525.Az

"Cəmil Əlibəyov Universiteti"


 

"Cəmil Əlibəyov Universiteti"<b style="color:red"></b>

Cəmil Əlibəyov 87 il öncə, 1927-ci ilin dekabr ayının 5- dünyaya gəlmişdi. Bu gün, 2014- ilin oktyabrın 27- isə 87 yaşında son mənzilə yola saldıq Cəmil müəllimi. Əzablı-əziyyətli, enişli-yoxuşlu illər onun ömür kitabına nələr yazmamışdı?!

Dünyaya göz açdığı vaxtdan daşıdığı Əlibəyov soyadındakı "bəy" titulu onu olmazın əzabları ilə üzbəüz qoyub. Hətta 5 il təhsil aldığı fakültənin - Azərbaycan Dövlət Universitetinin şərq filologiyası fakültəsinin sonuncu kursundan elə bu səbəbdən xaric edilib. Sonra yenidən universitetin tarix fakültəsinin birinci kursuna "ekstern" yolla qəbul olunub təhsilini davam etdirib...

1949-cu ildə sınaq qaydası ilə "Azərbaycan gəncləri" qəzetinə işə götürülüb. Üç ildən sonra isə ictimai keçmişi "ləkəli" olduğuna görə işdən kənarlaşdırılıb bir Stalinin ölümündən sonra əvvəlki işinə bərpa olunub. İyirmi il ərzində həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib, son on iki ildə isə qəzetin baş redaktoru vəzifəsində çalışıb. Həmin illər ərzində qəzetin tirajı 20 mindən 450 minə qədər artıb. Cəmil Əlibəyov Ümumittifaq Respublika qurultaylarına nümayəndə seçilib...

1970-ci ildən onun həyatının aktiv fəaliyyət dövrü başlayıb, daha məsul vəzifəyə, Azərbaycan Respublikası Radio Televiziya Verilişləri Komitəsinə sədr müavini vəzifəsinə irəli çəkilib. Yeni vəzifədə həyata keçirdiyi ilk Azərbaycan Televiziyasının Moskvada xüsusi müxbir məntəqəsinin təsis edilməsi olub. Elə həmin illərdə radioda "Bulaq" verilişinin yaradılmasına görə "Qızıl qələm" mükafatına layiq görülüb.

Qəzetdə işlədiyi illərdə ilk oçerklərini ("Əmək qəhrəmanlıq", "İlk addımlar", "Üç bacı") - yazıb çap etdirən C.Əlibəyovun 1964- ildə qələmə aldığı "Sınaq" romanı azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun rəhbərliyilə neftçilərimiz tərəfindən Sibirdə "qara qızıl" axtarışına həsr olunmuşdu.

1970-ci illər C.Əlibəyovun ədəbi yaradıcılığında yüksəliş illəri olub. Onun bir-birinin ardınca çap olunan romanları - "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" böyük oxucu məhəbbəti qazanıb. "Sınaq" "Qayaların göz yaşı" əsərləri rus dilinə tərcümə olunaraq, "Molodaya qvardiya" nəşriyyatında, "Mənim analı dünyam" trilogiyası isə 1990- ildə "Sovetski pisatel" nəşriyyatında çap olunub.

C.Əlibəyov həm tərcüməçiliklə məşğul olub Çingiz Aytmatovun "Ana tarla", " gəmi", "İlk müəllim", fransız yazıçısı Jorj Sandın "İndiana" əsərlərini dilimizə çevirərək, Azərbaycan oxucularına təqdim edib...

Özü haqqında "Mən ilk növbədə özümlə mübarizə aparıb, bəy mühacir oğlu olmağıma baxmayaraq, cəmiyyətə xidmət etmək üçün gərək olan keyfiyyətləri özümə aşılamağa çalışmışam", - deyən Cəmil Əlibəyov 1974- ildə C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru vəzifəsinə təyin olunub. Onun kinostudiyaya rəhbərlik etdiyi 10 il ərzində ərsəyə gələn "Dədə Qorqud", "Babək", "İstintaq", "Ad günü", "Uzun ömrün akkordları", "Dərviş Parisi partladır", "Dantenin yubileyi", "Qaynana" filmlərindən bəziləri müxtəlif kinofestivallarda beynəlxalq mükafatlara layiq görülüb...

