525.Az

Milli turizmin inkişafı: real vəziyyət və perspektivlər


 

Milli turizmin inkişafı: real vəziyyət və perspektivlər<b style="color:red"></b>

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı turizm sahəsinə xüsusi diqqət ayrılıb. Neft kapitalını insan kapitalına çevirməyi qarşısına məqsəd qoyan dövlətimiz bu sahədə peşəkar kadr çatışmazlığının qarşısını almaq üçün beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət ayırır.  Əsas hüquqi baza rolunu oynayan “2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramına uyğun olaraq görülən işlər Azərbaycanda turizmin inkişafına zəmin yaradıb. Diqqət yetirsək, 2002-ci ildə ölkə iqtisadiyyatı Azərbaycana gələn turistlərdən 432 milyon manat gəlir götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon manata yüksəlibHər il ölkədə yeni infrastruktur layihələr əsasında müasir klassik üslübda tikililərturist yerləşdirmə obyektləri, istirahət kompleksləri, idman sağlamlıq mərkəzləri hazırlanır ki, bu da əcnəbilərin Azərbaycanın müxtəlif bölgələrinə marağını daha da artırır. Təkcə yay deyil, eləcə qış turizminin inkişafı üçün fəaliyyət planı əsasında idman istirahət mərkəzlərinin yaradılması ilə bu sahədə canlanma yaradan Mədəniyyət Turizm Nazirliyi ölkə prezindetinin tapşırıqlarına uyğun olaraq məqsədyönlü fəaliyyətini davam etdirir. Təsadüfi deyil ki, inkişaf planı təsdiq olunan dövrdə, daha dəqiq 2002-2003- illərdə yerli xarici səhmdarların Azərbaycanın turizm sektoruna böyük maraqları yaranıb. Həmin vaxt ölkədə cəmi 32 turizm şirkəti fəaliyyət göstərirdisə, bu gün onların sayı 266-ya çatıb. Lisenziyalaşdırma ilə əlaqədar qanunsuz yolla bu sahədə çalışan şirkətlərin qarşısı alındığı üçün bu rəqəm daha böyük ola bilərdi.

Dünyada baş verən qlobal regional problemlər səbəbindən iqtisadi böhran yaşanmasına baxmayaraq Azərbaycanda stabil vəziyyətin hökm sürməsi sevindirici haldır ki, digər sahələrdə olduğu kimi turizm sektorunda da əldə olunan uğurlara heç bir mənfi təsir etməyib. Dünya Turizm Təşkilatının da hesabatlarına əsasən Azərbaycan  dünyada turist sayının yüksək artım tempinə görə fərqlənən ölkələrdəndir

Milli turizmin daha da inkişaf etdirilməsi turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin eləcə xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə 2011-ci ilinTurizm ilielan edilməsi Mədəniyyət Turizm Nazirliyinin məsuliyyətini birə on artıraraq həm ixtisaslı kadrların hazırlanması, həm tarixi mədəni irsin qorunması, həm yeni layihələrin həyata keçirilməsi istiqamətində ardıcıl işlərin görülməsini zəruri edib. Müvəffəqiyyətlə həyata keçirilən layihələr, dövlət proqramları islahatlar Azərbaycanın son on ildə qazandığı uğurların davamlılığını artırıb. Artıq neçə illərdir ki, ölkəmiz iqtisadiyyatın dinamik inkişaf sürətinə görə, dünyada qabaqcıl pillələri ələ keçirib. Bu uğurun əldə olunmasında neft sektoru xüsusi önəm daşısa da, heç şübhəsiz ki, turizm sahəsinin əvəzsiz töhfələri olub. Bu o deməkdir ki, ölkə rəhbərliyi qarşıya qoyulan məqsədin öhdəsindən layiqincə gəlir. Paytaxt Bakı ilə paralel bölgələrdə aparılan yenidənqurma abadlıq tədbirləri nəticəsində əyalət şəhərlərimizin əhəmiyyəti artıb. Dəfələrlə qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycan dünyanın müxtəlif nöqtələrindən gələn qonaqları təkcə Bakıda deyil, eyni zamanda Qəbələ, Quba, Gəncə başqa şəhərlərdə qarşılamağa hazır olduğunu göstərib. Sonuncu dəfə bu ilin oktyabr ayının 1-dən 5-dək davam edən Beynəlxalq Gənclər Forumu Qəbələ şəhərində baş tutub. Eyni zamanda, Azərbaycanın qış yay turizmi baxımdan çox əhəmiyyətli bölgələrindən biri olan Qəbələ musiqi sənət ocağı kimi əcnəbilərin yaddaşında xoş xatirələr buraxıb. Bundan başqa Quba-Qusar bölgəsində 2009-cu ilin sentyabrında başlanan Şahdağ Qış-Yay Turizm Kompleksinin inşası Azərbaycanı qış olimpiya oyunlarının keçirilə biləcəyi ən optimal ölkələrdən birinə çevirib. Avropanın ən böyük qış idman istirahət mərkəzi olan Şahdağda yaradılan şərait yerli qonşu ölkələrin vətəndaşları ilə yanaşı müxtəlif uzaq ölkələrdən gələn turistlərin böyük marağına səbəb olub. O cümlədən, Şahdağ kompleksi xarici investisiyaların cəlb olunduğu ən böyük layihələrdən biri kimi yadda qalıb.

