525.Az

Canlı əfsanə


 

Canlı əfsanə<b style="color:red"></b>

Mənim nəzərimdə yaxın tariximizin canlı əfsanələrdən biri-jurnalistikamızın ağsaqqallarından olan görkəmli alim, pedaqoq, mətnşünas, araşdırıcı, BDU-nun professoru Şirməmməd Hüseynovdur. Şirməmməd müəllimə böyük sayğı ehtiramımın hardan başlandığını düşünəndə maraqlı bir hadisə düşür yadıma. Universitetin filologiya fakültəsinin əlaçı fəal tələbələrindən olduğuma görə dekan müavini Şirməmməd müəllimlə səmimi münasibətlərimiz vardı.

Ədəbiyyat dərnəklərindən tanıdığım, orda coşqun çıxışlar edən Abbas adlı bir yoldaş bir gün mənə yaxınlaşıbSənə bir işim düşübdedi. Abbas jurnalistikada oxuyurdu, arada ciddi bir yaxınlığımız da yoxdu, işi düşə bilərdi mənə? “Buyur!” dedim. Onun xahişi məni təəccübləndirdi. “Şirməmməd müəllim mənə qiymət vermir, heç kimi eşitmir. Sənin xətrini istəyir, bəlkə mənim üçün xahiş edəsən. Tələbələrə qarşı daha diqqətlidir, səni eşidər!” “Müəllimləri eşitmirsə, mənim deməyimin faydası?” deyib boyun qaçırmağa çalışdım. Abbas əl çəkmədi.

Axırda məcbur edib, utana-utana Şirməmməd müəllimdən Abbasa qiymət yazmasını xahiş etdim.

Mənim bu ərkim cəsarətimdən əsəbiləşmədi, ancaq söhbətə xitam verən bir şəkildəO mümkün deyil!” dedi.

Mən əl çəkmədim: “Niyə?” deyə soruşdum Şirməmməd müəllimə Abbası niyə müdafiə etməyimin səbəblərini izah etməyə çalışdım! “Dərnəkdən tanıyıram, millətini sevən, qeyrətli oğlandır”.

Şirməmməd müəllim: “Sənin öz yoldaşının xahişini eləməyə pis baxmıram. Ancaq öyrənməsə qiymət verməyəcəyəm. Yadında saxla, qədər qeyrətli olur-olsun, savadı, biliyi yoxsa, bir gün biqeyrət olacaq. Qeyrətini göstərmək üçün gərək ağlı, biliyi olsun, yoxsa hər yerdə burnundan vurub oturdacaqlar yerində, yavaş-yavaş olacaq gözüqıpıq, biqeyrət”.

O qədər dəqiq bir yanaşma idi ki, heç deyə bilməzdin. Təşəkkür edib ayrıldım. Şirməmməd müəllim bir neçə sözlə biliyin, elmin əhəmiyyətini necə gözəl anlatmışdısa, o sözlər həmişəlik həkk olundu yaddaşıma. Aradan uzun illər keçsə , onun sözünü unutmamışam dəfələrlə misal çəkmişəm. Boşmən qeyrətliyəm, vətənimi sevirəmdeməklə düşmən qabağına çıxmaq olmaz. Cəbhənin öz silahı var, dialoqun, masa arxasında, kürsüdə aparılan fikir savaşının öz silahı. Ağıl bilik silahı!

O söhbətlə mən Şirməmməd müəllimi özüm üçün kəşf etdim mənə dərs deməsə , həmişə müəllim ehtiramı göstərdim ona.

Bilirəm ki, aramızdakı bu söhbəti o da unutmayıb.

Universitetin IV kursundanƏdəbiyyat incəsənətqəzetində işləməyə başladım. Dünənki müəllimlərimin bir çoxunu ayrı müstəvidəmüəllif kimi gördüm, auditoriyada böyük görünənlərin bir çoxunun araşdırmaçı müəllif kimi cılızlığına təəccübləndim, münasibətlərdə çox yaxınlaşmalar-uzaqlaşmalar oldu. Bəzi müəllimlərimi unutdum, ancaq Şirməmməd müəllim daim öz ucalığında, obyektivliyində qaldı. Universitet müəllimi ləyaqətini daim qorudu tələbələrin sevimlisi olmaq statusunu illər uzunu, bu günə qədər qoruya bildi. Cəsarətli vətəndaşlıq mövqeyinə, sözünü hər yerdə mərdi-mərdanə demək bacarığına, şəxsiyyət bütövlüyünə görə sevdiyim insanlardan birinə çevrildi.

