525.Az

Dərdli elin dərdmənd şairi


 

Azərbaycan şairi Özbəkistan ədəbi məkanında

Dərdli elin dərdmənd şairi<b style="color:red"></b>

Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Kürdoğlunun yaradıcılığına maraq günbəgün güclənməkdədir. Şairin 80 illiyi münasibətilə ölkəmizdə onun sərhədlərindən uzaqlarda keçirilən tədbirlər bunu təsdiq edir. Bu yaxınlardaənənəvi Bakı Humanitar Forumu günlərində qardaş Özbəkistan Respublikasından xoş xəbər aldıq. Qəlbimizə sevinc iftixar hissləri bəxş edən bu müjdəni bizə Daşkənd Dövlət Universitetinin professoru, tanınmış alim, Azərbaycan ədəbiyyatının təbliğatçısı Həmidulla Baltabayev gətirmişdi; sevimli şairimiz Hüseyn KürdoğlununSeçilmiş əsərləriözbək dilində işıq üzü görüb.

Hüseyn KürdoğlununSeçilmiş əsərlərini özbək dilinə istedadlı özbək şairi mütərcimi Osman Qoçqar çevirib. Tərcümənin keyfiyyətini məzmununu şərh etməzdən öncə tərcüməçi haqqında Azərbaycan oxucusuna bəzi bilgiləri verməyi zəruri sayıram. Osman Qoçqar Azərbaycan ədəbiyyatını 70-ci illərdən bəri səbrlə zəhmətlə öz ana dilinə çevirməkdən yorulmayan istedadlı bir qələm sahibidir. Təkcə bəzi faktları xatırlatmaq kifayətdir; müasir Azərbaycan nəsrinin Anar, Yusif Səmədoğlu, Elçin kimi korifeylərinin povest romanları onun tərcüməsində özbək oxucusuna çatıb. Azərbaycan ədəbiyyatının klassikləri Nizami, Nəsimi, Füzuli, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Məhəmməd Hadi başqalarının yaradıcılığından ayrı-ayrı nümunələrin tərcüməsi Osman Qoçqara məxsusdur. İstedadlı tərcüməçini Azərbaycanda şöhrətləndirən, yadda qalan unudulmaz yaradıcılıq töhfələrindən biri Hüseyn Cavidin əsərlərinin ilk dəfə olaraq  məhz onun tərəfindən özbəkcəyə çevrilməsidir. Sevindirici bir faktı da öncədən söyləməyə cəsarət edirəm: hal-hazırda Osman Qoçqar Hüseyn Cavidin beşcildliyini özbəkcə nəşrə hazırlamaqdadır. Bu mübarək qutlu tamamlanmaq üzrədir. Hüseyn Kürdoğlu irsinin məhz belə bir tanınmış qələm sahibi tərəfindən tərcümə edilməsi diqqətəlayiq hadisədir.

Özbəkistanın məşhur nəşriyyatlarından biri – “Mümtaz söznəşriyyatının çap etdiyiSeçilmiş əsərləriə görkəmli özbək ədibləri, tanınmış münəqqid mütərcimlər, Özbəkistan Dövlət mükafatı laureatları İbrahim Qafurov Möhkəm Mahmudov rəy yazmışlar. Kitabın redaktoru isə filologiya elmləri doktoru, professor Həmidulla Baltabayevdir.

Seçilmiş əsərlərii nəşrə hazırlayarkən tərcüməçi nəşriyyat da Hüseyn Kürdoğlu yaradıcılığını kifayət qədər əhatə etməyi qarşılarına məqsəd qoyub əminliklə söyləmək mümkündür ki, öz məqsədlərinə nail olublar. Kitabın mündəricəsi mündəricədə əks etmiş bölmələr: “Bu dünya bir karvan yolu”, “Dodağından öpər sözüm”, “Yaralı torpağım”, “Mümtaz duyğular b. şairin yaradıcılıq diapazonunu mənəvi-estetik axtarışlarını aydın səciyyələndirir. Məsələn, “Mümtaz duyğuların tərkibi isə hətta şairin poetikasının janrlarının özünəməxsusluğu barəsində müəyyən təsəvvür verir: ikiliklər, üçlüklər, dördlüklər, bayatılar, qəzəllər.   

Kitabın redaktoru, filologiya elmləri doktoru, professor Həmidulla Baltabayev topluya ön söz yazıb. “Dərdli elin dərmənd şairiadlanan ön sözdə Hüseyn Kürdoğlu yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə təhlil olunub. Tanınmış alim şairin yaradıcılığını çox əsrlik Azərbaycan poeziyası tarixi kontekstində, həm çağdaş poeziya müstəvisində dəyərləndirib. Professor H.Baltabayev Əfzələddin Xaqanidən Ramiz Rövşənə qədər olan Azərbaycan şeiri tarixində Hüseyn Kürdoğlunun orijinal bir sənətkar kimi seçildiyini vurğulayır. Alimin göstərdiyi kimi, Hüseyn Kürdoğlunun poeziyamız tarixindəki özünəməxsus mövqeyini onun məhz 60- illərin poetik mühitində kontekstində yerinə yetirdiyi missiya səciyyələndirir. Azərbaycan ədəbiyyatına söz mədəniyyətinə dərin hörmət ehtiram hissi ilə yazılmış həmin önsözü oxucularımıza tam halda təqdim edirik. Tərcüməçidən