Sonralar "Azərnəşr", "Yazıçı" kimi nəşriyyatlarda baş redaktor, direktor vəzifələrində çalışmış C.Əlibəyov ən nəhayətdə, "Elm həyat" nəşriyyatının təsisçi direktoru olub...

Cəmil müəllimin ömürnaməsinin qısaca arayışı yuxarıda deyilənlərdən ibarət olsa da, onun insanpərvərliyi, xeyirxahlığı, mərdliyi, vətənpərvərliyi, düzlüyü, mehribançılığı, qayğıkeşliyi, bir sözlə, əsl insana xas olan yüksək keyfiyyətləri haqqında deyilənlərdən kitablar yazılsa da, yenə az olar.

Son 20 il müddətində onu yaxından tanıyan insanlar arasında yaxşı ki, biz ("Elm həyat" jurnalının üç əməkdaşı - Ülkər Hüseynova, Mehparə Axundova mən - M.P.) olmuşuq.

Cəmil müəllimlə ilk dəfə 1973- ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib təyinatla Az.TV- işə göndərildiyim zaman tanış olmuşdum. O, həyat yoldaşıma mənə "sakit bir yerdə tapsanız, yaxşı olar", - deyib bizi yola saldıqdan 20 il sonra onunla ikinci dəfə çalışdığım jurnalın redaksiyasında - onun dediyi kimi "sakit yerində" yenidən görüşdük. Doğrusu, həmin anlarda heç ağlıma gəlməzdi ki, bir gün mən Cəmil müəllimin ailəsinə yaxın insanlardan biri olaram. Amma bütün bunlar baş verdi (o, əvvəlcə baş redaktoru olduğu "Vahid" qəzetini bizim redaksiyanın binasında yerləşdirdi) sonra "Elm həyat"ın kollektivi ilə qəzetin jurnalist kollektivi elə qaynayıb-qarışdı ki, kimin qəzetdə, kimin jurnalda işlədiyini ilk baxışdan ayırd etmək çətin olurdu. Qəzet bağlandıqdan sonra "Elm həyat" nəşriyyatının təsis edilməsi Cəmil müəllimin direktor kimi yenidən fəaliyyətə başlaması, bizləri nəşriyyatın işinə cəlb etməsi, onunla jurnalın əməkdaşları arasında doğma bir münasibət yaratdı.

1996-97-ci illərdə müvəqqəti olaraq "525-ci qəzet"in redaksiyası da bu binaya köçəndən sonra, redaksiyanın yerləşdiyi ünvan - İstiqlaliyyət küçəsi, Adil Babayev döngəsi 5 ünvanı Azərbaycanın tanınmış ziyalılarının - alimlərin, yazıçı şairlərin, jurnalistlərin, naşirlərin üz tutduğu doğma ünvana çevrildi.

Yeri gəlmişkən, 7 il bundan əvvəl Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda C.Əlibəyovun 80 illik yubiley tədbirində çıxış edən görkəmli ədəbiyyatşünas alim, akademik, nəcib insan Bəkir Nəbiyevin dediyi sözləri xatırlamaq istəyirəm. Cəmil müəllimin qəzetdə işlədiyi illəri yada salan Bəkir müəllim onun xeyirxahlığından danışarkən, müəllif yazıları üzərində necə diqqət həvəslə işləməyindən hətta kömək məqsədilə bir ştatı 2 yerə bölərək, 2 nəfərin işləməsinə şərait yaratmağından, "qonorar" almaları üçün onların əvəzinə məqalə yazmasından danışdı. Bəkir müəllim çıxışını belə tamamlamışdı: "Cəmil Əlibəyovdan danışanda, mənim yaddaşımda bir söz birləşməsi canlanır: Cəmil Əlibəyov Universiteti. Bu, insanlıq universitetidir. Eyni zamanda, adama tək yazar yox, adam olmağı öyrədən universitetdir. Böyük iftixarla deyə bilərəm ki, mən bu universitetin məzunuyam".

O vaxt çıxış edənlərin hər biri - Xalq yazıçısı Anar, Çingiz Abdullayev, Seyran Səxavət, Rəşad Məcid, sənətşünas Aydın Dadaşov, Xalq artisti Amalya Pənahova, kinoşünas Aydın Kazımov, jurnalist Tahir Aydınoğlu Cəmil müəllim barədə çox yüksək fikirlər söyləmişdilər...

Bu gün , yəni oktyabrın 27-, Cəmil Əlibəyovu son mənzilə yola salanların sırası elə 7 il əvvəlkinə bənzəyir. Ancaq çöhrələrə həkk olunmuş hüzn kədər vida mərasiminin sona çatdığını bildirirdi...

