525.Az

"Azərbaycan hər an müharibəyə başlaya bilər"


 

"Azərbaycan hər an müharibəyə başlaya bilər"<b style="color:red"></b>

"Ermənilər elə bilirlər ki, Azərbaycan hələ hərbi əməliyyatlara başlamağa hazır deyil. Ancaq ötən gün Azərbaycan tərəfindən erməni helokopterinin vurulması onlar üçün gözlənilməz idi. Hesab edirəm ki, bu, Ermənistan üçün böyük hadisədir". 

Belə bir açıqlama ilə Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq  Mübariz Əhmədoğlu noyabrın 12- baş verən hadisəni şərh edərkən bildirib. Politoloq deyib ki, Ermənistan son vaxtlar belə bir təxribata hazırlaşırdı:
 
"
Ardıcıl, yüksək səviyyədə ATƏT-in Minsk qrupunun həmsədr ölkə rəhbərlərinin təşəbbüsü ilə Ermənistan Azərbaycan prezidentlərinin görüşü keçirildi. Ortada "Böyük Sülh Sazişi"nin hazırlanması məsələsinin olduğu bir zamanda Ermənistan var gücü ilə hərbi təlimlər keçirməyə başladı. Bu Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına, cinah müqavilələrinə hörmətsizlik idi.

Eyni zamanda Ermənistan hərbi təlimlərə aqressiv ton verərək helikopterlərini təmas xətti boyunca uçurtmağa başladı. Nəticə oldu? Ermənilərin gözləmədiyi halda Azərbaycan tərəfi erməni helikopterini vurdu. Ermənilər Azərbaycan tərəfinin belə bir addım atmağını gözləmirdilər. Elə başa düşürdülər ki, Azərbaycan iki ayda bir erməni əsgərini öldürəcək proses bu şəkildə davam edəcək. Amma helikopteri vurmaq, üç erməni zabitini öldürmək ağıllarına belə gəlmirdi. Bu hadisədə Ermənistan üç zabitini Dağlıq Qarabağda olan 12 helikopterindən birini itirdi". M.Əhmədoğlu vurğulayıb ki, bu hadisə psixoloji dönüş yaradıb: "Elə başa düşürəm ki, bu psixoloji dönüş yaratdı. Ermənilər gördülər ki,  Azərbaycan hər an müharibəyə başalaya bilər. Eyni zamanda öz döyüşçülərimiz ruhlandırdı. Ona görə ermənilər çaş-baş vəziyyətdədirlər".

Politoloq ATƏT-in Minsk qrupu həmsədrlərinin məsələ ilə bağlı verdiyi bəyanatına da münasibət bildirib: "Bir daha sübut olundu ki, Dağlıq Qarabağ münaqişəsi regionun ən böyük bəlası ATƏT-in Minsk qrupudur. Əslində ATƏT-in Minsk qrupu həmsədrləri belə bir bəyanat verməklə bir daha ermənilərin tərəfində olduqlarını ortaya qoydular. Həmsədrlər ermənilərdən üçün soruşmurlar ki, sənin helikopterinin Azərbaycan ərazilərində işi vardı?

ATƏT-in Minsk qrupu həmsədrləri 12 may bəyanatında Azərbaycanın təzyiqlərindən sonra ərazilərimizi işğal olunmuş ərazi adlandırdılar. İndi onlar bu ərazilərə işğal olunmuş ərazi deyir. Bu hadisədən sonra Azərbaycan deyir ki, niyə helikopteri vurmusan, etimad tədbirlərini möhkəmləndirmirsən? Paris görüşündə Fransa prezidenti Fransua Olland "Böyük Sülh Sazişi"nin imzalanması məsələsini gündəmə gətirib. ATƏT-in Minsk qrupu həmsədrləri bəyan etməlidir ki, Azərbaycan Ermənistan tərəfi "Böyük Sülh Sazişi"ni hazırlasınlar bu dövrdə tərəflər hərbi sakitliyə riayət etsin. Bunu əvəzində onlar başlayıblar ki, snayperləri geri çəkin, etimad tədbirlərini möhkəmləndirin .s bu kimi fikirlər cəfəngiyyatdır. ATƏT-in Minsk qrupunun 22 illik fəaliyyəti dövründə eyni sözləri təkrar etməklə məşğuldurlar".

M.Əhmədoğlu hesab edir ki, bu hadisə ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoymalıdır: "Çünki, prosesin mahiyyətini bilmirlər ya başa düşmək istəmirlər. Verdikləri bəyanat vəziyyəti qızışdırmaq üzrədir".

PƏRVANƏ

 





14.11.2014    çap et  çap et