Sonra qəfildən bizim arzuladığımız günlər gəldi; hamının gözünün qabağında SSRİ, “Titanikgəmisi kimi, göz görə-görə suyun dibinə getməkdəydi. Lakin hər bir ağıllı adamın gördüyü bu labüd sonluq da bir çoxlarını ayılda bilməmişdi; “bu boyda imperiya dağıla bilməz, sus, birdən XII Qızıl Ordu gələr, nəslimizi kəsərpsixologiyasıyla yaşayan düşünənlər çox idi.

Real vəziyyəti görən, sonucun olacağını düşünmədən həqiqəti deyən az ziyalı vardı ortada; onlardan biri Şirməmməd Hüseynov idi.

1989-cu ildə mənim bərpa etdiyim əsrin sonunda Azərbaycan milli, demokratik mətbuatının ilk qaranquşu olanAzərbaycanqəzeti o illərdə bir məhək daşıydı. Bir çoxları qorxularından qəzetə yaxın düşmürdü, ünvanıma yüzlərlə alqış dolu məktubla yanaşı ölüm hədələri gəlirdi; belə vaxtda Şirməmməd müəllim bizim ən ürəkli ardıcıl müəlliflərimizdəndi. O mətbuat tarixi, Məmməd Əmin Rəsulzadənin fəaliyyəti, 1930-cu illərin qanlı repressiyaları ilə bağlı çox dəyərli yazılar yazır, böyük milli əhəmiyyəti olan sənədləri ortaya çıxarırdı.

Qədim ədəbiyyatımız bir yana, XIX-XX yüzillərin mətbuatını diqqətlə oxuyub incələyən alimlərimizin, mətnşünasların sayı get-gedə azalır.

Belə bir dönəmdə Şirməmməd müəllim bütün enerjisini Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) ona qədər ki, demokratik mətbuatın araşdırılmasına, mətnlərin bərpasına çapına verdi. Xüsusən milli ideologiyamızın liderlərindən, Cümhuriyyətin qurucularından biri olan Məmməd Əmin Rəsulzadənin bir çox əsəri məhz onun qeyrəti, inadkarlığı ilə aşkarlanıb mətbuat səhifələrinə çıxarıldı.

Məmməd Əmin Rəsulzadə irsi çox zəngin çoxtərəflidir. Onun toplanması nəşri bir elmi institutun işidir. Lakin Şirməmməd Hüseynov bu işlə on illər boyu təkbaşına məşğul olmuşdur.

Rəsulzadənin Türkiyə mətbuatındakı əsərlərini toplayan əziz dostumuz Əli Yavuz Akpınarla Şirməmməd müəllimin bu sahədəki xidmətləri əsl alim qəhrəmanlığıdır.

Şirməmməd müəllim sadiq dost gözəl insandır. Bu baxımdan onun unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadə ilə dostluğu sözümün təsdiqidir. Bəxtiyar müəllimin Bakıdakı Şəkidəki evlərində ən çox ardıcıl gördüyüm ürək sirdaşlarından biri Şirməmməd müəllim idi. Bütün söhbətlərinin başında da Vətən, Millət, Azadlıq, Ədalət, milli problemlərimizin həlli s. dayanırdı.

Şirməmməd müəllimi heç vaxt, heç yerdə soyuq, biganə, ürəksiz, cəsarətsiz danışan görmədim. Həmişə ən vacib, ən yaxşı bildiyi şeylərdən, ən əsası millətin tale məsələlərindən danışır. Buna görə yüksək səslə cəsarətlə danışır.

Məncə onun uzun şərəfli yaşamağının bir səbəbi budur.

 





10.11.2014    çap et  çap et