Bu gün çıxış edənlər - Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Seyran Səxavət, kinoşünas Aydın Kazımov, "Xalq" qəzetinin redaktor müavini Tahir Aydınoğlu bir daha Cəmil müəllim haqqında xoş xatirələrini dilə gətirdilər.

Rəşad Məcid Cəmil müəllim haqqında danışarkən, 1996-97-ci illərdə onu daha yaxından tanıdığını vurğulayaraq, qeyd etdi ki, Cəmil Əlibəyov elə bir şəxsiyyətdir ki, onunla yaşlı nəsil , orta gənc nəsil fəxr edə bilər. Çünki o, yaşından asılı olmayaraq, hər kəslə "öz dilində" danışmağı bacarırdı ünsiyyətdə olduğu insanları maqnit kimi özünə cəlb edirdi...

Seyran Səxavət isə hələ 55 il bundan əvvəl Cəmil Əlibəyov o vaxt bizlərə möcüzə kimi görünən Amerikanı səyahət edəndə, bizlər onunla görüşməyə, onun söhbətlərini dinləməyə məqam axtarardıq, - dedi. Seyran müəllim böyük fəxrlə "Azərbaycan gəncləri" qəzetinin 60- illər nəslinin bir araya gəldiyi ən doğma, ən əziz ocaq olmasından, həmin illər ədəbi nəslinin yetişməsində Cəmil Əlibəyovun əvəzolunmaz rolundan həvəslə, yana-yana danışdı. Onun elə bu dünyadakı əməlləriylə "cənnətin ən gözəl bir guşəsində" özünə yer tutduğunu vurğuladı.

"Xalq" qəzetinin baş redaktorunun müavini Tahir Aydınoğlu isə C.Əlibəyovun xidmətlərindən danışarkən, onun Qarabağ hadisələri zamanı (o dövrdə C.Əlibəyov "Xalq" qəzetinin baş redaktoru idi) xalqla birliyindən bu yolda gördüyü işlərdən danışdı...

7 il əvvəl, 80 illik yubiley tədbirində olduğu kimi, sonda yenə Cəmil müəllimin ailəsi adından yaxın qohumu, professor Sərdar Quliyev çıxış edərək, mərasim iştirakçılarına təşəkkür etdi beləcə, nəmli gözlər, kədərli baxışlar əziz bir insanı son mənzilə yola saldı...

"İstiqlal tariximizin yeni səhifələri açılarkən, "Elm həyat" jurnalı seçim yerimiz, isti yaradıcılıq yuvamız oldu", - deyən Cəmil Əlibəyov həqiqətən o "yuva"da elə ab-hava yaratmışdı ki, hər kəs özünü rahat hiss edir, hətta çətinliklərlə rastlaşanda da, Cəmil müəllimin məlhəm məsləhətləri hər birimizin gərəyi olardı. Cəmil müəllimin yanına istər kitab çap etdirmək üçün, istərsə hər hansı bir üçün gələn insanlar tez bir zamanda onunla dostlaşardılar. Sonda bizim "qazanc"ımız yeni insanlarla tanışlıq olardı. Bu səmimi münasibətlər Cəmil müəllimi bizə çox doğmalaşdırmışdı. O, nəşriyyata kənardan yeni işçi cəlb etmədən, jurnal əməkdaşlarının köməyi ilə nəşriyyatın işlərini elə planlaşdırmışdı ki, sanki bizim hər birimiz elə əvvəldən onunla birlikdə işləmişdik.

Rəhbərliyi yaradıcı kollektivi gənclərdən ibarət olan "525-ci qəzet"in əməkdaşları da Cəmil müəllimi özlərinə doğma hesab edirdilər.

Cəmil müəllimin yaxın dostu, jurnalist həmkarı Azad Şərif həmişə onunla bir yerdə olardı. Azad müəllimin özünəməxsus duzlu-məzəli zarafatlarını Cəmil müəllim çox məmnunluqla qəbul edər bizlərin onunla ünsiyyətdə olmağımızı, "canlı ensiklopediya"dan faydalanmağımızı tövsiyə edərdi.

Vaxtilə vəzifə pillələrini yalnız öz istedadı yüksək təşkilatçılıq bacarığı ilə fəth etmiş Cəmil müəllimin insanları müşahidə etməklə fərqləndirmək qabiliyyəti başqalarından fərqlənirdi. Ancaq heç kəsə münasibətini açıq-aydın bildirməzdi.

