525.Az

Azad Rəhimov qəbul keçirib


 

Azad Rəhimov qəbul keçirib<b style="color:red"></b> Gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşüb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından 30-dək vətəndaş iştirak edib. 

Qəbul zamanı gənclər sahəsində QHT-lərin yaradılması üçün dəstək verilməsi, müxtəlif layihələrin dəstəklənməsi, yay istirahət düşərgələrinin təşkili,  məktəblərdə  hərbi hazırlıq otaqlarının, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının  keçirilməsi üçün bazanın yaradılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s istiqamətində müraciətlər olub.

Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar idman sahəsində edilən müraciətlər qəbul edilib.
Eyni zamanda, Gənclər Mərkəzlərinin, Olimpiya İdman Komplekslərinin tikilməsi, bəzi idman qurğularının təmiri sahəsində də təkliflər verilib.

Digər müraciətlər  ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb.  Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
 





07.11.2014    çap et  çap et