525.Az

Bakıda ağır yol qəzası: 1 ölü, 2 yaralı


 

Bakıda ağır yol qəzası: 1 ölü, 2 yaralı<b style="color:red"></b>

Bu gecə Bakının Sabunçu rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
 
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xanlar rayon sakini İntiqam Məmmədovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Dəyanət Axundovun idarə etdiyi “Ford-Tranzit” markalı avtomaşınlar toqquşub.

Nəticədə İntiqam Məmmədov hadisə yerində ölüb. Digər maşının sürücüsü Dəyanət Axundov və sərnişini Pərviz Hüseynov ağır yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 





16.11.2012    çap et  çap et