525.Az

Xalq yazıçısı Anarla Moskvada görüş keçirilib - Fotoreportaj


 

Xalq yazıçısı Anarla Moskvada görüş keçirilib - <b style="color:red">Fotoreportaj</b>

Noyabrın 10-da Moskvadakı Mərkəzi Ədiblər Evində Azərbaycanın Xalq yazıçısı Anarla görüş keçirilib. Azərbaycan-Rusiya Mədəniyyət Həmrəylik Mərkəzi ilə  "NORD KO" Mədəni Layihələr Mərkəzinin birgə təşkil etdiyi tədbirə Azərbaycanın Rusiyadakı səfirliyinin diaspor təşkilatlarının, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri qatılıblar.

Əvvəlcə Anarın həyat fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.

Mərasimi Azərbaycan-Rusiya Mədəniyyət Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov açıb: "Bu ilin yayında bizim qurum rusiyalı musiqiçilər, şairlər, ali məktəb müəllimləri ictimai xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edib. Həmin səfər çərçivəsində Azərbaycan Yazıçılar Birliyini ziyarət etmək şərəfinə nail olduq,  Birliyin sədri Anar müəllim bizi çox mehriban qarşıladı. O zaman qərara aldıq ki, növbəti görüşümüz Moskvada olsun. Bu görüşdə iştirakına görə Anar müəllimə dərin minnətdarlığımızı bildiririk".

"NORD KO" Mədəni Layihələr Mərkəzinin rəhbəri Qennadi Nord qonaqları salamlayıb o da Anara tədbirdə iştirakına görə təşəkkür edib, fikirlərini bölüşüb.

AYB-nin Moskva bölməsinin üzvü, şair İlham Bədəlbəyli çıxışında bildirib ki, Azərbaycan ədəbiyyatında  xüsusi bir dövr Anarın adı ilə bağlıdır: "Anarın ilk əsərləri işıq üzü görəndə artıq aydın idi ki, onun yaradıcılığında yeni ruh var. Ancaq bu yeni ruh əyləncəli xarakter daşımırdı. Bu, özündə Azərbaycanın yeni ədəbiyyat səviyyəsini müəyyənləşdirməyi ehtiva edirdi".

Xalq yazıçısı Anar tədbirin təşkilatçılarına   qonaqlara minnətdarlığını bildirib, mərasimin keçirildiyi məkanla bağlı xatirələrini danışıb: "Bu tədbirin Mərkəzi Ədiblər Evində keçirilməsi mənim üçün xüsusilə əlamətdardır. Məsələ burasındadır ki, bu binanın, əvvəllər Vorovski adlandırılan, indiki Povarski küçəsinə açılan digər bir çıxışı var. Məhz həmin küçədə mənim vaxtilə ssenari rejissorluq kurslarında oxuduğum Dövlət Kinoaktyor Teatrı, Mərkəzi Ədiblər Evinin qarşısında isə tez-tez baş çəkdiyim "Drujba narodov" jurnalının redaksiyası yerləşirdi. Bu zalda, əvvəllər olduğu kimi, indi istər Rusiya, istərsə keçmiş sovet respublikalarından olan yazıçıların görüşləri keçirilir. Burada əvvəlcə atam Rəsul Rzanın, sonra isə mənim yubileyimin keçirilməsindən hədsiz dərəcədə məmnunam".

Xalq yazıçısı yaradıcılığı barədə danışarkən qeyd edib ki, bu yaxınlarda "Azərbaycan" jurnalında onun "Gözmuncuğu" povesti, sonra isə daha bir kitabı nəşr olunacaq.

Tədbirdə bir il öncə "Azərbaycanfilm" kinostudiyasında çəkilən,  Anarın ssenari müəllifi olduğu "Sübhün səfiri" filmindən fraqmentlər nümayiş etdirilib.

Tədbir Azərbaycanın Əməkdar artisti Qorxmaz Axundovun, Türkmənistanın Əməkdar artisti Validə Saçakovanın, Qaraçay-Çərkəz Respublikasının Xalq artsiti Marina Sobolevanın, Kərim Kərimov adına 157 saylı etnomədəni təmayüllü məktəbin rəqs qrupunun çıxışlarından ibarət konsert proqramı ilə yekunlaşıb.

Ülkər MEHDİYEVA
Moskva

 





12.11.2014    çap et  çap et