525.Az

Daşqın Şikarov Bayt-ul-Malın İcraçı direktoru ilə görüşüb


 

Daşqın Şikarov Bayt-ul-Malın İcraçı direktoru ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov oktyabrın 14-ü Pakistan İslam Respublikası Baş Nazirliyinin nəzdində fəaliyyət göstərən Bayt-ul-Malın İcraçı direktoru Abid Vahid Şeyx ilə görüşüb.
 

Səfirlikdən 525.az-a verilən məlumata görə, görüş zamanı Bay tul Malın icraçı direktoru rəhbərlik etdiyi təşkilatın xeyriyyə fəaliyyəti haqqında danışıb.
 
Bildirib ki, bu təşkilatın nəzdində Pakistanın bütün əyalətlərində 33 kimsəsiz uşaqlar evi fəaliyyət göstərir.

Eyni zamanda, Bayt il Mal təbii fəlakətlərdən zərər çəkmiş insanlara humanitar yardımların paylanılması, qadınların işlə təmin edilməsi və digər xeyriyyə fəaliyyəti ilə də məşğuldur. Abid Vahid Şeyx, Bayt ul Malın 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə sıx təmasda olduğundan məmnunluq duyduğunu ifadə edərək, Heydər Əliyev Fondunun dəstəyi ilə Bayt ul Malın nəzdində fəaliyyət göstərən uşaqlar və qocalar evlərinə göstərilən yardımlara, həmçinin sel daşqınları və leysan yağışlardan zərər çəkən Pəncab əyalətinin 8 və Kəşmirin 2 rayonunda insanlara göstərilən humanitar yardımlara görə Azərbaycan Beynəlxaılq İnkişafa Yardım Agentliyinə (AİDA) bir daha minnətdarlığını bildirib.
 
Vahid Şeyx hər il Pakistanda 5000 uşağın talassemiya xəstəliyi ilə anadan olduğunu və müvafiq müalicənin olmaması səbəbindən onların orta ömrünün cəmi 16-17 il təşkil etdiyini qeyd edərək, məhz bu səbəbdən də, Bayt ul Mal-ın nəzdində Talassemiya və Hemofiliya bölmələrinin fəaliyyət göstərəcəyi Anemiya Mərkəzinin yaradılması haqqında qərar verildiyini bidirib.
 
Hal hazırda tikintisi aparıldığı Anemiya Mərkəzi İslamabad şəhərinin ən mənzərəli yerlərindən sayılan Fatma Cinnah Parkında yerləşəcəkdir. Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov iki ölkələr arasında qədim tarixə arxalanan ənənəvi dostluq əlaqələrindən danışıb.
 
Səfir, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyevin Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirtdiyi layihələr barəsində məlumatlar Səfir, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və pulsuz müayinə təmin edən Azərbaycan Talassemiya Mərkəzinin fəaliyyəti haqqında danışıb.
 
Bildirib ki, bu Mərkəz, irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən xəstə uşaqlar, eləcə də onların valideynləri üçün böyük əhəmiyyət daşıyır.

Səfir, Azərbaycanda 2011-2015-ci illər üçün talassemiya və hemofiliya xəstəlikləri ilə bağlı Dövlət proqramının həyata keçirtdiyini qeyd edib və bildirib ki, Heydər Əliyev Fondu hələ 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinin başlandığını elan edib.

Mərkəzdə, Azərbaycanda pasiyent üzərində sümük iliyinin transplantasiyası əməliyyatı aparılmaqdadır.

Daha sonra Səfir Daşqın Şikarov icraçı direktorun müşayiəti ilə Anemiya Mərkəzinə səfər edib, burada aparılan tikinti və təmir işləri ilə tanış olub. Daşqın Şikarov Bay tul Malın icraçı direktoru Abid Vahid Şeyxə İslamabad şəhərində Anemiya Mərkəzi üçün təmir işləri və avadanlıqların alınması məqsədi ilə Heydər Əliyev Fondu adından maliyyə yardımı göstərib.

Bayt ul Malın icraçı direktoru Abid Vahid Şeyx İslamabadda Anemiya Mərkəzinin yaradılmasına göstərdiyi yardıma görə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib, bu addımın iki dost ölkələr arasında dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, Anemiya Mərkəzinin Bakıda fəaliyyət göstərən Talassemiya Mərkəzi ilə əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib.

 





14.11.2014    çap et  çap et