525.Az

Rövnəq Abdullayev Yunanıstanda səfərdədir


 

Rövnəq Abdullayev Yunanıstanda səfərdədir<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yunanıstana səfər edib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, noyabrın 10-da baş tutan səfər çərçivəsində R. Abdullayev Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb.
 
Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.
 
Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.

 





11.11.2014    çap et  çap et