525.Az

“Azərbaycanda uşaq hüquqları dövlət tərəfindən tam qorunur”


 

“Azərbaycanda uşaq hüquqları dövlət tərəfindən tam qorunur” <b style="color:red"></b>

Strasburqda Uşaq hüquqları strategiyasına dair Avropa Şurası ekspertlər komitəsinin I iclası keçirilir.

İclasda
millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müaviniAvropa Şurası Parlament Assambleyasının Ümumi İşlər, Sağlamlıq Davamlı İnkişaf üzrə Komitə üzvü Sevinc Fətəliyeva da iştirak edir.
 
Tədbirdə 2012-2015-ci illər üçün Avropa Şurasının Uşaq hüquqları strategiyasının həyata keçirilməsinin vəziyyəti növbəti strategiyanın hazırlıq işləri müzakirə olunurS.Fətəliyeva ilk iclas günündə  Avropa Şurası Parlament Assembleyası tərəfindən uşaqların hüquqlarının təbliği mövzusunda çıxış edib, mövzu ilə əlaqədar təqdimat nümayiş etdiribMillət vəkili  Parlament Assambleyasının bu sahədəki rolundan danışaraq, uşaq hüquqları haqqında qəbul edilən son qətnamələruşaqların hüquqlarının qorunması ilə bağlı -nın yeni strategiyasına dair təkliflərini verib.
 
O, həmçinin, Azərbaycanda uşaq hüquqlarının vəziyyəti ilə bağlı fikirlərini bildirib.  “Azərbaycanda uşaq hüquqları dövlət tərəfindən tam qorunur. Biz bu istiqamətdə müvafiq beynəlxalq sənədlərə qoşulmuşuq.

Eyni
zamanda, uşaq problemləri ilə məşğul olan dövlət komitəsi fəaliyyət göstərir. Bütün bunlar
dövlətimizin
uşaq hüquqlarının qorunmasına verdiyi önəmin göstəricisidir”.

 

K.HƏMİDOV

 

 





17.11.2014    çap et  çap et