrətini göstərdi. Bu halın yenidən təkrarlanmağını istəmirlərsə, işğaldan əl çəkməli, sərsəm iddialarından uzaq olmalıdırlar. QHT olaraq bizim borcumuz dövlətimizə, xalqımıza dəstək verməkdən ibarətdir. Ermənistanı, onun başkəsən rəhbərlərini diz üstə çökdürməyə bizim yetəri qədər gücümüz var".

Ceyhun ABASOV

 





06.11.2014    çap et  çap et