525.Az

DİN-də daha bir kadr dəyişikliyi


 

DİN-də daha bir kadr dəyişikliyi<b style="color:red"></b> Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi olub.
 
APA TV-nin məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrinə əsasən, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi Qabil Tağıyev tutduğu vəzifədən azad edilib.

Nazirin digər bir əmri əsasında Nizami Rayon Polis İdarəsinin rəis müavini İzzət Əsgərov tutduğu vəzifədən
azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki , İzzət Əsgərov ötən ay nazirin müvafiq əmri ilə töhmət alan rəis müavinlərindən biridir.
 





17.11.2014    çap et  çap et