525.Az

“Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modellləri” adlı beynəlxalq konfrans keçirilib


 

“Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modellləri” adlı beynəlxalq konfrans keçirilib<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və UNESCO-nun birgə təşkil təşkilatçılığı ilə UNESCO-nun mənzil qərargahında xarici ekspertlərin, ictimaiyyət və beynəlxalq QHT nümayəndələrinin, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin iştirakı ilə “Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modellləri” adlı beynəlxalq konfrans keçirilib.

Komitədən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və Türkiyənin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri səfir Hüseyn Avni Botsalı açıblar.
 
Avropa Şurasının Şimal-Cənub mərkəzinin icraçı direktoru Jan Mari Haydt Avropada multikulturalizm siyasətinin iflasını təəssüflə qeyd edərək bu günkü konfransın yeni modellərin axtarışı üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.  İslam Əməkdaşlıq Təşkilatının müşaviri, ATƏT sədrinin islamafobiya üzrə sabiq nümayəndəsi Ömür Orhun qeyd edib ki, əsl dialoqu dinlər arasında qarşılıqlı anlaşma və hörmətin mövcud olması şərtləndirir. Qərbi Trakya azlıqları Assosiasiyasının prezidenti Parvin Chairoula müasir Avropada dini kimlik amilindən və bu məsələyə Avropa strukturlarında və beynəlxalq təşkilatlardakı ikili yanaşmadan danışıb.
 
DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının, onun milli xüsusiyyətlərinin və İslam dininin misilsiz tarixi rolu danılmazdır. Bu gün tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahlarla yanaşı, yəhudi və xristian məbədlərinin də bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. Bu iş bilavasitə Azərbaycan prezidenti İlham Əliyevin nəzarəti və diqqətindədir. Heç təsadüfi deyil ki, İlham Əliyev yüksək tribunalarda çıxışları zamanı həmişə qeyd edir: “Tolerantlıq – Azərbaycanın vizit kartıdır”.

Milli Məclisin deputatları Sahibə Qafarova, Yevda Abramov, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Qəmərxanım Cavadlı və digərləri çıxış edərək, Azərbaycanda mövcud dinlərarası münasibətlərdən, Azərbaycan xalqının tarixi ənənələrindən, həmçinin, dövlət-din münasibətlərindən danışıblar.

 





15.11.2014    çap et  çap et