525.Az

Ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək


 

Ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək<b style="color:red"></b> Azərbaycanda sosial müavinətlərin unifikasiyası və ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək.

Lent.az-ın məlumatına görə, bu, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı müvafiq tədbirlər həyata keçiriləcək.
 
Ailələrdə üçüncü və dördüncü uşaqların doğulmasının stimullaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanacaq.
 
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləğinin mərhələlərlə artırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.
 
Bütün bu məsələlərin icrası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb.
 





17.11.2014    çap et  çap et