525.Az

Dünyaya açılan bir pəncərə var...


 

Dünyaya açılan bir pəncərə var...<b style="color:red"></b>

Sizə sual versələr ki, bir adam həm riyaziyyatçı, həm jurnalist; həm mühasib, həm inşaatçı; eyni zamanda gözəl saz çalan təkrarsız misralar sahibi bir şair ola bilərmi? Bütün bunların üzərinə , səmimilik, mehribanlıq, dürüstlük, etibarlı iradəli olmaq kimi müsbət insani keyfiyyətləri gəlsək?

Belə birisi yoxdur”, – deyərsiniz... yanılarsınız. Belə bir insan var! Elə bu oxuyacağınz yazı da onun haqqındadır.

Nədənsə, biz insanlar, adicə yol gedərkən, ya da dəniz sahilində gəzərkən, yüyürüb qaçarkən, yorulub dincələrkənnecə xoşbəxt olduğumuzu anlamırıq. Amma bir anlığa bunlardan məhrum olduğumuzu fikirləşsək, dəhşətə gələrik yəqin ki.

Bütün dünyasıpəncərəsi önündə açılan mənzərədən, səyahət etdiyi yerlərevinin dörd otağından, gördüyü insanlar isə, yanına gedib gələn əzizlərindən bir neçə dostundan ibarət olan bir şair var aramızda. Çoxları onu tanıyır, lakin çoxları da tanımır. Gəlin tanış olaq:

Elman Şəmşəd oğlu Tovuzşair, jurnalist, riyaziyyatçı, inşaatçı, layihəçi, modelyer s... s... 10 aprel 1961 ildə Tovuz mahalının Şıxheybət kəndində dünyaya gəlib.

Bozalqanlı kənd orta məktəbini, sonralar Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ümumiqtisad fakültəsini həmin institutun o zamanlar açılmış jurnalistika fakültəsini bitirib.

Elə tələbəlik illərindən qəzetlərdə, jurnallarda şeirləri məqalələri dərc olunub.

Dörd şeir kitabının müəllifidir.

1998-ci ilin dekabr ayında avtomobil qəzasına uğrayıb, elə o zamandan da əlil arabasındadır.

Bizim tanışlığımızın sonrakı qırılmaz dostluğumuzun tarixi 3 ilə yaxındır... Amma onun qəmli nağılı çoxsan başlayıb, lap çoxdan... Bu nağılın əvvəlini o özü belə danışır:

“... Mən valideynlərimin 3- övladıyam. Atamla heç vaxt bu haqda söhbətlərimiz olmayıb, amma rəhmətlik anam, mənim uşaq maraqlarımı cavablandırmaq üçün deyirdi ki, yazda yer əkini vaxtları doğulmuşam. Biçin vaxtı taxıllıqdan tapıldığımı söyləyirdi anam... Həmişə düşünürdüm ki, məni ora kim gətirib qoyub görəsən? Evimizin qarşısında bir zolaq taxıl zəmisi olduğunu indi xatırlayıram...

Doğrusu, çox utancaq idim... İndi o hiss qalıb məndə. Güləndə üzümdə oyuq yaranırdı, çökəlirdi yəni. O da həmişə başıma bəla olurdu. Bir dəfə qonşumuza bir qız gəlmişdi. Məndən çox böyük idi (onda mən 5-ci sinifdə oxuyurdum). Üzünü o biri uşaqlara tutub dedi ki, mən yuxumda görmüşəm ki, güləndə üzü çökələn oğlana ərə gedirəm. Hamınız gülün! Mən ordumu köpürdüb gülmək istədim, o isə ikiəlli üzümdən tutub dedi: “ Elə yuxuda gördüyüm sənsən, əl çəkən deyləm”. Qıpqırmızı olmuşdum. Sonra onlar rayona qayıdanda bir neçə gün ağladım. Anama yox, bacıma dedim, o da məni ələ salırmış kimi başladı gülməyə... 2-3 gün bacımı danışdırmadım...

