525.Az

32 addım öndə


 

“DOİNG BUSİNESS 2015” HESABATINDA MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA HAQLARININ ÖDƏNİŞİ VƏ HESABAT SİSTEMİNİN AVTOMATLAŞDIRILMASI NƏTİCƏSİNDƏ AZƏRBAYCAN ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ İRƏLİLƏYİB

32 addım öndə<b style="color:red"></b>

Sovet dönəmindən qalmış günün tələblərinə cavab verməyən pensiya sistemində köklü dəyişikliklərin başlanğıcı 2001-2005-ci illəri əhatə edənAzərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasının reallaşdırılması ilə qoyulub. Məhz bu dövrdə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılıb, vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlər həyata keçirilib. Sığorta-pensiya sosial yardım sistemlərinin biri-birindən ayrılması ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini təşkil edib.

2006- ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir. Yeni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə orta aylıq məbləği əhəmiyyətli şəkildə artıb. Bütövlükdə pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə reallaşdırılması mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaradıb. Məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılıb, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilib beləliklə, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib.

Azərbaycanın sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin müasir əsaslara təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin mərkəzləşdirilmiş avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır. Sığortaolunanların müasir məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı yaradıb. Bu isə sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım göstərib,  həm avtomatlaşdırılmış pensiya təyinatının reallaşdırılmasını təmin edib.

Sözügedən Fondun 2013- ildən reallaşdırdığı Çağrı mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatan vətəndaşa 190-a zəng etməklə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini bildirməklə  real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır.

Son illər Azərbaycanda  elektron xidmətlərin tətbiqi xeyli  genişlənib. Bu isə modern çevik idarəetmənin təmin edilməsinə, işin səmərəli təşkilinə vaxt itkisinin qarşısının alınmasına, şübhəsiz ki, öz müsbət təsirini göstərib.

Elektron hökumətportalının statistikasına əsasən, respublikada ən çox elektron xidmətlər göstərən qurumlar sırasında DSMF ilk yerlərdən birini tutur. Bu, təsadüfi deyil. Çünki adıçəkilən fondda hazırda bütün zəruri işlər görülərək məcburi dövlət sosial sığorta haqlarının ödənişi hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb. Digər tərəfdən, bütün bunlar sosial sığorta ödəyicilərinin aktiv iştiraka cəlb edilməsi istiqamətində həyata keçirilən islahat tədbirləridir.

Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb ki, bu da beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Məsələn,  “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir. Bütövlükdə isə  DSMF  tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir.

Bu gün ölkəmizdə mövcud olan pensiya təminatında bir sıra sosial sığorta ilə əlaqəli olmayan öhdəliklər sistemin maliyyə yükünü xeyli artırmaqla pensiya sisteminin xərclərinin, eləcə dövlət büdcəsindən ayırmaların (transfertin) artımını şərtləndirib. Nəticədə Dövlət Sosial Müdafiə Fondunun təsdiq edilmiş büdcəsində xərclərin məbləği 2014- ildə 2928,5 milyon manat təşkil edib ki, bu da 2006- ildəki 589,5 milyon manatla müqayisədə 5 dəfə artıb. Həmin müddətdə dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği 6,8 dəfə artmaqla, 167 milyon manatdan 1142 milyon manata, cəmi xərclərdə xüsusi çəkisi isə 28,3 faizdən 39 faizə yüksəlib.

Hazırda pensiyaçıların sayı 1,28 milyon nəfər, sığortaolunanların sayı isə 2,7 milyon nəfərdir. Bir pensiyaçıya təxminən 2,1 nəfər sığortaolunan düşür. Sığortaolunanların təxminən 1,4 milyon nəfəri muzdla işləyənlərdir onlar üzrə məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı fondunun 25 faizi həcmində ödənilir. Digərləri isə daha aşağı sosial sığorta normativi ilə (minimum aylıq əməkhaqqının 2-50 faizi məbləğində) sığorta haqqı ödəyənlərdir. Bura əsasən, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər, fərdi qaydada sahibkarlıq əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aiddir. Həmrəylik prinsipinə əsaslanan pensiya təminatı sistemi üçün bu şərtlər böyük çətinliklər törədir sığorta prinsiplərinin tam gözlənilməməsi ödənilən sosial sığorta haqları ilə əlaqəsi olmayan xərclərin xüsusi çəkisinin artımına şərait yaradır.

Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edir. Dövlət Sosial Müdafiə Fondunun  mərkəzi məlumat bazasında 1 milyon 286 min pensiyaçı 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Məlumat bazasından istifadə etməklə, Fondun öz veb səhifəsi ya elektron hökumət portalı vasitəsilə pensiyaçılar, sığortaedənlər sığortaolunanlara çoxsaylı elektron xidmətlər göstərir.

Yuxarıda qeyd edilənlərlə yanaşı, sığorta-pensiya sisteminin dayanıqlı müstəqil inkişafına nail olunması məqsədilə hazırda bir sıra  zəruri tədbirlərin reallaşdırılması qarşıda mühüm vəzifə kimi durur. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014- il  tarixli sərəncamı ilə təsdiq olunan “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyasımühüm əhəmiyyət kəsb edir. Adı çəkilən sənəddə qeyd olunur ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm əsas istiqamətlərindən biridir.

