525.Az

Ermənilər Qarabağda təlimləri davam etdirir


 

Ermənilər Qarabağda təlimləri davam etdirir<b style="color:red"></b> Ermənistan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan ərazilərində keçirdikləri «Birlik-2014» təlimlərində ötən gün hava hücumundan müdafiə vasitələrindən praktik atışlar keçiriblər.
 
APA-nın Ermənistana məxsus internet saytlarına istinadən verdiyi məlumata görə, erməni silahlı birləşmələri «Osa» zenit-raket kompleksi (NATO kodu SA-8 Gecko) ilə keçirdikləri atışların fotolarını yayımlayıblar.
 
Atışların hansı ərazidə keçirildiyi barədə məlumatlar verilməyib.
 
Qeyd edək ki, ermənilərin açıqladığı rəsmi məlumata görə, təlimə 47000 nəfər şəxsi heyət, 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub.

Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim zamanı Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.
 





14.11.2014    çap et  çap et