Orta məktəbdə 6- sinifdən sonra başlamışam oxumağa, özü necə... Hətta deyənlər vardı ki, Şəmşədin oğlunavergiverilib. Məktəbdə mən çıxıb dərs danışanda artıq yoldaşlarımın təəccübünü açıqca hiss edirdim.

Mən 1978 – ci ildə orta məktəbi bitirdim. ADU-nin tətbiqi riyaziyyat fakültəsinə daxil ola bilmədim, necə deyərlərkonkursa düşdüm. Bir ilə yaxın işlədim 79-da sənədlərimi XTİ-nun ümumiqtisad fakültəsinə verdim daxil oldum. O sevinci sözlə ifadə edəmmirəm. Tələbə biletini almışdım yenə tələbə olduğuma inanmağım gəlmirdi.

İkinci kursda oxuyanda tələbə yoldaşlarım artıq şeir yazdığımı bilirdilər. Şair İsa Musayev bizim müəllimimiz idi. O, mənim bir neçə şeirimi dinlədikdən sonra, institutun redaksiyasına apardı. Redaktorla tanış etdi. Redaktor bir mövzu dedi o mövzu haqqında kiçik bir məqalə yazmağı tapşırdı. Yazdığımı oxuyandan sonra 3-4 şeir götürdü... İki həftə keçmiş olardı, dərsə gələndə tələbə yoldaşlarım məni təbrik etdilər, hətta şairdeyə zarafatlaşdılar da... Özümü itirmişdim...

Tələbə olduğum vaxtlar institutda İTF (ictimai peşələr fakültəsi) təsis edildi. Mən həmin fakültənin jurnalistika ixtisasına daxil oldum. Dərslər axşam keçirilirdi beləcə, mən iki fakültədə oxuyurdum. Jurnalistikanın əsasları, natiqlik onun inkişafı, nitq mədəniyyəti kimi fənnləri sevməyə başladım. 82-ci ildə instututunİqtisadçıqəzetinin heyətində iki tələbədən biri mən oldum. O vaxtdan etibarən hiss etdim ki yazmalıyam, daha doğrusu yazmaya bilmirəm. İnstitutda keçirilən ədəbi məclislərə, ad günlərinə, yaradıcılıq gecələrinə dəvət almağım məni daha da ruhlandırır, yeni şeirlər yazmağa sövq edirdi... Tələbə dostlarım mənəşairdeyə müraciət etmələri çox xoşuma gəlirdi, hətta küçədə gedəndə elə bilirdim məni tanıyırlar...”

...Gülür.

Mehriban çöhrəsinə gülmək həqiqətən gözəl yaraşır. O tutulanda, sanki bir hüzün çökür bu böyük yaraşıqlı evə.

Amma hər bir nağılın bir qəmli, kədərli yeri olur. Elman Tovuz nağılında da ürəkgöynədən məqam vardırhəyat dolu bir insanın, gələcəyə ümid, yaşam eşqi, ilham dolu bir şairin bütün dünyasını bir pəncərə önünə cəmləşdirən məqam... bu anlarda gözləri yol çəkir, qeyri-ixtiyari başını silkələyir, sanki istəmədiyi xatirələri özündən uzaqlaşdırmaq istəyir.

“...O vaxtlar Kürdəmirdə Dəyirman tikdirirdik. Tikinti başa çatmışdı. Müəssisənin açılışına hazırlaşırdıq. Bununla bağlı rayon müəssisələrindən birinin müdiri ilə görüşüm var idi. 1998 – ci dekabrın 11 – saat 10 –00 Kürdəmirin Mollakənd kəndində olmalı idim. Bakıdan saat 6-05 çıxmışdım. saat 8-30 da həmin rayon ərazisində (İmişli yolu da deyirlər) qəflətən maşın oynadı. İdarəetməni itirdim, əyləci basdım. Maşın yolun kənarına sığdı bir andaca aşdı, göydə çevrilib 3 metr hündürlükdə olan enişdən aşağı düşdü bərk yerə çırpıldı.

Onurğamın sınıq səsi hələ qulağımdadır.

