525.Az

Azərbaycan Silahlı Qüvvələri növbəti erməni təxribatının qarşısını alıb


 

Mİ-24 TİPLİ HELİKOPTERİN VURULMASI FONUNDA ERMƏNİ YALANLARI NÖVBƏTİ DƏFƏ İFŞA OLUNUR

Azərbaycan Silahlı Qüvvələri növbəti erməni təxribatının qarşısını alıb<b style="color:red"></b>

Son 3 ay ərzində ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüksək səviyyəli danışıqların intensivləşdiyi dövrdə qoşunların təmas xəttində sabitliyin qorunması, atəşkəs rejiminin təmin edilməsi müxtəlif  xarakterli təxribatlara yol verilməməsi kimi məsələlərlə bağlı müəyyən razılıq əldə olunsa da, ermənilər provokasiya tədbirləri həyata keçirməklə vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Həmişəki ampulasında olan Ermənistan rəhbərliyi beynəlxalq hüquq normalarına zidd davranışlar nümayiş etdirməklə danışıqlar prosesini pozmağa cəhd edir. 12 noyabrda Azərbaycanın hava məkanını pozan Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli helikopterin silahlı qüvvələrimiz tərəfindən zərərsizləşdirilməsi ermənilərin provokasiya xarakterli addımlarından biri idi. Çünki dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul olunan Dağlıq Qarabağ torpaqlarına rəsmi Bakının icazəsi olmadan heç bir dövlətin müdaxilə etmək, nümayəndə heyətini göndərmək, xüsusilə hərbi texnikasını yerləşdirərək müxtəlif əməliyyat təlimlər keçirmək ixtiyarı yoxdur. Əks təqdirdə, beynəlxalq konvensiyalara uyğun olaraq Azərbaycanın müvafiq qarşısıalınma tədbirləri həyata keçirmək hüququ var. Beynəlxalq aləm tərəfindən işğalçı dövlət kimi qəbul olunan Ermənistan bununla kifayətlənməyib, təmas xəttini keçərək döyüş kursu vəziyətində mövqelərimizə doğru hücum edib. Nəticədə, düşmən tərəfi 3 nəfər itki verərək geri çəkilməyə məcbur olub. Məhv edilən helikopterin ekipaj üzvləri - mayor Sergey Saakyan, baş leytenant Sarqis Nazaryan leytenant Azat Saakyan olub.

Baş verən hadisə ilə bağlı Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda bildirilib ki, Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal təcavüzünün, eləcə Azərbaycanın ərazi bütövlüyü suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə,  son 3 gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd Mi-24 tipli helikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

Ermənistanın belə məkrli təxribatlarının dəfələrlə baş verdiyini deyən Prezident Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bildirib ki, münaqişənin həlli ilə bağlı son proseslərə nəzər salsaq, Soçidə, Parisdə keçirilən görüşlərdən ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlardan sonra problemin həlli istiqamətində sürətlənmə müşahidə olunub.

"Azərtac"ın məlumatına görə, N.Məmmədov qeyd edib ki, Ermənistan prezidenti Sarkisyan, xarici işlər naziri Nalbandyan danışıqlardan razı olduqlarına dair bəyanatlar versələrdə, ermənilərin tez-tez təxribatlar törətməsi onların beynəlxalq aləmdə Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırmaq niyyətlərinin olduğunu göstərir: "Özünüz düşünün, belə bir vaxtda Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində 40 minlik qoşunla təlim keçirmək nəyə lazım idi?! Özü qoşunların təmas xəttindən keçərək Azərbaycan tərəfdə təxribat törətməkdə məqsəd idi?! Ermənistan rəhbərliyinin məkrli siyasəti bu məqamda özünü daha qabarıq göstərib. Onun sözlərinə görə, danışıqlar prosesində irəliləyiş olması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırdıqdan sonra Ermənistan rəhbərləri diasporları, lobbiçiləri arxalarında dayanan digər qüvvələrin vasitəsilə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq üçün bu cür hiyləgər təxribatlara əl atmağa çalışırlar". PA-nın rəhbərinin müavinin sözlərinə görə, ermənilər dünya dövlətlərini inandırmaq istəyirlər ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı deyil: "Ermənistandan soruşan lazımdır, 25 ildir ki, Azərbaycanın işğal altında saxladığın ərazilərində hərbi təlim keçirməkdə məqsədin nədir?! Əlbəttə, hamıya məlumdur ki, məqsəd birdir - rəsmi Bakını qaralamaq, öz tərəfdaşları vasitəsilə Azərbaycan ilə bağlı mənfi fikir formalaşdırmaq. Belə məkrli təxribatlar çox olub. Bu təxribatlar hansı məqsədlərlə edilirsə-edilsin, ermənilər öz məqsədlərinə nail olmayacaqlar. İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir".

