525.Az

Əli Hüseynli beynəlxalq konfransda iştirak edəcək


 

Əli Hüseynli beynəlxalq konfransda iştirak edəcək<b style="color:red"></b> Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “MDB məkanında seçki prosesləri” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 9-dan 12-dək Belarusda səfərdə olacaq.
 
MM-dən APA-ya verilən məlumata görə, paytaxt Minsk şəhərində keçirilən toplantıda quruma üzv dövlətlərdə seçki prosedurlarının təkmilləşdirilməsi, bu sahədəki yeniliklər barədə fikir mübadiləsi aparılacaq.
 
Ə. Hüseynli konfransda Azərbaycanda seçki prosesində beynəlxalq müşahidəçilərin rolu, yeni texnologiyaların tətbiqi və əldə olunan nailiyyətlərlə bağlı fikirlərini bildirəcək.
 





08.11.2014    çap et  çap et