Beləcə, 13 ildir əlil arabasındayam. Allaha min şükürsizlərin arasındayam, yaxşıyam, gümraham. Tanrı mənə, kimsəyə vermədiyi bir dözüm verib. Fəda olum Yaradana. Biz onunuq! O özü yaradıb, istəyir edir, karəyik ki, etiraz edək?! Bəlkə belə olduğu daha yaxşıdır. Dünya elə yamanlaşıb ki! Pislikləri, haqsızlıqları görmürəm heç olmasa...”

...Susur.



Dediyi sözlərə inanır da, inanmır da. Sazını bir dəli nisgillə sinəsinə sıxıb çalır:

dərddi çəkirəm, hələ bilmirəm,

Sağala bilmirəm, ölə bilmirəm.

Ayrı cür yanına gələ bilmirəm,

Sən məni yuxuda çağır bir axşam.

Bu qəmi, möhnəti əritmək üçün,

Sızlayan qəlbimi kiritmək üçün,

Yapışıb qolumdan, yeritmək üçün

Sən məni yuxuda çağır bir axşam.

Bu sevda nur olub, zülməti haqlar,

Qorxma, sirrimizi özündə saxlar.

Yanangözlər olar, susandodaqlar,

Sən məni yuxuda çağır bir axşam.

Əli dolu gəlim, əli boş gedim...

Gedəndə büdrəyim yolu çaş gedim.

Sənə ac olsam da, könlü xoş gedim,

Sən məni yuxuda çağır bir axşam.

Beləcə, qəlbimin ehtiyacı bol,

Haqqa gedən yoldu sənə gələn yol!

Adımı çağırma, ehtiyatlı ol...

Sən məni yuxuda çağır bir axşam.

...Qəribə insandır Elman müəllimbir yeniyetmə qədər utançaq, bir ahıl qədər müdrikdir. Yalan, saxtakarlıq bilməz... Düzə düz, əyriyə əyridir. Amma bununla belə, kimsənin könlünü qırmaq istəməz. Öz yüngül aurası ilə insanda elə xoş təəssürat yaradır ki, ilk görüşdən hər kəs onunla yoldaşlığa can atır. olur olsun ruhdan düşmür. Ədəbiyyat sevgisi, poeziya sevgisi onu hər zaman nikbin özü dediyi kimi, gümrah saxlayır.

Şəxsi layihəsi əsasında tikilmiş iki mərtəbəli səliqəli ev , bəyaz işləməli hasar da, güllü-çiçəkli bağça da, meyvə ağacları da, hətta çiyələk kolları da gedəni bir daha qaytarır. Özü , xanımı da olduqca qonaqpərvərdirlər. Süfrələri, nəinki dostlara, evlərinə gələn hər bir insana hər zaman açıqdır.

Çaldığı telli sazının sədaları könül oxşayır, insana yorğunluğunu, dərd-sərini unutdurur, bəzən isə titrədir, kövrəldir, duruldur...

Mən Bakıya hər getdiyimdə, vaxtım qədər az olur-olsun, ilk növbədə onun görüşünə gedirəm. Bu bir adət halını alıb. Hətta qızım Nilufər , onu öz əmilərindən seçmir, mənsiz olsa, mütləq Elman əmisini ziyarət edir. Aralarında qəribə ülvət məhəbbət var, ata-bala məhəbbəti. Özünün övladı olmasa da, bütün gəncləri balası qədər sevir bu mükəmməl insan. Neçə-neçə gənc şair onun müdrikliyindən, biliyindən təcrübəsindən bəhrələnib.

Yaşadığım Moskva şəhərində əziz dostumu yaxşı tanıyırlar. Bakıya gedən zaman ona baş çəkir sonra da, bir qayda olaraq, mənə xəbər verirlər. Onunla tanış olan hamı, bu görüşü, onun duzlu-məzəli, sazlı-sözlü, şeir dolu söhbətlərini unuda bilmir.

