525.Az

Rumıniyanın yeni prezidenti məlum oldu


 

Rumıniyanın yeni prezidenti məlum oldu<b style="color:red"></b> Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Sibiu şəhərinin meri, milli liberalların namizədi Klaus Yohannis qalib gəlib.
 
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, onun əsas rəqibi, baş nazir Viktor Ponta öz məğlubiyyətini etiraf edib. V. Ponta rəsmi nəticələri gözləmədən K. Yohannisi təbrik edib.  
 
Qeyd edək ki, seçkilərlə bağlı keçirilən “exit-poll” sorğuları qalibi müəyyən edə bilməyib.
 
Seçkilərin ilk turu noyabrın 3-də keçirilib. İlk turda V. Ponta 40,3%, S. Yohannis isə 30,4% səs alıb.
 
Rumıniyada iki müddət prezidentlik edən Trayan Basesku bu seçkidə namizəd olmaq hüququnu itirib.
 





17.11.2014    çap et  çap et