525.Az

Almaniyada PKK bayrağı qaldıran millət vəkilinin toxunulmazlığı ləğv olunub


 

Almaniyada PKK bayrağı qaldıran millət vəkilinin toxunulmazlığı ləğv olunub<b style="color:red"></b>

Almaniyada millət vəkilinin toxunulmazlığı ləğv olunub.
 
Lent.az-ın milliyyet.com.tr-ə istinadən  məlumatına görə, buna səbəb  qadın deputat Nikol Qolkenin "İŞİD" əleyhinə keçirilən aksiyada terror təşkilatı PKK-nın bayrağını qaldırması olub.
 
Millət vəkilinin toxunulmazlığının ləğv olunmasından sonra Münhen prokurorluğunun onun barəsində məhkəmə iddiası qaldıracağı gözlənilir.

Qeyd edək ki, Qolke oktyabrın 18-də "İŞİD"-in Kobaniyə hücumuna qarşı keçirilən aksiyada PKK bayrağı qaldırıb. Sonra çıxış edən millət vəkili PKK-nın azadlıq, insan hüquqları və demokratiya üçün mübarizə apardığını deyib.

Onu da qeyd edək ki, Almaniya PKK-nı yasaqlanmış təşkilat kimi tanıyıb.

 





08.11.2014    çap et  çap et