525.Az

Pan Ki Mundan Ermənistan helikopterinin vurulmasına münasibət


 

Pan Ki Mundan Ermənistan helikopterinin vurulmasına münasibət<b style="color:red"></b> BMT baş katibi Pan Ki Mun cəbhə xəttində baş vermiş son hadisədən sonra Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.
 
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Fərhan Hak bildirib.
 
 
Onu sözlərinə görə, baş katib ATƏT-in Minsk qrupu həmsədrlərinin ifadə etdiyi narahatlığa şərik olduğunu bildirib.
 
Açıqlamada tərəflərin atəşkəslə bağlı sazişə riayət olunmasının vacibliyi vurğulanıb, vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırış edilib.
 





14.11.2014    çap et  çap et