525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal küləyi əsəcək.

Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Havanın temperaturu gecə 7-10, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti olacaq.

A. Verdiyev bildirib ki, Azərbaycanda qeyri-sabit hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.
 





17.11.2014    çap et  çap et