Baş verən hadisəni Azərbaycanın üzərinə yıxmağa çalışan işğalçılar bunun üçün mövcud media imkanlarından da istifadə edirlər. Ancaq hərbi siyasi sahədə çalışan peşəkar ekspertlər mövcud vəziyyətə görə məhz Ermənistan rəhbərliyinin birbaşa məsuliyyət daşıdığını bildirirlər.

Ermənistana məxsus Mi-24 tipli helikopterinin Azərbaycan silahlı qüvvələri tərəfindən məhv edilməsinə münasibət bildirən rusiyalı politoloq Vladimir Belyayev hadisədə Sarkisyan rejiminin günahkar olduğunu bildirib. "SİA"nın məlumatına görə, o, qeyd edib ki, atəşkəs qəbul olunduğu 1994- ildən bu günə kimi, 2014- il tərəflərin nəinki rekord sayda itkisi, eləcə bahalı hərbi texnikanın məhvi ilə yadda qalır: "Hərbi texnikanın erməni Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə təlimləri zamanı vurulması Ermənistanın nəinki hərbi, eləcə Dağlıq Qarabağdan propoqanda kimi istifadə edən siyasi imicinə böyük zərbədir. Axı "Qarabağ arqumenti" hazırkı hakimiyyətin daxili siyasi mübarizədə, uzanan sosial-iqtisadi krizisi kompensasiya etdirən əsas bəhanəsidir. Bu səbəbdən erməni tərəfinin itkiyə qarşı tərəfin itkisi ilə cavab vermə cəhdlərinin olması güman edilir. Gələcək günlərdə erməni ordusunun Azərbaycan mövqelərinə qumbara atanlarla hücumları olması mütləqdir".

V. Belyayev daha sonra vurğulayıb ki, erməni hərbi aviasiyasının işğal olunmuş ərazilərində manevrləri son dərəcə riskli bir davranışdır: "Hazırkı prezident Serj Sarkisyan da bir neçə dəfə "Ağdam bizim torpağımız deyil" -deyə, bildirib. Bəs əgər Ermənistan prezidenti belə Ağdamın Azərbaycana aid olduğunu təsdiq edirsə, buradan qanunauyğun sual doğur ki, erməni ordusu niyə orada təlim keçirir? 12 noyabrda erməni aviasiyasının Azərbaycan mövqeləri üzərində uçuşu növbəti provokasiya oldu. Beləliklə, ATƏT-in Minsk qrupunun toxunulmazlığına israr etdiyi status-kvoya, "Qarabağ bombası"nın partlaması təhlükəsini yaradır. Buna görə , problemin həllinin sistemli uzunmüddətli resepti təklif edilməyənə kimi, vuruşan tərəflərin qaçınılmaz itkilərə hazır olması lazımdır".

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində sülh danışıqlarının intensivləşdiyi dövrdə erməni tərəfinin təxribat xarakaterli hərəkətləri nəticəsində gərginliyin yaşanması xarici dövlət dairələrinin diqqətindən kənarda qalmayıb.

Avropa İttifaqı Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanatında bildirib ki, tərəflər təmkinlik nümayiş etdirməli, eləcə istənilən hərəkət ya vəziyyətin gərginləşməsinə gətirib çıxara biləcək bəyanatlardan çəkinməlidirlər. Avropa İttifaqının bəyanatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstəyi qeyd olunub.

Hadisə ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədri İsveçrənin xarici işlər naziri Didye Burkhalter Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində helikopterin vurulmasından dərin narahatlığını ifadə edib. D.Burkhalter Azərbaycan Ermənistan prezidentlərini bu kimi hadisələrin qarşısının alınması atəşkəs rejiminə əməl olunması üçün əllərindən gələni əsirgəməməyə çağırıb.

O, il ərzində bir neçə dəfə gərginliyin artmasının görünməmiş sayda itkilərə səbəb olmasının çox təəssüfdoğurucu fakt olduğunu qeyd edib: "Atəşkəs rejiminə ciddi şəkildə əməl olunması öncədən götürülən öhdəliklərə tam riayət edilməsi münaqişənin həlli üçün vacib olan etimad səviyyəsinə çatmaq baxımından zəruridir".

ATƏT həmsədrlərinin yaydığı bəyanata görə, D.Burkhalter tərəflər arasında 10 avqustda keçirilən Soçi görüşündən sonra yüksəksəviyyəli görüşlərin intensivləşdirilməsini yüksək qiymətləndirib Azərbaycan Ermənistan Prezidentlərini dialoqu davam etdirməyə çağırıb.

