525.Az

Azərbaycandan qətiyyətli addım


 

MÜBARİZ ƏHMƏDOĞLU: “REALLIQ ERMƏNİSTANIN RUSİYAYA QARŞI XƏYANƏTKARLIĞININ YENİ DALĞASININ BAŞLANDIĞINI GÖSTƏRİR”

Azərbaycandan qətiyyətli addım<b style="color:red"></b>

Cəbhə xəttində baş verən son hadisənin Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təxribat cəhdi olduğu məlum olub. İşğal olunan Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi təlimlər keçirməklə rəsmi Bakının əsəblərini yoxlayan ermənilər bununla kifayətlənməyib 3 gün ardıcıllıq olaraq helikopterlərini Ağdamda təmas xəttinin Azərbaycana aid olan hissəsinə keçirərək döyüş kursu vəziyyətində təhlükəli manevrlər etməyə başlayıblar. Nəticədə, 2 düşmən helikopterindən biriMi-24 məhv edilərək düşmən təxribatının qarşısı alınıb. Bundan sonra yenidən hərəkətə keçən ermənilər vurulan helikopterin qondarma Dağlıq Qarabağ ordusunun, eləcə həlak olan ekipaj üzvlərinin separatçı rejimin hərbi qulluqçuları olduğu haqda yalan bəyanatlar verməklə dünya ictimaiyyətini çaşdırmağa çalışıblar. Lakin Azərbaycan Müdafiə Nazirliyi dərhal araşdırma tədbirləri həyata keçirərək düşmən saxtakarlığını ifşa etməyə nail olub.

Nazirlik bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakıErebunihərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. Ekipaj komandiri mayor Sergey Saakyan İrəvan şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı hərbi hissədə xidmət edib ailəlidir. Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir. Baş leytenant Sarkis Nazaryan isə Hərbi Aviasiya məktəbini bitirib, Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş helikopterlərində ekipaj üzvü kimi xidmət edib. Ekipajın digər üzvü leytenant Azat Saakyan İrəvan şəhərində yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edib, hərbi pilotdur.

Məsələyə başqa rakursdanermənilərin dediyi kimi baxdıqda, yəni, Mi-24 helikopterinin qondarma rejimə məxsus olduğunu qəbul etdikdə belə, Azərbaycan Silahlı Qüvvələrinin bu uçuş obyektini məhv etmək ixtyarı var. Çünki dünya birliyinin Azərbaycan əraziləri kimi qəbul etdiyi Dağlıq Qarabağ ətraf 7 rayonunda rəsmi Bakının icazəsi olmadan 2-ci bir dövlətin ya separatçı rejimin hərbi texnikası yerləşdirilə bilməz. Əks halda, Müdafiə Nazirliyinin bildirdiyi kimi, obyekt dərhal məhv ediləcək.

Azərbaycan dövlətinə, millətinə sədaqətli olan hər bir vətəndaşın bu hadisəni yüksək qiymətləndirməli olduğunu bildirən politoloq Məhərrəm Zülfüqarlı hesab edir ki, buna münasibət bildirən rusiyalı ekspertlərin Ermənistanı günahlandırması bizim haqlı mövqeyimizin bütün dünyaya məlum olduğunu göstərib: “Məlumdur ki, Qarabağ münaqişəsinin memarı Rusiya ermənilərin arxasında dayanıb. Ona görə , rusiyalı ekspertlərdən haqq səsimizə dəstək verən açıqlamalar eşitmək xoşdur. Bu Azərbaycan dövlətinin gücləndiyini, ordumuzun qüdrətini göstərib. İstiqlal əldə etdiyimiz ilk dövrlərlə müqayisə aparsaq, xeyli inkişafın əldə olunduğunun şahidi olarıq. Həmin illərdə Azərbaycanın dövlət quruculuğu çətin dövrlər keçib. O zamanlar bu cür qarşısıalınma tədbirləri həyata keçirmək üçün geniş imkanlarımız yox idi. Artıq dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycan haqlı tərəfdir. İşğala məruz qalan bizim torpaqlardır. Ermənipərəst qüvvələr bu faktı təsdiq etməyə borcludur. Ukraynadakı hadisələr bir daha sübut edib ki, rəsmi Moskvanın gizli oyunları aşkar olunur. Putin Ukrayna hadisələrində ruslardan, Azərbaycanda isə ermənilərdən istifadə edərək imperiya siyasəti yeridir. Azərbaycan dövlətçiliyini gözü götürməyən, onu zəiflətməyə çalışan qüvvələrə qarşı mesajdır ki, artıq Silahlıq Qüvvələrimiz hər bir təxribata cavab verməyə hazırdır.

M.Zülfüqarlının sözlərinə görə, əgər biz ATƏT-in Minsk qrupunun münaqişə ilə bağlı bildirdiyi ümumi fikirlərlə hərəkət etsəydik, bu proses daha da uzanardı: “Dövlət başçısı İlham Əliyevin son çıxışları da onu göstərdi ki, bizim səbrimizin həddi var. Danışıqların çox uzanmasını Azərbaycan xalqı qəbul etmir. Avropa Şurasına daxil olarkən hər iki tərəf münaqişəni sülh yolu ilə həll etməyə dair müqavilə imzalasalar da, ancaq bu o demək deyil ki, illərlə nəticə əldə edəcəyimizə ümid edib gözləyəcəyik. Əksinə, son hadisə qarşı tərəfə mesaj oldu ki, münaqişə sülh yolu ilə həll olunmasa, Azərbaycan hərb variantından istifadə edəcək”.

