525.Az

“Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır”


 

“AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN POZULDUĞUNU TƏSDİQLƏYİRIK”

“Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır” <b style="color:red"></b>

Müsahibimiz İsveçin Krallığının Azərbaycan Respublikasındakı fövqəladə səlahiyyətli səfiri Mikael Erikssondur.  

 

Cənab səfir  Azərbaycanda çalışdığınız müddətdə əsas prioritetləriniz nədən ibarət olacaq?

 

Bakıda səfirliyin açılması qərarı verilərkən qarşıya iki prioritet məsələ qoyulmuşdu. Birincisi, İsveçlə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi, xüsusilə , ticarət, investisiya kommersiya sahələrində. İkinci mühüm prioritet isə qarşılıqlı inam etibar prinsipinə söykənən siyasi əlaqələrin qurulması bu sahədə əməkdaşlığın genişləndirilməsi. Daha əhatəli desək, təhlükəsizlik məsələsindən tutmuş, insan haqları, demokratiya sahəsində dialoqa qədər bir çox sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

 

İsveç Azərbaycan arasında əməkdaşlığı necə dəyərləndirirsiniz sizin fikrinizcə, iki ölkənin hansı sahələrdə daha çox əməkdaşlıq imkanları mövcuddur?

 

Hesab edirəm ki, biz hələ tərəflər arasında münasibətlərin genişləndirilməsinin ilkin mərhələsindəyik. Xüsusilə, kommersiya sahəsində əlaqələr inkişaf etməkdədir. Biz bilirik ki, hər iki tərəf davamlı bərpa olunan enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Bundan başqa, İsveç telekommunikasiya sahəsində Azərbaycanda böyük üstünlüyə malikdir biz bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektiv görürük. Həmçinin, təhsil kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istərdik. Ümumiyyətlə, qarşılıqlı marağın olduğu istənilən sahədə əməkdaşlıq edə bilərik.

 

İqtisadi əməkdaşlığın səviyyəsi barədə deyə bilərsiniz, İsveç şirkətləri Azərbaycana sərmayə yatırmaqda dərəcədə maraqlıdırlar?

 

İsveç şirkətlərinin Azərbaycana olan marağı günü-gündən artır. Onlar Azərbaycan bazarlarına daxil olmaq eyni zamanda bura sərmayə qoymaqda maraqlıdırlar. Etiraf etməliyəm ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi olduqca aşağıdır. Bizim əsas məqsədimiz həmin dövriyyənin həcmini artırmaqdır.

 

Qeyd edilən sahələrdə inkişafa nail olmaq üçün hansısa yeni layihələr, proqramlar nəzərdə tutulub?

 

Bu istiqamətdə atılan ilk addım məhz Bakıda səfirliyin açılması olub. Eyni zamanda İsveçin Ticarət İnvestisiya Şurası olanBusiness Swedentərəfindən müvafiq layihə proqramların hazırlanması gözlənilir. Həmçinin qeyd etmək istəyirəm ki, bu ilin iyun ayında İsveç ticarət nazirinin rəhbərliyi altında geniş tərkibli biznes nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində bir sıra yerli dövlət qurumları özəl şirkətlərlə görüşlər keçirilib.

 

Cənab səfir,  bildiyiniz kimi Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, davam edir. Son üç ayda Azərbaycan Ermənistan prezidentləri arasında üç dəfə görüş keçirilib. İsveçin  münaqişə ilə bağlı mövqeyi necədir nizamlanma prosesinə  hansı  dəstəyi verə bilər?

