525.Az

Elektron imza alanların sayı 26 mini ötüb


 

Elektron imza alanların sayı 26 mini ötüb<b style="color:red"></b> Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə oktyabrın 30-u tarixinə olan statistik məlumatı açıqlayıb.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə üzrə  əldə olunan elektron imza sertifikatları 26 027 ədəd təşkil edib.
 
“Artıq dövlət qurumlarına 15 966  elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 4207-yə çatıb. Vətəndaşlar isə 5854 sertifikat əldə ediblər”-deyə, məlumatda bildirilir.
 
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.
 





12.11.2014    çap et  çap et