525.Az

Çingiz Abdullayev Bolqarıstan universitetinin fəxri doktoru oldu


 

Çingiz Abdullayev Bolqarıstan universitetinin fəxri doktoru oldu<b style="color:red"></b>

Dünya şöhrətli Azərbaycan yazıçısı Çingiz Abdullayevin Bolqarıstanın Kitabxana Araşdırmaları İnformasiya Texnologiyaları Universitetinin fəxri doktoru adına layiq görülməsi ilə bağlı təntənəli mərasim keçirilib. Tədbirdə Bolqarıstanın vitse-prezidenti Marqarita Popova, xarici İşlər mədəniyyət nazirlərinin müavinləri, Prezident Administrasiyasının məsul işçiləri, Bolqarıstanda akkreditə olunmuş səfirlər, digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Stoyan Dençev Çingiz Abdullayevin iki yüzə yaxın əsərinin bir çox xarici dilə tərcümə olunması, 26 milyon nüsxə tirajla dünyanın bir çox ölkələrində, o cümlədən Bolqarıstanda çap edilməsi, kitablarının geniş oxucu kütləsi tərəfindən sevilməsi barədə ətraflı məlumat verib.

Daha sonra rektor Çingiz Abdullayevə fəxri doktor diplomu mantiya təqdim edib.

Tədbirdə çıxış edən Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Çingiz Abdullayevin universitetin fəxri doktoru adına layiq görülməsinin əlamətdar hadisə olduğunu qeyd edərək, yüksək adın verilməsinin Bolqarıstan ilə Azərbaycan arasındakı dostluq əlaqələrinə verilən töhfələrin göstəricisi olduğunu vurğulayıb, ölkələrimiz arasında dinamik inkişaf edən əlaqələri diqqətə çatdırıb.

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov Çingiz Abdullayevin fəxri doktor adına layiq görülməsinin iki dost ölkə arasında humanitar, mədəni digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Çingiz Abdullayev yüksək fəxri ada layiq görülməsinə görə ali təhsil ocağının professor-müəllim heyətinə, bu qərarın təşəbbüskarlarına təşəkkürünü bildirib, müasir dünyada ədəbiyyatın rolu, həmçinin Azərbaycan mədəniyyəti ədəbiyyatı haqqında ətraflı söhbət açıb.

Mərasimin sonunda Çingiz Abdullayevin müxtəlif dillərdə nəşr olunmuş kitabları müəllifin xatirə yazısı ilə iştirakçılara hədiyyə edilib (AzərTAc).

 





06.11.2014    çap et  çap et