 

Bəli, doğru qeyd edirsiniz ki, bu münaqişə uzun müddətdir davam edir biz ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tərəflər arasında danışıqlar prosesini dəstəkləyirik. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Bu bizim əsas prioritetimizdir. İsveç individual şəkildə Minsk qrupunun apardığı danışıqlar prosesi çərçivəsində sülh istiqamətdə istənilən əməkdaşlıqda iştirak edə bilər. Təbii ki, bu məsələdə Azərbaycan hökumətinin köməyinə ehtiyacımız var. Onlar bizə hansı sahələrdə İsveçin yardım edə biləcəyini deyə ya istiqamət göstərə bilərlər. Məsələn, hər iki ölkənin xalqları arasında qarşılıqlı inam etibar hisslərinin formalaşdırılması, yaxud münaqişənin ən acı nəticələrindən olan məcburi köçkünlər məsələsində köməklik göstərilməsi s. Yəni Azərbaycan hökuməti İsveçin hansı sahələrdə yardım edə bilməsini müəyyənləşdirməkdə  bizə kömək edə bilər.

 

Rəsmi Bakı dəfərlə bəyan edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Eyni zamanda Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bildirib. Sizin bu məsələdə yanaşmanız necədir?

 

Təbii ki, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması mübahisə mövzusu deyil. Biz bununla razıyıq. Eyni zamanda hesab edirik ki, problemin həlli daha çox iki ölkənin rəhbərlərindən asılıdır. Biz inanırıq ki, onlar hansı qaydada razılığa gəlməyi daha yaxşı bilirlər. Ona görə biz məsələyə müdaxilə edib, tərəflərdən hər hansı birini narahat edə bilmərik. Bir daha təkrar edirəm,  Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu təsdiqləyirik, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

 

Beynəlxalq birliyin, xüsusilə Avropa İttifaqının Ukrayna məsələsində daha konkret mövqeyini addımlarını müşahidə etdik. Sizcə Qarabağ münaqişəsinə yanaşmada eyni mövqeyin göstərilməməsinə səbəb nədir?

 

Ümumiyyətlə, münaqişələri bir-biri ilə müqayisə etmək olduqca çətindir. Yəni hər bir münaqişənin özünün xarakterik cəhətləri olur. Amma bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu rəsmi olaraq hər kəs tərəfindən bəyan edilib. Buna başqa tərəfdən baxsaq, görərsiniz ki, İsveç hökuməti bu günə kimi Dağlıq Qarabağda qurulmuşhökumətitanımayıb. Bu bir daha onu sübut edir ki, İsveç hökuməti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır.

 

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı barədə deyə bilərsiniz iki ölkənin bu çərçivədə əlaqələrini necə xarakterizə edərdiniz?

 

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq olduqca genişdir bu yalnız enerji sahəsində əməkdaşlıq deyil. Əlaqələr geniş müstəvini əhatə edir. Bura təhlükəsizlik, təhsil sahəsində əməkdaşlıq daxildir. Bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı arasında viza prosesinin sadələşdirilməsinə dair saziş qüvvəyə minib. Avropa İttifaqı Azərbaycanla Şərq Tərəfdaşlığı proqramı çərçivəsində daha geniş miqyaslı əməkdaşlıq edir. İsveçlə bu çərçivədə əməkdaşlığa gəlincə, qeyd etmək istəyərdim ki, bizim üçün ən böyük önəm daşıyan məsələ Şərq Tərəfdaşlığı proqramıdır. Biz bu proqram çərçivəsində əməkdaşlıq edirik.

 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolunu necə dəyərləndirirsiniz?

 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu Avropa tərəfindən başa düşülür. Cənub Dəhlizi vasitəsilə Azərbaycan enerji resurslarının Avropaya çatdırılmasına dair saziş olduqca böyük önəm daşıyır. Düşünürük ki, Avropanın enerji qaynaqlarının çoxşaxəli olmasında Azərbaycan olduqca mühüm rol oynaya bilər.

 

Avropa İttifaqı ilə asossiasiya danışıqları aparan Ermənistan daha sonra Avrasiya İqtisadi İttifaqına üzv oldu. Buna yanaşmanız necədir?

