525.Az

Ləqəbi “Ağsaqqal” - Rəşad Məcid yazır


 

Ləqəbi “Ağsaqqal” - <b style="color:red">Rəşad Məcid yazır</b>

1998-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının media mühiti ilə tanış olmaq üçün Azərbaycanı təmsil edən jurnalist qrupunun tərkibində Qulu Məhərrəmli ilə bu ölkəyə səfərə gedənəcən onu uzaqdan-uzağa, əsasən televiziya ekranlarından tanıyırdım. Az qala gözümü açandan onu AzTV- veriliş aparan görmüşdüm.    Qrupumuzun digər üzvü isə gənc, o vaxt etirazçı jurnalist Azər Həsrət idi. Sonralar media camiəmizdə az qala əfsanəyə çevriləcək səfərimizdəki olayların bir qəhrəmanı da Azər olacaqdı.

 

lll

 

Qulu müəllimi səfərdə yaxından tanıdım. Gördüm ki, yol yoldaşı kimi əvəzsizdi, adam onunla darıxmır, ünsiyyətcildi, həlimdi. Həm 23 gün okeanın o tayında səhərdən axşamacan bir yerdə olmaq bəlkə vətəndəki neçə illik birliyi, neçə illik ünsiyyəti, söhbətləri əvəz elədi.  Amerikadan dönəndə artıq Qulu Məhərrəmli ilə min ilin dostu kimi idik.

 

Qulu müəllim hər şeyin yerini bilən, məlumatlı, intuisiyalı, açıq dünyagörüşlü insandı, həqiqət hesab etdiyi şeyləri deməkdən çəkinmir, tərifin , tənqidin sərhədlərini gözəl bilir.  Əslində, çərçivələrə sığmayan Qulu müəllimin özünün bir çərçivəsi var səfər müddətində bu çərçivədən çıxmırdı: hər gün, xüsusən axşamlar piyada gəzməyindən, yatmazdan qabaq alma yeməyindən, sutkada ən azı iki saat radiomuzun tarixi problemləri ilə bağlı yazdığıRadio dalğalarındakitabı  üzərində işləməyindən qalmırdı. Bu yandan da səfərin zəngin qrafiki, olduğumuz şəhərlərdə fərqli adamlarla görüşlərQulu müəllim bunların hamısının öhdəsindən gəlirdi. deyəsən, elə ilk dəfə orada onu bu kiçik qrupumuzaAğsaqqal”, “Rəhbərseçdik bu seçim imkan verdi ki, ən fərqli görüşlərdə belə, “Ağsaqqal, buyurdeyib Qulu müəllimi qabağa verək.

 

İçimdə bir əminlik vardı ki, Qulu müəllim üçün ən fərqli adamlarla ünsiyyət qurmaq, ən fərqli mövzularda danışmaq çətin olmayacaq: “Nyu-York taymsqəzetinin siyasi icmalçılarının suallarına ağıllı cavablar verəcək, “FOXteleviziyasının prodüserləri ilə müasir TV-nin problemlərini müzakirə edəcək, Dövlət departamentində Azərbaycanın xarici siyasətini incələyəcək, Söz Azadlığını Müdafiə komitəsində mətbuatımızın gerçək mənzərəsini cızacaq, Qocalar evinin 80 yaşlı sakinlərini maraqlandıran ən qəribə sualları da hövsələ ilə cavablayacaq, böyük qarğıdalı sahəsini gəzib fermerlə danışmağa mövzu tapacaq. onu kənardan seyr etdikcə mətbuatımızda belə səviyyəli yetkin bir insanın olmasından qürur duyurdum...

 

Çox keçmədi ki,  jurnalist camiəsində, xüsusən yaxın dostlar arasında Qulu müəlliminRəhbər”, “Ağsaqqaladı məşhurlaşdı. Hələ elmlər doktoru, professor adı almazdan biz artıq onunAğsaqqaltitulunu legitimləşdirmişdik.

