525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Gecə 8-11 dərəcə isti, gündüz 14-18 isti olacaq.
 
Rayonlarda sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlədə duman olacaq.

Cənub bölgəsində az yağış yağacaq. Aran rayonlarında gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.

Dağlıq ərazilərdə gecə 0-5 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq. 

A. Verdiyevin sözlərinə görə, yaxın 2-3 gün ərzində ölkə ərazisində müşahidə olunan hava şəraitində ciddi dəyişiklik gözlənilmir.
 





11.11.2014    çap et  çap et