 

 

Həmidulla BALTABAYEV,

Daşkənd Universitetinin professoru,

filologiya elmləri doktoru

 

Böyük ədəbiyyat aləminə qədəm qoymuş şairlərin öz üslubu, poetik təcrübəsi, özünəməxsus, həssas incəməni olduğu kimi, öz taleyi qisməti olur. Hər bir şair öz taleyini yaşayır, tale ona qədər imkan versə, o qədər bu köhnə dünyanın sevinci qəmi ilə aşina olur. Amma dünya ədəbiyyatı tarixində özünəməxsus taleyi olan elə şairlər vardır ki, onlar müxtəlif səbəblər üzündən öz zəmanəsində yetərincə şöhrətlənmir ya tanınsalar da, öz müasirləri tərəfindən yüksək qədir-qiymətini ala bilmir. Müəyyən vaxt keçəndən sonra adil  zaman öz hökmünü verir; bu gözəl cazibədar şeiriyyətin qapıları şeirsevərlər üzünə yenidən açılır, həmin şairin əsərləri kitablardan oxucuların qəlbinə köçür.

Azərbaycan torpağı ta qədimdən böyük şairlərin vətəni olub. Xaqanidən tutmuş Ramiz Rövşənə qədər onlarla təkrarsız klassiklərin qələminin qüdrəti ilə yaradılmış bu möhtəşəm poeziya qəsri qədər rəngbərəng cazibədar olsa da, onda hələ yeni-yeni solmaz rənglər, nəqşlər mövcuddur.

Hüseyn Kürdoğlu  zaman millət şairidir. Öz dövrü onun qədir-qiymətini lazımi dərəcədə verə bilməsə , sonrakı zamanlar tarixin bu səhvini düzəltməyə borcludur. Hüseyn Kürdoğlunun bütün zamanlarda oxunmağa, təkcə öz ana dilində deyil, eyni zamanda, onlarla dillərdə səslənməyə, başqa ellərin xalqların diqqətinə məhhəbbətinə  layiq sənətkar, öz qəlb həqiqətlərini başqalarına inandıra bilən şair olduğu onunSeçilmiş əsərlərindən aydın görünməkdədir. (Hüseyn Kürdoğlu. Seçilmiş əsərləri. I-II cild. Bakı, “Sabah”, 2011). Görkəmli şair haqqında müxtəlif dövrlərdə tədqiqat məqalələr yazmış böyük ədəbiyyatşünas alimlər, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri Bəkir Nəbiyev, Yaşar Qarayev, Tofiq Hacıyev b. müəlliflər onunFüzuli səviyyəli, Səməd Vurğun qüdrətli şeirlərivarlığını etiraf etmişlər. Çağdaş Azərbaycan nəzəri-estetik fikrinin korifeylərinin bu elmi qiymət xülasələrini şairin şeirləri təsdiq etməkdədir. “Dünya bir dərd ağacı, mən onun budağıyamkimi misralarda həqiqətən Füzulinin ümuminsani ruhu, Səməd Vurğunun milli dərdlərlə yoğrulmuş hərarətli poetik nəfəsi sezilməkdədir:

Dünya bir şeir kitabıdır,

Ölürəmdünyam əlimdə (Mətndəki şeir nümunələri eynən özbəkcəyə tərcümədə olduğu kimi verilirtərc).

ya başqa bir misal:

 

Təsəllilər təbəssümü,

Fikri duman içindədir.

Hardasan, ey vəfasızım,

Yastığım qan içindədir.

 

kimi dərdli misralar vasitəsilə şairin bağrını qan eyləyən, qəlbini atəşlərə salan təkcə yar dərdi olmadığını həssas oxucu dərindən anlayır:

 

Ürəyimdən od saçılırzərdüştilər övladıyam,

Alov saçan bu torpağın arzusuyam, muradıyam,

Qarabağdan ayrı düşən Qarabağın fəryadıyam,

Qarşımda dağ dözə bilməz, azadlığın Fərhadıyam!

Dərdin nədir, mən bilirəm, gözüm, Araz, canım, Araz?!

Atəşimə su çiləmə, qoy, alışım, yanım, Araz!

 

Bu sətirlər millət dərdini öz məhrəm dərdinə çevirən, yurdunu Məcnuntək sevən vətənpərvərin, qəm dağını qaza-qaza coşub-daşan poetik duyğularını millət qəlbinə hopduranAzadlıq Fərhadının hayqırığıdır. O, yanmaqdan, yanıb-yaşamaqdan usanmır, çünki onu ümidləndirən, ilhamlandıran öz Günəşi var. Ana Günəş hərarəti gündüzlər, ay-ulduz şölələri isə gecələr ona nur ruh bəxş edir. Bu nuru içən qəlblərdən sızan göz yaşları isə ana Vətənin şəffaf suları kimidir:

 

Günəş fərzəndiyik, yurddaş,

Suyum şəffaf, misli göz yaş.