Amerikalı həmsədr Ceyms Uorlik öz növbəsində qrupun rusiyalı üzvü İqor Popovla fransalı üzvü Pyer Endryu kimi  regionda yaranan gərginliklə bağlı narahatlığını bildirib. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri müharibədən bir variant kimi imtina etməlidir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin böyüməsi heç kəsin marağına cavab vermir: "Tərəflər vəziyyətin daha da gərginləşməsinə yol verməməli müharibədən bir variant kimi imtina etməlidirlər".

ABŞ Dövlət Departamentinin mətbuat katibi Cennifer Psaki isə hesab edir ki, hərbi helikopterin vurulmasıyla bağlı insident Dağlıq Qarabağ münaqişəsinin sülh prosesi çərçivəsində səylərin ikiqat artırılmasının zəruriliyi barədə daha bir xatırlatmadır.

NATO-nun Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi helikopterini vurması barədə məlumatlardan narahat olduğunu bildirən  alyansın baş katibinin Cənubi Qafqaz Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay hesab edir ki, insidentin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, tərəflər təmkin nümayiş etdirməli münaqişənin diplomatik yolla həllinə nail olmalıdırlar.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların davam etdirilməsini vacib sayan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın sözlərinə görə, cari il ərzində Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində demək olar, mütəmadi silahlı insidentlər baş verib: "Cənubi Qafqazda vəziyyət getdikcə daha da kəskinləşir. Vəziyyətin təhlükəli inkişafına yol vermək olmaz".

Azərbaycanın işğal edilən ərazisində vurulan -24 helikopterin bu modifikasiyada Ermənistanın mövcud 12 helikopterindən biri olduğunu deyən millət vəkili Aydın Mirzəzadə bununla düşmənin layiqli cavabını aldığını bildirib. Onun sözlərinə görə, bu hadisənin fonunda Ermənistan provokasiyalarının cavabsız qalmayacağı barədə Azərbaycan tərəfinin çoxsaylı bəyanatlarının konkretliyini görüb: "Düşmən növbəti dəfə hərbimizin gücünü öz üzərində hiss etdi. Bu ilin avqust ayındakı mövqelərimizə həmlələri zamanı aldığı cavab onlar üçün görünür azlıq edib. Hərbi paradlarımız zamanı nümayiş etdirilən hərbi texnika, cəbhə bölgələrimizdəki hərbi hazırlığın vəziyyəti ölkə rəhbərliyimizin verdiyi sərt bəyanatlar Ermənistana heç başa salmadığı aydın olub. Torpaqlarımızı işğal edən onları azad etməkdən imtina edən, beynəlxalq hüquq normalarına riayət etməyən ölkə bunun özü üçün ağır nəticələrinin olacağının fərqinə varmalı idi. Ermənistan rəhbərliyi 1991 - 1994- illərin eyforiyasında ayılmalı Azərbaycanın işğalla barışmayacağını özü üçün aydınlaşdırmalı idi".

Bu hadisə ilə Azərbaycan əsgərinin Ermənistana yaxşı bir dərs keçdiyini deyən A.Mirzəbəyli növbəti provokasiyaların olacağı halda silahlı qüvvələrimizin bunun qarşısını almağa hazır olduğunu bir daha göstərib: "Azərbaycan xalqı, rəhbərliyi silahı ərazi bütövlüyümüzlə bağlı qətiyyəti göz qarşısındadır. Ancaq müharibənin işğal siyasətinin əldən saldığı Ermənistanın isə artıq bizimlə silah gücü ilə danışmağa gücü qalmayıb. Onun ərazi bütövlüyümüzə hörmət etməkdən başqa digər çıxış yolu isə yoxdur".

Qondarma Dağlıq Qarabağ rejimin "Müdafiə Nazirliyi"nin bəyanatına uyğun olaraq, ermənilər sübut etməyə çalışırlar ki, vurulan hərbi helikopter separatçılara məxsusdur. Ancaq ekipaj üzvlərinin sosial şəbəkələrdə yazdıqları şəxsi məlumatlardan, eləcə Azərabycan Müdaifə Nazirliyinin üzə çıxardığı əsaslı faktlardan sübut olunur ki, növbəti erməni fitnəkarlığı yalanı olan bu saxta açıqlamalar da dünya birliyini aldatmağa hesablanıb.

Qeyd edək ki, dünən Avstriyanın paytaxtı Vyananın Hofburq sarayında ATƏT-in Daimi Şurasının növbəti iclası keçirilib. Azərbaycanın hava məkanında Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli helikopterin vurulması tədbirdə əsas müzakirə mövzularından biri olub.

Ceyhun ABASOV

 





14.11.2014    çap et  çap et