525.Az

Azərbaycan İranla birgə dərman preparatları hazırlaya bilər


 

Azərbaycan İranla birgə dərman preparatları hazırlaya bilər<b style="color:red"></b> “Biz Xəzər dənizindən faydalanmaq üçün bütün mövcud imkanlardan, dəniz turizmindən tutmuş bioloji mühit, enerji, gəmiçilik və digər sahələrdən maksimum istifadə etməliyik”.

Lent.az-ın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bildirib. O qeyd edib ki, İran Azərbaycanla nanotexnologiyalar və biotexnologiya, əczaçılıq sahələrində də əməkdaşlıq edə bilər:

“Biz dərman preparatlarının hazırlanması məqsədilə birgə mərkəz yarada bilərik. Siz bilirsiniz ki, İranın dərman preparatları Avropanın ən inkişaf etmiş ölkələrinin standartlarına cavab verir. Biz bütün sahələrdə Azərbaycan xalqının yanında dayana bilərik”.
 
Ruhaninin sözlərinə görə, noyabr ayında Bakıda İranın ixtisaslaşdırılmış sərgisi keçiriləcək: “Gərək istedadları, potensialları və imkanları birgə bölüşək”.
 





14.11.2014    çap et  çap et