525.Az

Cavidşünaslığa dəyərli töhfə


 

Cavidşünaslığa dəyərli töhfə<b style="color:red"></b>

Xəyalə ƏFƏNDİYEVA

Azərbaycan romantik ədəbiyyatının görkəmli nümayəndəsi, milli-romantik şeirin mənzum faciənin yaradıcısı filosof-şair, mütəfəkkir, dramaturq Hüseyn Cavid zəngin yaradıcılığı ilə Azərbaycanda milli şüurun oyanmasında, mənəvi-əxlaqi düşüncənin formalaşmasında böyük xidmət göstərib. Etnik ya milli mənsubiyyətlə bağlı heç bir hüdud bilməyən, bütün əsərlərində bəşəri düşüncə humanizmi təbliğ edən Cavidin zəngin irsi Azərbaycan eləcə dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsidir.

Ədibin çoxşaxəli yaradıcılığı dəfələrlə tədqiqata cəlb olunmasına baxmayaraq çağdaş dövrümüzdə müxtəlif aspektlərdən təhlil üçün bol material verir. Ədəbiyyatşünaslığımızda dahi sənətkarın irsinin tədqiqi üzrə müstəqil elm sahəsiCavidşünaslıq yaranıb. Cavidin yaradıcılığına əsl elmi münasibət keçən əsrin 60-70-ci illərindən başlayıb, Ə.Sultanlı, M.Cəfər, M.H.Türkəqul, Y.Qarayev, M.Əlioğlu, Ə.İbadoğlu, Z.Əkbərov, İ.Orucəliyev, T.Əfəndiyev, B.Şəfiyev, H.Ənvəroğlu, Ə.İsmayılov, Z.Abıyeva, G.Qafarova, N.Əzizova, L.Əsgərzadə, R.Hüseynov, A.Turan, T.Hüseynli, U.Ənvər başqaları bu istiqamətdə tədqiqat aparıblar.

Bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Məlahət Babayeva Cavidin irsi ilə əlaqədar dəyərli bir xidmət göstərib. O, “Hüseyn Cavidin dramlarında tarixi şəxsiyyətlərin bədii obrazlarımövzusunda tədqiqat işi üzərində uğurla işləyib, eyni zamandaTopal Teymurtarixi dramını ingilis dilinə tərcümə etmiş əsərə şərhlər yazaraq nəşr etdirib. Kitab 2012-ci ildə ADPU-nun nəşriyyatında işıq üzü görüb, elmi redaktoru professor Himalay Qasımovdur.

Tərcümə işi, ümumiyyətlə, məsuliyyətli işdir. Cavidi tərcümə etmək isə bu məsuliyyəti daha da artırır. Sevindirici haldır ki, Məlahət Babayeva bu işin öhdəsindən uğurla gəlmiş, Cavid əfəndinin özü demişkən, “imlasına toxunmadan”, əsərin ümumi məzmununa üslubuna xələl gətirmədən nəsrlə yazılmış bu tarixi faciəni ingiliscəyə çevirmişdir. Kitabın ali məktəblərin Azərbaycan ingilis filologiyası, jurnalistika, şərqşünaslıq, teatrşünaslıq, sənətşünaslıq s. fakültələrində dərs vəsaiti kimi istifadə olunması onun praktik əhəmiyyətini göstərməkdədir.

Məlahət Babayeva müasir ədəbi proseslə yaxından maraqlanan gənc qələm sahibidir. Çağdaş Azərbaycan şeiri, bədii nəsri dramaturgiyası ilə bağlı dövri mətbuatda çap olunan məqalələri onun istedadına ümid bəsləməyə haqq verir. Tədqiqatı oxuduqca bu qənaətə gəlirsən ki, müəllif obyektiniCavidin yaradıcılığını mükəmməl bilir, araşdırmalarında, müqayisə təhlillərində, qaldırdığı məsələlərin şərhində kifayət qədər elmilik müşahidə olunur. Tarixi faktlara yerli-yerində istinad şəxsiyyətin tarixdəki xidmətlərinin ədəbiyyatla sənətlə əlaqələndirilməsi elmi əsərə rəngarənglik gətirir.

Sovet ideologiyasının təsiri nəticəsində uzun müddət Cavidin bəzi əsərləri, o cümlədən, “Topal Teymuryanlış təqdim təhlil olunmuşdur. Bu mənada, Məlahət Babayevanın əsərlərə yeni baxışı, müstəqil düşüncə ilə yanaşması, qaldırdığı problemin həllində milli mövqedən çıxış etməsi təqdirəlayiqdir.

TədqiqatçıTopal Teymurtarixi dramında Cavidin yazıçı mövqeyini, milli düşüncəsini, türklüyün faciəsini çox düzgün dərk təhlil edərək yazır:

Cavid eşq gözəllik şairi olaraq XX əsrdə dünyanı bürüyən müharibələrə, qırğınlara, insan faciələrinə səssiz qala bilmirdi. Belə bir dövrdə dini, dili, tarixi mədəniyyəti bir olan millətlərin birlik sərgiləməsini, fitnə-fəsadlara uymamasını istəyirdi. Cavid firqələrə, təriqətlərə, milli azlıqlara ayrılmayıb ümumislam, ümumtürk bayrağı altında birləşməyi təbliğ edirdi”.

Düşünürəm ki, Cavidi duyan, dərk edən sistemli şəkildə təhlilə cəlb edən Məlahət Babayevanın bu tədqiqatı, tərcümə etdiyi kitab Cavidşünaslığa dəyərli bir töhfədir.

Bu münasibətlə müəllifi bu gənc alimin formalaşmasında böyük xidmətləri olan filologiya elmləri doktoru, professor Himalay Qasımovu təbrik edir yeni yaradıcılıq uğurları arzulayıram.

 





16.11.2012    çap et  çap et