525.Az

Cəbhə xəttində silahlar susmur


 

Cəbhə xəttində silahlar susmur<b style="color:red"></b> Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.

525.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Tərtər rayonunun Göyarx, Qızıl Oba, Nəmirli, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
Düşmən cavab atəşi ilə susdurulub.
 





08.11.2014    çap et  çap et