525.Az

Elçin İsgəndərzadənin Türkiyədə çıxan kitablarının təqdimatı olub


 

Elçin İsgəndərzadənin Türkiyədə çıxan kitablarının təqdimatı olub <b style="color:red"></b>

Ötən gün Azərbaycanda Atatürk Mərkəzində professor, şair Elçin İsgəndərzadənin 50 illik yubileyi münasibətilə Türkiyədə nəşr edilmiş kitablarının təqdimat mərasimi keçirilib.

 

Tədbiri yubilyar özü açıb, mərasimdə iştirak edən hər kəsi salamlayıb çıxışını yumorlu notlara kökləyib: “Bu tədbiri kutsal məkan hesab elədiyim Atatürk Mərkəzinin rəhbəri, millət vəkili  Nizami Cəfərov aparmalı idi. Lakin dəyərli professorumuzun son məqamda işi çıxdığı üçün iştirakı mümkün olmadı o, ərkləmən aparıcılıq səlahiyyətimi sənə verirəmdedi. Mən bu ərkə sığınaraq bu tədbiri özüm aparmağa razılıq verdim. Tale elə gətirib ki, mənə indiyədək bir çox ilklərə imza atmaq nəsib olub. Bu da bir ilk olsun ki, təqdimat mərasimini müəllif özü aparır”.

 

E.İsgəndərzadə indiyədək 50 illik yubileyi münasibətilə həm özünün, həm bir çox tanınmış müəlliflərin 25-ə yaxın kitabının yayımlandığını ilin sonunacan yayımlanacağını bildirib.

 

Müəllif bugünlərdə Türkiyədə yubileyi münasibətilə daha iki kitabının türkcə nəşr olunduğunu bildirib kitablar haqqında məlumat verib: “Bu gün burada mərhum dostumuz, dəyərli şair, rəssam Adil Mirseyidin türkcəyə tərcümə olunmuş, haqqımda qələmə aldığıHardan baxsan görünən adam Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Ankara bürosunun rəhbəri Hayrettin İvginin redaktorluğu ilə nəşr olunanMavi Mərmərəşeirlər kitabım təqdim edilir. Haqqımda yazılan hər bir kitab kimi bu nəşrlər mənə olduqca əzizdir mənim üçün dəyəri yüksəkdir”.

 

Yubilyarın çıxışından sonra Çağla Çankayanın hazırladığı, E.İsgəndərzadənin həyat yaradıcılığını əks etdirən videosüjet nümayiş etdirilib.

 

Təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət tanıtma müşaviri Seyid Əhməd Arslan, millət vəkili, şair Musa Urud, Xalq rəssamı Əşrəf Heybətov, professor Nizaməddin Şəmsizadə, yazıçı Firuz Mustafa, şairlər Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, “Kredoqəzetinin baş redaktoru Əli Rza Xələfli çıxışında yubilyarın həm elm, həm ədəbiyyat sahəsindəki uğurlarından bəhs ediblər: “Elçin İsgəndərzadə dünyanın bir çox nüfuzlu akademiyalarının həqiqi üzvüdür.  Yubilyar 200-dən çox elmi əsərin, 47 ixtiranın, 14 monoqrafiya dərs vəsaitinin, 85 bədii kitabın müəllifidir. Kitabları dünyanın 20-dən çox ölkəsində yerli xalqların dillərinə tərcümə olunaraq nəşr edilib. Avrasiyanın bir sıra ölkələrinin yaradıcı birliklərinin üzvüdür”.

 

Təqdim olunanMavi Mərmərəkitabına Hayrettin İvginElçin İsgəndərzadənin dünya mədəniyyətində yeriadlı önsöz yazıb: “Elçin İsgəndərzadə yarım əsrlik ömrünə ancaq əsrlər ərzində görülə biləcək xidmətləri sığışdırmağı bacarıb. Elçin bəyin bundan sonra da necə böyük xidmətlərə imza atacağını bilirəm. Dünyada Elçin İsgəndərzadə kimi elm sənət adamları qədər çox olarsa, bəşəriyyət sülhə, rifaha əmin-amanlığa o qədər tez yetişər”.

 

Hardan baxsan görünən adamkitabına professor Nizami Cəfərov yazdığı önsözdə isə E.İsgəndərzadənin maraqlı portret cizgiləri yer alıb.

 

Sevinc MÜRVƏTQIZI
 





17.11.2014    çap et  çap et