525.Az

Fars körfəzi ölkələri vahid Hərbi-Dəniz Qüvvələri yaradır


 

Fars körfəzi ölkələri vahid Hərbi-Dəniz Qüvvələri yaradır<b style="color:red"></b>

Yeni ciddi dəniz təhlükələri Fars körfəzi ölkələrini kollektiv Hərbi-Dəniz Qüvvələri yaratmağa məcbur edir.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasının baş katibi Abdel Lətif əz Zəyyani  qurumun müdafiə şurasının Küveytdə keçirilən 13-cü sessiyasında çıxışı zamanı deyib.
 
Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına Ərəb yarımadasındakı altı monarxiya dövləti – Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman və BƏƏ daxildir.     
 
“Bölgənin və, bütövlükdə, dünyanın həyati maraqlarına təsir edən ciddi dəniz təhlükələri Şuraya üzv olan dövlətləri ümumi Hərbi-Dəniz Qüvvələrinin yaradılması daxil olmaqla lazımi tədbirlər görməyə məcbur edir”, deyə əz Zəyyani qeyd edib. 
 
Şuraya üzv olan dövlətlər regionun vahid Hərbi-Dəniz Qüvvələrinin yaradılması təşəbbüsünü müzakirə ediblər.   
 
Əz Zəyyaninin sözlərinə görə, körfəz ölkələrinin liderləri təhlükələrə qarşı birgə çıxış etməkdə maraqlı olduqlarını  həmişə ifadə edirlər.  

 





14.11.2014    çap et  çap et