525.Az

Zakir Həsənov Xəzər dənizində keçirilən təlimləri izləyib


 

Zakir Həsənov Xəzər dənizində keçirilən təlimləri izləyib<b style="color:red"></b>

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi noyabrın 13-də başlayan irimiqyaslı birgə təlimlərin ilkin mərhələsini izləmək üçün Hərbi Dəniz Qüvvələrində olub.

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri təlimlərə cəlb edilən gəmilərin şəxsi heyəti ilə görüşüb, hazırlıqla bağlı görülən işlərin səviyyəsi ilə maraqlanıb, hərbi gəmilərə, texnika və silahlara baxış keçirib, eyni zamanda təlimlərin ssenarisinə uyğun tapşırıqların yerinə yetirilməsini izləyib.

Təlimlərə Hərbi Dəniz Qüvvәlərinin tam heyəti, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin müvafiq gəmiləri cəlb edilib. Üç mərhələdə həyata keçiriləcək təlimlər noyabrın 17-də bitəcək.

 





14.11.2014    çap et  çap et