525.Az

Rövnəq Abdullayev: “DESFA-nın özəlləşdirilməsi daha çox Yunanıstana lazımdır”


 

Rövnəq Abdullayev: “DESFA-nın özəlləşdirilməsi daha çox Yunanıstana lazımdır”<b style="color:red"></b> Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ARDNŞ-in Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin 66% səhmlərinin alınması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiqləməyəcəyi barədə mətbuatda yazılanlara münasibət bildirib.
 

“APA-Economics”in məlumatına görə,  R. Abdullayev bildirib ki, bu yoxlamalar normal bir prosesdir: “Bu proses Avropa İttifaqına aid olan ölkələrdə bir az mürəkkəb həyata keçirilir. Yunanıstanda sözügedən birliyin üzvü olduğu üçün istər-istəməz bizdə bu prosesləri keçməliyik.

Hal-hazırda bu istiqamətdə iş gedir. Bu layihə daha çox Yunanıstana lazımdır. Digər halda investisiya yatırılası çox yerlər var və daha gəlirli layihələr mövcuddur. Bu layihə isə artıq Yunanıstanın marağındadır”.
 





07.11.2014    çap et  çap et