525.Az

“Cəngi” fransızları yenidən heyrətə salıb


 

“Cəngi” fransızları yenidən heyrətə salıb <b style="color:red"></b>

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə ParisinGoetheXarici Mədəniyyətlər İnstitutunun konsert salonundaCəngietno-caz ansamblı yenidən fransız musiqisevərlərin qonağı olub.
 
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov konsertdən əvvəl deyib ki, ansambl Parisdə ikinci dəfədir çıxış edir. Bildirib ki, ansamblın Azərbaycanın Mədəniyyət Mərkəzində təşkil olunan birinci konserti tələbkar fransız tamaşaçılarının böyük marağına səbəb olub. “Cəngiansamblının ifasında səslənəcək caz musiqisinin ötən əsrin 30-cu illərində Azərbaycanın musiqi aləminə daxil olduğunu diqqətə çatdıran E.Əmirbəyov UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam musiqisi ilə cazın sintez olunduğunu bildirib.
 
Qeyd edib ki, bunun sayəsində caz-muğamın sintezi yaranıb, bu sahədə tanınmış cazmenlərdən Vaqif Mustafazədə Rafiq Babayevin xüsusi əməyi olub. Məhz onların ifaçılığı sayəsində caz-muğam geniş yayılıb, yeni istedadlı gənc virtuaz ifaçılar yetişib.

 

Cəngiansamblının 1992-ci ildə bəstəkar Rafiq Babayev tərəfindən yarandığını xatırladan səfir 2002-ci ildən ona Respublikanın Əməkdar Artisti Mircavad Cəfərovun rəhbərlik etdiyini, istər ölkəmizdə, istərsə beynəlxalq səhnələrdə uğurla çıxış edən ansamblın zəngin repertuarında ənənəvi milli janrlara üstünlük verildiyini bildirib.

 

Ansamblın ifa etdiyi müxtəlif musiqi nömrələri gənc müğənni Arzu Həsənlinin oxuduğu mahnılar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Konsertin tamaşaçıları arasında senatorlar, Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspor təmsilçiləri olublar.
 





17.11.2014    çap et  çap et