525.Az

“YAP Azərbaycanın tənəzzüldən xilas olaraq təkamül, inkişaf mərhələsinə keçməsi kimi əzəmətli bir tarix yazıb”


 

“YAP Azərbaycanın tənəzzüldən xilas olaraq təkamül, inkişaf mərhələsinə keçməsi kimi əzəmətli bir tarix yazıb”<b style="color:red"></b>

“Yeni Azərbaycan Partiyasının  yaranmasından artıq 20 il ötür. Eyni zamanda, partiyamızın yaranmasından 6 ay sonra ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqilliyinin başının üstünü almış bütün təhlükələrin çox qısa zamanda sovuşdurulması kimi şərəfli bir tarixə sahibdir”.
 
525.az-ın məlumatına görəBunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov  hakim partiyanın yaranmasının 20 illiyi və bu məqsədlə dünən keçirilən təntənəli yubiley mərasimi ilə bağlı məsələyə münasibətini bildirərkən dilə gətirib. Onun dediyinə görə, 20 il əvvəl-1992-ci ilin məlum noyabr günlərində yaranan, təsis edilən YAP Azərbaycan iqtisadiyyatının H. Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya sayəsində tənəzzüldən xilas olaraq təkamül, inkişaf mərhələsinə keçməsi kimi əzəmətli bir tarix yazıb.

Ə.Əhmədov qeyd edib ki,  YAP H. Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında müstəqil Azərbaycan dövlətinin qurulması, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının təsbit olunması ilə müşayiət edilən şərəfli bir tarixə malikdir:  “Təbii ki, bütün bunların davamı olaraq Azərbaycanın beynəlxalq əhəmiyyətinin artması, regionun lider dövlətinə, habelə dünyanın enerji təhlükəsizliyində həlledici rol oynayan dövlətə çevrilməsi kimi məqamlar da birmənalı şəkildə qeyd edilməlidir. Azərbaycan dövləti və xalqı üçün YAP bu həqiqətlərin dərk edilməsidir.  Bu həqiqətlərin kökündə Heydər Əliyev şəxsiyyəti, onun ideyaları, müəyyənləşdirdiyi siyasət və bu gün ulu öndərin siyasi xəttinin uğurla həyata keçirilməsini təmin edən Azərbaycan Prezidenti  İlham Əliyev dayanır. Bütün bunların hamısı ilə birlikdə Heydər Əliyevin rəhbərliyi altında yaranan, ona sadiq olan insanların toplaşdığı , Azərbaycan dövlətinə , xalqına ləyaqətlə və sədaqətlə xidmət edən YAP da istər-istəməz bütün proseslərin mərkəzində olan çox ciddi siyasi güc kimi qavranılır. YAP dövlətimiz üçün bu həqiqətlər deməkdir”.

Kamil Həmzəoğlu

 





16.11.2012    çap et  çap et