Konsepsiyada pensiya təminatı sistemində bir sıra həllini gözləyən problemlərin mövcudluğu da göstərilir. Bunlar sırasında  pensiya təminatı sistemində hazırkı şərtlər daxilində uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığının olmaması xüsusi vurğulanır. Qeyd edilir ki, hazırda pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci il 1 yanvar tarixindən əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Həmin dövrə görə yaranan dövlət öhdəlikləri, eləcə bəzi kateqoriyadan olan şəxslərin pensiyasına əlavələr sığorta prinsiplərinə əsaslanmadığından pensiya təminatı sistemində təmin olunmamış maliyyə öhdəlikləri formalaşıb. Bununla yanaşı, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi bir sıra tədbirlər nəticəsində yaranan öhdəliklərin ödənilən məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması (əmək pensiyalarının baza hissəsinin mütəmadi artımları, sistemə ödənilən sosial sığorta məbləğlərinə adekvat olmayan yüksək pensiya təminatı s.) həmin öhdəliklərin məbləğinin şərti yığım sistemində qeydə alınan pensiya kapitalına uyğun olmayan artımını yaradıb.

Əmək pensiyasının baza hissəsinin növbəti mərhələdə tətbiqinin islahat tələblərinə uyğun olmaması da narahatlıq yaradır. Belə ki,  əvvəlki mərhələdən (pensiyaların orta aylıq məbləğinin dövlət dəstəyi vasitəsilə müəyyən həddə çatdırılması) fərqli olaraq, hazırkı vəziyyətdə əmək pensiyasının baza hissəsi pensiya təminatı sistemində sığorta prinsiplərinin dərinləşdirilməsinə mənfi təsir edir. Ödənilən cəmi sığorta haqqının yarısının baza hissəsinin maliyyələşdirilməsinə yönəldilməsi, sığorta haqqı ilə pensiya arasındakı əlaqəni zəiflədir. Bu isə uzun müddət yüksək məbləğdə sosial sığorta haqqı ödəyən işçilər tərəfindən daha az müddətdə aşağı məbləğdə sosial sığorta haqqı ödəyən işçilərin gələcək pensiyalarının dolayı subsidiyalaşdırılmasına şərait yaradır. Nəticədə yüksək əməkhaqqından sosial sığorta haqlarının ödənilməsinə maraq azalır.

Sosial sığorta haqqı normativinin mövcud strukturu, yəni sığorta haqqının ödənilməsində yükün əsas hissəsinin işəgötürənin üzərinə düşməsi sığortaolunanların aktivliyinin azalmasına səbəb olur. Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir.

Konsepsiyada Azərbaycan Respublikasında pensiya təminatı sisteminin ödəmə qabiliyyətinə mənfi təsir edən bir sıra amillərin mövcudluğu da qeyd edilir. İlk növbədə, pensiya təminatı sisteminin iştirakçılarının, yəni sığortaolunanların pensiyaçıların sayı arasındakı nisbətin mövcud səviyyəsi qənaətbəxş deyildir. Bu vəziyyət əsasən pensiya təminatı sistemindən kənar amillərlə, xüsusilə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində əməyin ödənişinin təşkilində mövcud olan problemlərlə əlaqədardır. Konsepsiyada vurğulanır ki, əmək pensiyasının baza hissəsinin restrukturizasiyası işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcək. Bu, təyin olunacaq pensiyada ödənilən sığorta haqqının tam məbləğdə nəzərə alınmasına, sığorta prinsiplərinin gücləndirilməsinə şərait yaradacaq. Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası ilə bağlı olaraq minimum pensiya məbləği göstəricisi tətbiq ediləcək. Fərdi hesab məlumatlarına əsasən təyin olunan pensiyaların məbləği minimum pensiya məbləğindən aşağı olduqda, pensiya hüququ üçün sığorta stajına tələb qoyulmaqla, həmin məbləğə çatdırılacaq. Təyin olunan pensiyanın məbləği minimum pensiya məbləğindən yuxarı olduğu hallarda isə sığorta stajına tələb qoyulmayacaq. Minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaq. Pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi sistemdə baş verəcək proseslərin əvvəlcədən müəyyənləşdirilməsinə onun idarə olunması üçün qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradacaq.

Konsepsiyada, həmçinin əhalinin etibarlı pensiya təminatına nail olunması üçün məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması zəruri sayılır. Dövlət pensiya təminatı sistemində yığım komponentinin, eləcə qeyri-dövlət pensiya institutlarının təşkili üçün könüllü sosial sığortanın tətbiqi məqsədəuyğun hesab edilir. Bu məqsədlə bir sıra təşviq vasitələrinin istifadəsi nəzərdə tutulur.

Ceyhun ABASOV
Yazı Dövlət Sosial Müdafiə FondununSığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdırmövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 





17.11.2014    çap et  çap et