525.Az

“Azərbaycanın elm və ədəbiyyat çırağı – Abbasqulu ağa Bakıxanov”


 

“Azərbaycanın elm və ədəbiyyat çırağı – Abbasqulu ağa Bakıxanov” <b style="color:red"></b>

Noyabrın 14- Bakıda Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim şair Abbasqulu Ağa Bakıxanovun həyat yaradıcılığına həsr olunanAzərbaycanın elm ədəbiyyat çırağıAbbasqulu ağa Bakıxanovmövzusundadəyirmi masakeçirilib.

 

AzərTAc xəbər verir ki, tədbirdə A.A.Bakıxanovun həyat yaradıcılığını araşdıran tədqiqatçılar, elm mədəniyyət nümayəndələri, ədəbiyyatşünaslar, KİV-lərin təmsilçiləri iştirak ediblər.

 

Mərkəzin direktoru Vilayət İsmayılov Prezident İlham ƏliyevinAbbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” 2014- il 12 fevral tarixli Sərəncamını xatırladıb, bu sənədin icrası ilə əlaqədar ölkədə silsilə tədbirlərin keçirildiyini bildirib.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi Gülzar Məmmədova digər çıxış edənlər A.Bakıxanovun ədəbi yaradıcılığının bu gün aktuallığını qoruyub saxladığını, onun zəngin irsinin öyrənilməsinin təbliğinin vacibliyini vurğulayıblar.

 

Dəyirmi masada A.Bakıxanovun yaradıcılığına həsr olunan məruzələr dinlənilib. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Zaman ƏsgərliA.Bakıxanovun poeziyası”, Bakı Dövlət Universitetinin professoru Alxan BayramoğluA.Bakıxanovun bədii nəsri”, tarixçi, tədqiqatçı Fəridə BünyatovaA.Bakıxanov Avropa mətbuatımövzusunda məruzələrlə çıxış ediblər.

 

Xalq artisti, bəstəkar Tofiq Bakıxanov A.Bakıxanovun 220 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar Sərəncamın imzalanmasına görə Prezident İlham Əliyevə Bakıxanovlar nəsli adından minnətdarlığını bildirib.

 

Ədibin yaradıcılığının öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan, nəşr olunan əsərlərdən söz açan T.Bakıxanov Abbasqulu ağa Bakıxanovun xatirəsinə göstərilən yüksək hörmət ehtirama görə tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkür edib.
 





17.11.2014    çap et  çap et