525.Az

Almaniya kitabxanasında Şah İsmayıl Xətainin əlyazması tapılıb


 

Almaniya kitabxanasında Şah İsmayıl Xətainin əlyazması tapılıb<b style="color:red"></b> Almaniyanın Visbaden şəhər kitabxanasında Şah İsmayıl Xətainin nəfis bir xətt nümunəsi aşkar edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından AzərTAc-a bildirmişlər ki, burada Şah İsmayıl Xətai Həzrət Əlinin 100 kəlamını gözəl bir xətlə qızılı və mavi mürəkkəblə köçürüb.

Qeyd edək ki, yazıların arasında onların fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən nəfis nəstəliq xətti ilə iki sütunda yazılıb.

Müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin 15 səhifəsindən 11-i mühafizə edilib.
 
Ehtimal edilir ki, bu xətt nümunəsi Çaldıran döyüşündən əvvəl yazılıb. Osmanlı imperatoru I Səlim Təbrizin işğalı zamanı bu əlyazmanı da ələ keçirib. Əsər sonralar Avropaya aparılıb.
 





16.11.2012    çap et  çap et