525.Az

"Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb və imkanlar" mövzusunda konfrans keçirilib


 

"Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb və imkanlar" mövzusunda konfrans keçirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU)    "Vernisaj"  zalında   " Muzeyşünaslıq: mütəxəssis  hazırlığında yeni  tələb    imkanlar"  mövzusunda   elmi-praktiki  konfrans keçirilib.  Konfransı  giriş  sözü  ilə  açan ADMİU-nin  rektoru,  professor  Fərəh  Əliyeva  son zamanlar ölkəmizdə açılan, dünya standartlarına cavab verən, yeni texnologiyalarla təchiz olunan muzeylər haqda məlumat verərək,bu istiqamətdə  yüksək ixtisaslı müasir kadrlara  ehtiyac olduğunu vurğulayıb.  Muzeyşünaslıqla bağlı kompleks məsələlərin, xüsusən mütəxəssis hazırlığının müxtəlif aspektlərinə həsr olunan konfransda  ADMİU-nun professor müəllim heyəti ilə  yanaşı Mədəniyyət Turizm   Nazirliyinin, BDU-nin, Turizm İnstitutunun nümayəndələri,   Muzey direktorları, eləcə magistr doktorantlar iştirak edib.

Mədəniyyət Turizm   Nazirliyinin  muzey  sektorunun  müdiri  Azadə  Hüseynova  "Azərbaycanda  muzeyşünaslığın  inkişafı -  tələb    vəzifələr", Lətif  Kərimov  adına Azərbaycan xalçası   Xalq Tətbiqi Sənəti  Dövlət  Muzeyinin  direktoru,  sənətşünaslıq  doktoru,  professor  Röya  Tağıyeva  "  Muzey  praktikası, muzey  təhsili,  muzeyşünaslıq: əlaqələr    ikili  münasibətlər" , Azərbaycan  Musiqi Mədəniyyəti  Dövlət Muzeyinin    direktoru,  elmlər  namizədi,  dosent  Alla  Bayramova   " Müasir  muzey  işçisinin   formalaşmasında  ümumi    dünyagörüşü    mədəni   inkişaf    əsas  keyfiyyətlərdən  biri  kimi" mövzusu ilə  Azərbaycanda  muzeyşünaslığın tarixi, inkişaf yolu, müasir dövrdə muzeyşünaslığın qarşıya qoyduğu məqsəd vəzifələr, bu sahədə yeni yükəsk ixtisaslı mütəxəssislərin yetişdirilməsi, təcrübə sisteminin artırılması, beynəlxalq təcrübə, tələbələrin nəzəri  biliklərinin  möhkəmləndirilməsi haqda maraqlı məruzələrlə çıxış ediblər.

ADMİU-nun  muzeyşünaslıq  kafedrasının  müdiri,  pedaqogika  üzrə  fəlsəfə  doktoru,  dosent   Yeganə  Eyvazova  " Muzeyşünaslığın  tədrisi: problemlər    perspektivlər", muzeyşünaslıq  kafedrasının  dosenti,  sənətşünaslıq  üzrə  fəlsəfə  doktoru  Elfira  Məlikova  " Muzeyşünaslıq    muzeylər  probleminin  təhlilinə  elmi-nəzəri  yanaşma  metodları" , sənətşünaslıq  doktoru  Səltənət  Tağıyeva   " Muzeyşünaslıq  ixtisası  üzrə  elmi-tədqiqat  işlərində  problematika  məsələləri" məruzəsi ilə çıxış edərək, muzeyşünaslıq  tədrisinin  strategiyasında həllini gözləyən bəzi  çatışmazlıqlar, boşluqlar haqda, muzeyşünaslıq  sahəsində  aparılan  elmi-tədqiqat  işlərinin məzmunu kimi bir sıra problemlərə toxunublar.

 Gürcüstanın  İlya  Universitetinin  professoru    İncəsənət  üzrə  Tədqiqat  İnstitutunun  direktoru  Levan  Xetaquri   " Beynəlxalq  muzey  praktikasında   yeni  meyllər    tədrisdə  ümumi  standartlar", BDU-nun  gender      tətbiqi  psixologiya  kafedrasının   dosenti,  psixologiya  elmlər  namizədi  Elmira  Kazımova    " Muzey  işçisi: muzey  mühafizəçisi    bələdçisindən   yenilikçi      mediatora  aparan  yol",  Avropa   Mədəniyyət  Parlamentinin  üzvü,  Avropa  Muzey  Forumu  tərəfindən  keçirilən  "Avropa   İlin  Muzeyi"( EMYA)  müsabiqəsinin  münsiflər  heyətinin  üzvü  Cahangir  Səlimxanov  "Dəyişən  dünyada  yeniləşən  muzey  üçün  mütəxəssisi  necə  yetişdirməli" adlı məruzələrində isə müasir  muzey  konsepsiyasında  innovativlik,  universallıq , interaktiv  metod, beləliklə müasir seyircinin tələblərinə cavab verməsi, bunun üzərində başqa məqamlara aydınlıq gətiriblər.

Maraqlı müzakirələrlə keçən konfransın sonunda muzeyşünaslıq təhsili ilə bağlı  problemlərin həlli, mütəxəssis hazırlığının, keyfiyyətin daha da artırılması, tələbələrdə müzeyşünaslığa marağın yaradılması s. kimi məsələlərlə bağlı təkliflər irəli sürülərək, belə konfrans, görüşlərin mütəmadə olaraq keçirilməsinə ehtiyac olduğu vurğulanıb.

 





06.11.2014    çap et  çap et