İqtisadi, hərbi parametrlərin tamamilə Azərbaycanın xeyrinə dəyişdiyini, geosiyasi vəziyyətin isə ermənilərin əleyhinə olduğunu deyən Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistana məxsus hərbi helikopterlərdən birinin vurulması münaqişənin tənzimlənməsində dönüş mərhələsi yarada bilər: “İlkin Muradovun bu hərəkəti Azərbaycan Ordusunun vacib dövrdə psixoloji əhval-ruhiyyəsində çox ciddi dəyişiklik yaradıb. Ermənilər özlərinə avqust insidentlərindən sonra qalib olduqlarını təlqin ediblər. 12 helikopterdən birini, üç zabiti itirmək İlkin Muradovun cəsarəti olsa da, erməni özündənrazılığının rolu da inkar olunmamalıdır”.

M.ƏhmədoğluTrendə bildirib ki, helikopterin vurulması uzun müddət müzakirə mövzusu ola bilər. O, qeyd edib ki, ermənipərəst rus ekspertlərin ilkin şərhləri Ermənistan tərəfinin iri hərbi təxribata hazırlaşdığının göstəricisidir: “Müxtəlif ermənipərəst ekspertlərdən gələn rəylərin mahiyyəti eynidir: Avrointeqrasiya layihələri reallaşdıran Azərbaycan Moskvaya ikinci cəbhə açır. Hətta, Modest Kolerov kimi yüksəkçinli siyasətçi ikinci Soçinin olmayacağı ilə Bakını hədələyib. Onun fikrindən belə başa düşülür ki, avqust insidentini Bakı törətdi, vəziyyət gərginləşən kimi Vladimir Putin Soçidə görüş təşəbbüsü irəli sürdü Bakı sifətini qorudu. İstənilən siyasətçi üçün, xüsusilə rus dövlətinin təmsilçisi üçün belə şərh təkcə savadsızlıq deyil, həm dövlətçiliyə zərbə nümunəsi kimi qəbul edilməlidir”.

M.Əhmədoğlu qeyd edib ki, reallıq Ermənistanın Rusiyaya qarşı xəyanətkarlığının yeni dalğasının başlandığını göstərir bu xəyanətkarlıq dalğası məhz Soçidən başlayıb: “Putin Soçidə Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində xüsusi statusu barədə təklif irəli sürdü. Azərbaycan təklifi qəbul etsə , Ermənistan prezidenti Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın xüsusi statusunu birbaşa Putinin üzünə rədd edib.  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı  NATO ilə əlaqələri dayandırmaq barədə iki dəfə qərar qəbul edib. Hər iki halda Ermənistan bu qərarları rəsmən rədd edib. Hal-hazırda ErmənistandaNATO həftəsikeçirilir. Ermənistan NATO ilə 4- Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı imzalayıb. Müdafiə naziri Seyran Ohanyan Belçikada NATO Baş katibinin müavini Aleksandr Verşbou NATO-da ABŞ qoşunlarının komandanı Filipp Bridlava ilə görüşüb. Təhlükəsizliyə regional beynəlxalq təhdidlər kontekstində ErmənistanNATO əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər əməkdaşlığın indiki səviyyəsini yüksək qiymətləndirib inkişafın uğurla inkişafına ümid ediblər. Verşbou Rusiyanı İŞİD-dən daha təhlükəli hesab edir. Bridlavanın Rusiyaya münasibəti, Gürcüstanla əlaqələri bəllidir. Azərbaycanın işğal olunan ərazilərindəki son genişmiqyaslı hərbi təlimləri Ohanyanın Verşbou Bridlava ilə razılaşdırdığını ehtimal etmək olar. Kolerov bunu inkar edə bilməz. Ermənistan işğal olunmuş ərazilərdə ən iri hərbi təlimə başlayarkən 11 siyasi addım atıb. Onun cəmi 2-si, nisbətən əhəmiyyətsizi Rusiya istiqamətindədir. Daha kəsərli 9-u isə NATO Avropa İttifaqı istiqamətindədir. Ermənistan müdafiə naziri Ohanyanın Rusiya müdafiə naziri Sergey Şoyqu ilə imzaladığı müqavilə isə sadəcə protokol tədbiridir. Hətta buna baxmayaraq rəsmi İrrəvan həmin müqavilənin əsas tezisini inkar edib”.

Politoloq vurğulayıb ki, Azərbaycan heç bir yeni Avrointeqrasiya layihəsi reallaşdırmayıb. Onun sözlərinə görə, Azərbaycanın Avropanın mərkəzinə qaz satması isə yalnız geoiqtisadi layihədir: “Pul qazanır, doyunca da pulu var, amma bu pulu heç bir dövlətin, o cümlədən Rusiyanın əleyhinə xərcləməyib. Qazandığı pulu müstəqilliyinin möhkəmləndirməsinə xərcləyir. Azərbaycanın müstəqil siyasətini isə hətta Rusiya etiraf edir. Ermənilər tarixən xəyanətkardırlar. Rusiya isə erməni xəyanətkarlığından ən çox ziyan çəkən dövlətdir. Ermənilərin SSRİ-nin dağılmasında Qərbin əlində əlində alət olmasını, Sovet ordusuna qarşı ilk hücumları təşkil etməsi digər bu məsələləri nəzərə almaqla Ermənistanın hansı yolda olduğu aydın görünür”.

M.Əhmədoğlu bildirib ki, Moskvadakı ermənilər onların təsiri altında olanlar Rusiya üçün daxili qanaxmadırlar: “Rusiya içəridən zəifləyir, sarsılır. Rusiyaya qarşı açılmış ən təhlükəli cəbhə Şimali Qafqazdır”.

Ceyhun ABASOV

 





17.11.2014    çap et  çap et