525.Az

Binəqədidə Dövlət Bayrağı Günü qeyd olunub


 

Binəqədidə Dövlət Bayrağı Günü qeyd olunub<b style="color:red"></b> Binəqədi rayonunda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Lent.az-ın məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov,  Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, əsgərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı, qonaqlar və tədbir iştirakçıları ilk öncəHeydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar.

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında gerçəkləşən bayram tədbirində dövlət himni səslənib.

Tədbirin rəsmi hissəsində çıxış edən millət vəkili Qənirə Paşayeva qürur mənbəyimiz olan bayrağımıza bəslənən sevgidən danışaraq öz səmimi hisslərini ifadə edib. Millət vəkili bayrağa olan sevgini Vətən sevgisiniin əsas şərti kimi, bayrağı, Vətəni qorumaq və onun maraqlarını hər şeydən üstün tutmaq olduğunu diqqətə çatdırıb.

Bayram tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun çıxışı ilə davam edib.
 





08.11.2014    çap et  çap et