Virtual Qarabağhəqiqətin izi ilə...

Daim ürəklərdə olan Qarabağ torpağı Mədəniyyət Turizm Nazirliyinin diqqət mərkəzində saxlanılır. 20 ildən artıq müddətdir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal altında saxlanılan vidadilər, vaqiflər, natəvanlar yetişdirmiş bu şeir-sənət ocağı füsunkar təbiəti ilə insanımızın daim xatirəsində yaşayır. Lakin müstəqil Azərbaycan dövlətinin gənc nəsli bu hadisələri yalnız video yazılardan, filmlərdən şəkillərdən izləyə bilir. Gələcək nəslin eyni zamanda əcnəbi vətəndaşların əzəli Azərbaycan torpağıQarabağ haqqında geniş, dolğun informasiyaya sahib olması üçün virtual imkanlardan geniş istifadə edilir. Tarixi abidələrimizin əksər hissəsini məhv edən, qalanlarını isə öz adına çıxardan ermənilər saxtakar əməlləri ilə dünya birliyini aldatmağa cəhd etdiyi vaxtda, artıq hər bir insan Qarabağa virtual səyahət edərək, ermənilərin soydaşlarımızın başına gətirdiyi faciələrləəsl Qarabağ həqiqətləri ilə tanış olmaq imkanı əldə edib. Özlərini bütün dünyaya məzlum xalq kimi tanıdan ermənilərin əslində riyakar, saxtakar hiyləgər olduğu faktlarla həmin insanların qarşısına qoyulur. Bu torpaqlar Azərbaycanın turizm sektorunun potensial inkişaf istiqamətlərindən biri olsa da, erməni işğalı bu bölgənin əsl maddi-mədəni abidələrlə, təbii münbit sərvətlərlə zəngin tarixinin öyrənilməsinə hələlik imkan vermir.

Gələcək perspektivlər

Turizm sektorunda ayrıca bir ali təhsil müəssisəsinin yaradılması bu istiqamətdə mütəxəssis boşluğunu doldurmaq üçün geniş imkanlar açıb. Nəticə etibarı ilə bir müddətdən sonra turizm dövlət büdcəsinin əhəmiyyətli bir hissəsini doldurmaq qabiliyyətində olan sektora çevriləcək. Bu sahədə çalışanların insanlarla işləmək qabiliyyəti əsas rol oynadığı üçün kadr amili yenidən ön plana çıxır. Çünki burada peşəkar xidmət, işin yüksək səviyyədə təşkili kimi vacib məqamlar mövcuddur. Kadr çatışmazlığı məsələsinin böyük hissəsini öz üzərinə götürən Azərbaycan Turizm Universiteti yalnız sektor üçün əhəmiyyətli menecer hazırlığını həyata keçirir. Ancaq turizmin birbaşa insanlarla ünsiyyətdə olan əhəmiyyətli hissəsi xidmət personalının öhdəsinə düşür. Bu da peşə məktəbləri səviyyəsində hazırlanmalıdır. Dövlət başçısı İlham Əliyev imzaladığı sərəncama uyğun olaraq 2010-2014- illərdə turizmin inkişafına dair Dövlət Proqramı çərçivəsində Turizm Universiteti nəzdində yaradılan Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlaması bu sahədə mövcud kadr çatışmazlığını aradan qaldırmağa hesablanıb. Bu təcrübə ölkəmizdə çox yeni olduğundan milli turizm sektorunda çalışan sahibkarların da prosesə qoşulmasına kadrların hazırlanması məsələsinə dəstək verməsinə ehtiyac var. Ona görə , bu istiqamətdə dövlət-özəl sektor əməkdaşlığı ardıcıl şəkildə gücləndirilməkdədir. Dövlət başçısının 2013- il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilənDaşınmaz tarix mədəniyyət abidələrinin bərpası, qorunması, tarix mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramına uyğun olaraq  arxeoloji turizmin inkişafı üçün infrastruktur yaradılır. Bu isə o deməkdir ki, paralel şəkildə aparılan işlər nəticəsində müasir turizm obyektlərinin tikilib istifadəyə verilməsi ilə yanaşı, aparılan arxeoloji tədqiqatlar bizi gizli qalmış tarixin sirli izlərinə yaxınlaşdıracaq. Paytaxtda bir sıra bölgələrdə artıq öyrənilmiş arxeoloji turizm kompleksləri onların  ətrafındakı abidələrlə əhalinin əcnəbi vətəndaşların yaxından tanış olub Azərbaycan tarixi haqqında dəyərli məlumatlara sahib olmaları üçün arxeoturlar təşkil edilir. Çünki milli turizmin potensialını daha da artırmaq neft sektorundan asılılığı tamamilə aradan götürmək üçün bu sahənin hərtərəfli inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə böyük ehtiyyac var.

Ceyhun ABASOV
Məqalə Azərbaycan Respublikasının Mədəniyyət Turizm NazirliyininMilli turizmmövzusunda publisistik yazı müsabiqəsinə təqdim olunur.

 





10.11.2014    çap et  çap et