525.Az

“Beynəlxalq təşkilatların reaksiyasında Azərbaycana qarşı qəti şəkildə ittihamlar yoxdur”


 

 “Beynəlxalq təşkilatların reaksiyasında Azərbaycana qarşı qəti şəkildə ittihamlar yoxdur”<b style="color:red"></b>

Ermənistanın Müdafiə Nazirliyi-24” tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məlumat yaydı özünü ilk addımda rüsvay etdi”.

Belə bir açıqlama ilə millət vəkili Zahid Oruc təmas xəttini pozan Ermənistana məxsus-24” tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məsələyə münasibət bildirərkən çıxış edib.

Deputatın
sözlərinə görə, işğalçı ölkə iddia edir ki, guya həmin helikopter dinc məqsədlə, heç bir təxribat törətməyən təlim-məşq xarakterli helikopter olub: “Belə olan təqdirdə sual olunur. Məgər, bu hərbi helikopter təmas xəttində mülki karnaval şou yaradırdı ki, haradan uçuş etdiyini bilmirdi? İkincisi, orada Azərbaycan hərbçilərinin bu addımı atması sərrast zərbə ilə-24” tipli hərbi helikopteri zərərsizləşdirməsi düşmənlərimizin təmas xəttini pozması anında reallaşıb. Heç kimə sirr deyil ki, onlar erməni vətəndaşlarıdır Dağlıq Qarabağda yaşayan insanlar deyillər. Bu fonda Beynəlxalq Qırmızı Xaç Komitəsi müraciət edir ki, helikopterin qalıqları həlak olan insanların ərazidən çıxarılmasına imkan tanınsın. Əgər həqiqətən bu hadisə Xankəndinin daha fərqi bir hissəsində reallaşsa idi, işğalçı ölkə düşünərdi ki, uzaq məsafəni qət edən Azərbaycanın raket qurğuları erməni obyektlərinə hücum edib. Helikopterin kiçik bir ərazini keçib üzərimizə gəlməsinin 1994- ildən bu yana hökm sürən qeyri-rəsmi razılaşmaları aşaraq gerçək təhdid hədə yaratmasının səbəbi idi? Həmin helikopterin içrərisində olanları aşağı düşürüb soruşmalıydıq ki, məqsədlə gəlmisiniz? Niyyətlərini öyrənəndən sonramı cəzalandırmalıydıq?”

Z. Oruc hesab edir ki, beynəlxalq təşkilatlardan bu hadisəyə reaksiya verənlər əslində heç Azərbaycanı günahlandırmayıblar qəti şəkildə bizə qarşı ittiham mövqeyi yoxdur: “Qoy, ATƏT-in Minsk qrupunun təmsilçiləri gəlib İlkin Muradovun-24” tipli hərbi helikopteri vurduğu səngərdə hərbçi formasında dayansınlar, üzərlərindən diplomatik immunitetləri götürülsün təhlükəsizliyi qorunmasın. Bəs görək o zaman onlar hansı addım atacaqlar? Onlar nəinki bir tanka, topa, eləcə göydə uçan istənilən obyektə zərbə endirərlər ki, özlərini qorusunlar”. 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12- saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ- məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Pərvanə

 





17.11.2014    çap et  çap et