 

Biz hər zaman qeyd edirik ki, hər bir ölkənin seçim etmək, qərar vermək hüququ var. Ermənistanın qarşısında birdən artıq seçim imkanı var idi, lakin onlar yekunda məhz Avrasiya İqtisadi İttifaqına qoşulmaq yolunu seçdilər. Yenə qeyd edirəm ki, biz bu ölkənin seçiminə, qəraraına hörmətlə yanaşmalıyıq. Ukraynanın seçimi onların öz haqqı idi. Biz Rusiyanın Ukraynanın qərarına, seçiminə qarşı çıxmasından narahatıq. Bu Azərbaycana da aiddir. Azərbaycan da hansı istiqamətə getməli olduğunu hansı dövlətlərlə əməkdaşlıq etməli olduğunu seçmək hüququna malikdir buz buna hörmətlə yanaşmalıyıq.

 

İsveç rəsmi olaraq Fələstinin müstəqilliyini tanıdı. Bu qərar qəbul edilərkən hansı prinsiplər əsas götürüldü?

 

Bu qərarın qəbul olunmasının həm siyasi, həm hüquqi səbəbləri var. Siyasi aspektdən yanaşsaq, beynəlxalq birlik iki dövlət prinsipini dəstəkləyir. Eyni zamanda  Avropa İttifaqı bəyan edib ki, Fələstinin müstəqil dövlət kimi tanınmasının vaxtı çatacaq. İsveç hökuməti hesab etdi ki, həmin vaxt artıq yetişib. İnanarıq ki, iki bərabər hüqüqlu dövlət arasında əməkdaşlıq daha perspektivli olacaq. Eyni zamanda məsələyə hüquqi aspektdən yanaşsaq, qəbul etdiyimiz qərar beynəlxalq hüquq normalarına tam cavab verir. İstər əhali, istər ərazi, istərsə dövlət yanaşması baxımdan verdiyimiz qərar beynəlxalq hüququn hər hansı bir tələbinə zidd deyil.

 

Bu ilin sonuna kimi Azərbaycan İsveç  arasında qarşılıqlı səfərlər gözlənilirmi?

 

Əminəm ki, gələcəkdə tərəflər arasında daha yüksək səviyyəli görüşlər, səfərlər olacaq. Hazırda isə konkret hansı səfərlərin ola biləcəyini deyə bilmərəm. Daha öncə qeyd etdiyim kimi, bu ilin iyun ayında İsveç ticarət nazirinin Bakıya səfəri olub. Biz Azərbaycan tərəfindən İsveçə ola biləcək rəsmi səfərləri müsbət qiymətləndiririk.

 

Mədəniyyət turizm sahəsində əməkdaşlıq barədə deyə bilərsiniz?

 

Turizm önəmli bir sahədir. Xüsusilə isveçlilər səyahət etməyi xoşlayır. Lakin onlar 5 ulduzlu otelləri, böyük xərc tələb edən səfərləri xoşlamırlar. Hesab edirəm ki, Azərbaycanda  xarici turistlər üçün az xərc tələb edən turizm sahəsinin inkişaf etdirilməsi daha yaxşı olardı. Xüsusilə isveçli turistlərin cəlb edilməsi məqsədilə. Bakıda çox möhtəşəm beş ulduzlu otellər tikilib, düşünmürəm ki, bu otellər tikilərkən hədəf olaraq cəlb olunacaq turist qrupu kimi isveçlilər nəzərdə tutulub. Mədəniyyət sahəsində əməkdaşlıq da böyük önəm daşıyır. Mən indi bu sahədə əməkdaşlığa dair konkret hansısa faktları deyə bilməyəcəm,  amma əminəm ki, gələcəkdə mədəniyyətlərarası mübadilə aparmaq imkanları olacaq bu barədə düşünməliyik.

 

Onu da qeyd edim ki, bu il artıq 3- ildir ki İsveç filmi Avropa Film Festivalı çərçivəsində Bakıda yerli tamaşaçılara nümayiş etdirilir. Noyabrın 8-Simon palıd ağacıfilmi Park Cinema mərkəzində nümayiş olunub. Ümid edirik ki, tamaşaçılar bu filmi bəyənib.  

 

PƏRVANƏ
 





17.11.2014    çap et  çap et