525.Az

Tərcümə Mərkəzinin əməkdaşları TEDA rəhbərliyi ilə görüşüb


 

Tərcümə Mərkəzinin əməkdaşları TEDA rəhbərliyi ilə görüşüb<b style="color:red"></b>

XXXIII Beynəlxalq İstanbul Kitab Fuarına qatılan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşları Etimad Başkeçid və Fərid Hüseyn TEDA-nın (Türk  mədəniyyəti, sənəti və ədəbiyyatı ilə bağlı əsərlərin başqa dillərdə yayımlanmasına dəstək verən təşkilat) baş direktoru Hamdi Turşucu ilə görüşüb.

525.az-ın Mərkəzin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tərcümə Mərkəzinin əməkdaşları təmsil etdikləri təşkilatın yaranma tarixi, qarşıya qoyulan hədəflər və perspektiv planlar barədə məlumat veriblər.

Görüş zamanı Türk ədəbiyyatının bütün dünyada tərcümə və yayımı ilə bağlı fəaliyyətiylə tanınan TEDA-nın direktoru H.Turşucu Azərbaycanda Tərcümə Mərkəzi kimi bir təşkilatın yaradılmasınıson dərəcə əhəmiyyətlihadisəkimi dəyərləndirib:

“Müasir dünyada demək olar, bütün dövlətlər bu və ya digər şəkildə tərcümə sahəsini dəstəkləyir, öz ədəbiyyatlarını təbliğ edir, eləcə də,dünya çapında seçilən ədəbi nümunələrin tərcüməsini təşkil edirlər. Biz türk mədəniyyətinin dünya dillərinə yayılması işinə daim dəstək veririk”.

TEDA-nın direktoru qardaş ölkə olanAzərbaycanın Tərcümə Mərkəzi ilə öz təcrübələrini bölüşməyə və gələcək əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə müəyyən ortaq layihələrin həyata keçiriləcəyi vurğulanıb, əməkdaşlıqistiqamətləri ilə bağlı təkliflər irəli sürülüb.

 





11.11.2014    çap et  çap et