Başım üzrə gündüz günəş,

Gecələr ay-ulduz yatar.

 

Şairlərin şəxsi tərcümeyi-halı olmur, millətin həsbi-halı taleyi, həyatı şairin poetik bioqrafiyasına, millətin dərdləri şairin öz şəxsi qayğılarına dərdlərinə çevrilir. Məhz buna görə Hüseyn Kürdoğlunun ikicildlikSeçilmiş əsərlərini oxuculara təqdim edən Azərbaycan alimləri şairin şəxsiyyətini, onun şəxsi həyat yolunu səciyyələndirməkdənsə, şairin şeirlərindəki mənəvi keçmişi, milli tarixi oxumağa təhlil etməyə üstünlük verirlər. Biz atəşin vətənpərvər aşiqin dərdli kitabını vərəqləyərkən, şairin həyatına aid bəzi həyati ünsür cizgilər diqqətimizi çəkdi:

 

Kül altında qalıb getmiş köz idim,

Bu həsrətdən donub yatmış  buz idim,

Ürəklərdə həbs edilmiş söz idim,

İndi dövran dodağına gəlmişəm.

Şairlikqədim köhnə sözlə taledaşlıq qismətdaşlıq deməkdir. Buna görə hər bir şair söz qarşısında öz məsuliyyətini dərindən anlamağı, dahi Nəvai Füzulilər sözünə, onların rövnəqləndirdiyi yüksəltdiyi şeir növlərinə müraciət edəndə, “pəncə vuranda”, özünü bu ulu sözün doğma övladı kimi duymağı hiss etməyi zəruridir:

 

Sözün dəryasına, daşqınına bax,

Dünyaya bir dünya söz qoydu getdi.

 

Dünyada bir Söz qoyub getmək ümidi ilə yaşayan şair:

 

Sözə verdim öz ömrümü dəmadəm,

Ta əzəldən söz Əslidir, mən Kərəm.

Ürəyimə odlar yaxdı bir sənəm,

Qəlb viranə, qapısından girən yox, –

 

deyə şikayət edəndə onun səmimiyyətinə səmim-qəlbdən inanırsınız, çünki şair özü demişkən: “Bircə ona sevinirəm, Söz önündə üzüm ”.

Adətən, oxucular sevdiyi şeirləri, sətirləri özlərinin qəlb dəftərlərinə həkk edirlər. Bəzən isə öz yaddaşlarına o qədər arxayın olmayanda yan dəftərlərinə yazırlar. Həmin şairi xatırlayanda yan dəftərlərini vərəqləyib, sevdikləri şeirlərə ya misralara dəfələrlə müraciət edirlər. Mən bu məqsədlə Hüseyn Kürdoğlu kitabından seçmələri yazıb qurtarandan sonra gördüm ki, bu şierlərin özü elə bir dəftərdir Azərbaycan şairininin duyğularının yalnız ona məxsus olmadığını dərindən duydum. Zira, onlar bir zəmində bir zamanda yaşayan bütün söz adamlarının zamandaşlarımızın könül izharı kimi duyuldu mənə.

Həm müasir, həm klassik üslubda ahənglərdə səslənən, əruz vəzninin çərçivə hüdudlarına sığmayan bu səmimi duyğular şairin qəlbinin həyatsevərliyindən əbədiyyət ehtiraslarından, özünəməxsus mənəvi yaşantılarının kədərinin sonsuzluğundan xəbər verir:

 

Ögey söz doğma oldu torpağında bu dilin

 

misrasını oxuyanda oxucu sanki Nəsimi Füzulinin odlu nəfəsindən, Səməd Vurğun Nəbi Xəzrinin hərarətli sözlərindən güc alır. Çünki onun ahənglərində, söz fikir məntiqində, odlu ehtiraslı mənəviyyatında bu ulu söz sahiblərinin ustadların izi, onların dərdlərinə kədərinə varislik nişanələri sezilməkdədir:

 

Dənim söz olardı bir sünbül olsam,

Sözdən göyərərdim ətirgül olsam,

Sözüm qurtarmayıb yanıb kül olsam,

Taparsan o sözü kül arasından.

 

Şairi öz elinə onun rəyçiləri, tənqidçiləri, naşirləri deyil, sözləri tanıdır. Onun şeirləri vasitəsilə ifadə olunan qəlbi duyğuları sizin qəlbinizə köçüb, məhrəm hiss yaşantılarınıza çevrilirsə, demək, bu şair öz xalqının qəlbində əbədi yuva qurur.

Özbək oxucularına ilk dəfə istedadlı şairimiz Osman Qoçqar tərcüməsində təqdim edilən bu seçmə şeirlər toplusu bizim şeirsevər qədim yurdumuzda da öz qədir-qiymətini alacağına ürəkdən inanıram.


Özbəkcədən
çevirən: filologiya elmləri üzrə fəlsəfə doktoru Yaşar Qasımbəyli

 





10.11.2014    çap et  çap et