Doğrusu, Cəmil müəllim bizim kollektivdə Bacılar adlandırdığı üç nəfərə - jurnalın baş redaktoru Ülkər Hüseynova, şöbə müdiri Mehparə Axundovaya mənə daha çox etibar edirdi. Hər üçümüz nəşriyyatda çapa hazırlanan onlarla kitabın redaktoru olmuşuq Cəmil müəllimdən nəşriyyat işlərini incəliklərinə qədər öyrənməyə çalışmışıq. (Yeri gəlmişkən, indi hər üçümüz AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər şöbəsində elmi jurnalları nəşrə hazırlayırıq. - M.P.) Son illərdə Cəmil müəllimin səhhətində yaranan problem (o, səsini itirmişdi) bizləri ona daha diqqətli olmağa vadar etdi, çünki o, fikirlərini yalnız yazılı şəkildə tam çatdıra bilirdi...

Sonralar nəşriyyatın ünvanını dəyişsə , (artıq "Elm həyat" nəşriyyatı Cəmil müəllimin yaşadığı binada fəaliyyət göstərirdi) bizimlə olan əməkdaşlığını davam etdirirdi. Sevimli qızı, təcrübəli həkim, tibb elmləri namizədi Nigar xanımın vasitəsilə bizi axtarıb tapırdı. Biz (M.Axundova ilə mən) ona baş çəkməyi özümüzə borc hesab edərdik). 2007-ci ildə Cəmil müəllim bizi çağırtdırıb dedi: - Bilirsiniz ki, mən neçə illərdir Ömürnaməmi hazırlamaqla məşğulam. Bu işdə Nigar da mənə çox kömək edir. İstəyirəm ki, kitabın son variantını siz ikiniz oxuyasınız, razılaşmadığınız şeylər olsa, birlikdə yoluna qoyarıq. Beləliklə, Cəmil müəllim kitabı oxumaq üçün bizə verib xahiş etdi ki, qədər tez oxusanız, o qədər yaxşı olar. O, kitabın tərtibatı zamanı da bizim fikirlərimizi soruşub öyrənirdi. Hər ikimiz Cəmil müəllimin "Zəmanələrlə üz-üzə" adlı 480 səhifəlik kitabını səbr maraqla oxuyub sona çatdırdıq 2008-ci ildə çox gözəl tərtibat səliqə-səhmanlı bir kitab işıq üzü gördü. C.Əlibəyov bu kitab barədə yazırdı: "300 il əvvəldən başlayıb, neçə zəmanənin içindən keçən şəcərə həyatımız, nəhayət ki, kağıza köçürüldü".

Onu yaxından tanıdığımız müddət ərzində müşahidə etmişdim ki, Cəmil müəllim kiməsə kitab bağışlayanda, heç vaxt sözə xəsislik etməzdi. Hər kəsə özünə uyğun ürəkdən gələn sözlər yazardı. Mənə bağışladığı kitaba yazdığı son "məktubu" kiçik bir ixtisarla təqdim edirəm:

"Əzizimiz Maral xanım!

Artıq az qala iyirmi ilə yaxındır ki, biz "Elm həyat"ın səmimi ailəsində isti bir mühitin övladlarıyıq. Burada, kürsülü otaqda dünyanın yaxşısını-pisini görmüş sizlərlə birlikdə zəmanələrin dərd-sərini çəkmişik...

...Tale səni nələrləsə sındırmaq istəyib, ancaq sən öz mübarizliyinlə bizə örnək olmusan! Bir vaxtlar radioda birgə işləməyə məmur kimi razılıq vermədiyimin peşmançılığını isə çəkmirəm! Orada işləmiş olsaydın, ömrümün yaşlı vaxtında mehriban insanlara ehtiyac duyduğum zaman səninlə bacı-qardaş münasibətimizdən məhrum olardım!

Qoy redaktoru olduğunuz bu kitab bizim ailəvi yaxınlığımızı sizə daim xatırlatsın! 

Zəhmətinizi halal eləyin!

Sizin Cəmil müəllim. 2008".

Əzizimiz Cəmil müəllim! Təəssüf ki, bizim Sizdən halallıq almaq imkanımız olmadı!

Ruhunuz şad olsun!

6 noyabr 2014- il.

 





07.11.2014    çap et  çap et