525.Az

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb


 

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb<b style="color:red"></b>

Noyabrın 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 27,2 faiz artıb və 21 min 758 nəfərə yüksəlib.
 

Fonddan AzərTAc-a bildiriblər ki, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,2 faizini kişilər, 10,8 faizini isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (11 min 606 nəfər) üzrə müşahidə olunur.

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2459 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1249 nəfərə çatıb.

Sonrakı yerlərdə İran (851), Çin (730), Hindistan (592), Pakistan (462), Böyük Britaniya (328), Ukrayna (236), Özbəkistan (235), Banqladeş (201), Filippin (188), Almaniya (181), Türkmənistan (180), ABŞ (157), Qazaxıstan (152), İtaliya (140), Cənubi Koreya Respublikası (134), Bosniya və Herseqovina (132), Malayziya (103) gəlir.

 





11.11.2014    çap et  çap et