Keçən il, Elman TovuzunSən məni yuxuda çağır bir axşamadlı dördüncü şeir toplusunu işıq üzü görmüş böyük oxucu kütləsi toplamışdı.

Üzvü olduğumŞəhriyarədəbi məclisinin təşəbbüsü ilə Moskvada bu kitabın təqdimatı keçirildi. Müəllifin özü yanımızda olmasa da, qəlbən hər birimiz onun yanında idik. Telefon bağlantısı quraraq, bir-bir onunla danışıb təbrik etdik. Cəmiyyətimizin sədri Vasif Məmmədov: “Əziz Elman qardaşım! Bu gündən sizi bu MoskvaŞəhriyarƏdəbi Mədəni Cəmiyyətinin fəxri üzvlüyünə qəbul etdik!” deyərkən, səsi titrədi. Hamımız mütəəssür olduq. Vasif müəllim, sonradan, Elman müəllimin kövrəldiyini danışa bilmədiyini dedi.

Bu addım, əlbəttə ki, önəmli bir şey sayılmaya da bilər. Bir kitabın, müəllif iştirakı olmadan, təqdim olunması, bir cəmiyyətə üzv seçilməsi... Təbii, kimin üçünsə bunlar sıradan olan şeylərdir. Lakin önəmlisibizdən 2500 km uzaqda yaşayan Vətən oğlumuzun könlünü sevindirmək, onun gələcəyə, insanlara tutduğu yolun uğurlu olmasına inamını artırmaq idi. Dostlarının sayının gün-gündən çoxaldığını bildirmək zərurəti idi.

Şeirsəma, şeirdərya, şeirçöl,

Şeiriyyətin yox bucağı, yox ucu...

Mənim şeirimdağ kəndindən gələn yol,

Yormaz səni, qorxma, yeri, oxucu!

Oxuduqca baxışları ləngidin...

Duyuq düşsə misralarda yatmış dərd,

İstəsəniz bu nömrəyə zəng edin:

Beş yüz yetmiş, sıfır doqquz, altmış dörd”.

Əgər, bu inadçı, həyatın dərdlərinə yenilməyən şairi özümün sevdiyim qədər, sizə sevdirə bildimsə, xoşbəxtəm.

Siz yaxındasınız, dostlar! Onunla bir Vətəndə, bir şəhərdəsiniz. Sözlərilə sizə yalnızlığınızı qəmlərinizi unutduran şairi tək qoymayın. Adi bir telefon zəngiylə, adi bir mesajla sevindirin, fərəhləndirin.

Unutmayın: dünyaqəribə dünyadır. Ayaqda olan zaman bu günümüzü, yataqda olan zaman isə sabahımızı düşünürük. Amma hər nəyi düşünürüksə düşünək, insan olduğumuzu insanlar arasında yaşadığımızı unutmayaq! Dünyaya bir pəncərədən baxanların gözü, qulağı, əli, ayağı olaq! Bu dünyanı daralmağa, saralmağa, adiləşməyə ümidsizləşməyə qoymayaq!

Məşhur rus yazıçısı həkim A.P. Çexov deyib: “Sənin sağalmağını gözləyənlərin olduğunu bilən zaman, xəstəlik gözəldir!”

P.S. Sözlərimi əziz dostuma yazdığım bir şeirlə tamamlamaq istəyirəm.

SƏNİNTƏK

Qələm dostum Elman Tovuza

Bu aləmi qarış-qarış gəzənlər

Çöl-çəməni görə bilməz sənintək!

Min çəməndən min bir çiçək üzənlər

Gözəlini dərə bilməz sənintək!

Yaman çoxdu bəd niyyəti xoş bilən,

Bayquşu da bir uğurlu quş bilən.

Hər damcını gözdən axan yaş bilən

Könüllərə girə bilməz sənintək!

İnsaf elə, balığı at dəryaya...

Haqq önündə dura bilməz daş-qaya.

Ayrı kimsə bu qəribə dünyaya

Ürəyini verə bilməz sənintək!

13.11.12.

Moskva

 





16.11.2012    çap et  çap et