 

lll 

 

1999-cu ildə Bakı Mətbuat Klubunda (“Press-klub”) Qulu müəllimin 45 yaşını xudmani bir məclislə qeyd etməyimiz yadıma düşür. O vaxt mənə bu 45 yaş elə uzaq gəlirdi ki... Amma məndən 10 yaş böyük Qulu müəllimin həmişəki nikbinliyi, şuxluğu, cavanlığı baxıb gördüyüm, soruşub öyrəndiyim məlumatlar xeyli pozitiv olurdu.

 

5 il keçdi, Qulu müəllimin 50 illik yubileyi gəldi. mən dostumun yubileyinəUstad jurnalistadlı kiçik bir təbrik yazdım. İndi həmin yazıya bir baxıram yazdığım hər bir cümlənin altına bu gün imzamı atıram: “Okeanın o tayına səfər zamanı mən təkcə ABŞ-ı yox, həm ustad jurnalist Qulu Məhərrəmlini kəşf etdim. Həmin səfər mənə həm ABŞ demokratiyasını, bu ölkədəki qeyri-adilikləri, həm Qulu Məhərrəmli kimi bir şəxsiyyəti, insanı jurnalisti yaxından tanımaq imkanı verdi. Qulu Məhərrəmli ilə birgə sonralar da səfərdə olmuşuq, bir yerdə Kiprə, Gürcüstana başqa ölkələrə getmişik. Həmin səfərlər zamanı müxtəlif müzakirələrdə Qulu müəllimin sanballı, ölçülü-biçili çıxışlarının, məqamında atdığı atmacaların, verdiyi cavabların çox şahidi olmuşam.

 

Qulu müəllim hər cəhətdən etibar ediləsi insandı. Onun elə müsbət keyfiyyətləri var ki, onlara indiki dövrdə çox az-az adamlarda rast gəlmək olur. Bu mənada Qulu müəllim onu tanıyanlar üçün qənimət adamdı.

 

Qulu Məhərrəmlinin AzTV- rəhbərlik etdiyiSəhərproqramının, heç şübhəsiz, Azərbaycan telekanallarının səhər verilişləri içərisində müstəsna yeri var. Bu proqram özünün sanbalı rəngarəngliyi ilə seçilir. Təsadüfi deyil ki, bəzən bir çoxlarıSəhərproqramı ilə AzTV-ni ayırırlar, deyirlər ki, “Səhərqurtarandan sonra AzTV başlayır. Elə bu fikrin özü Qulu müəllimin rəhbər şəxs, redaktor kimi hansı keyfiyyətlərə malik olmasının göstəricisidi. Bundan əlavə, Qulu müəllimin siyasi şərhçi kimi, ən məhdud şəraitdə belə, proseslərə özünəməxsus yanaşma tərzi həmişə böyük maraq rəğbətlə qarşılanıb.

 

Qulu Məhərrəmlinin əlli yaşı tamam olur, amma ona bu yaşı vermək çox çətindi, çünki ruhən cavandı. Bütün varlığı, xarakteri həyata bağlılığı ilə mən Qulu müəllimi cavan oğlan hesab edirəm. arzulayıram ki, Azərbaycan jurnalistikası Qulu müəllimin bu enerjisindən hələ uzun illər bəhrələnsin, onun təcrübəsindən öyrənsin. Bundan jurnalistikamız yalnız qazanmış olar”.

 

lll 

 

Qulu müəllim mənim üçün nikbinlik şuxluq nümunəsidir. Yadımdadir, 5 il əvvəl Qazaxa seminara gedirdik, artıq mən 45 yaşındaydım 55 yaşlıAğsaqqalın sərrast sürücülüyünü, çevikliyini, iti yumorunu müşahidə etdikcə özümün 10 il sonrakı halımı düşünüb  nikbinləşirdim. O, son dərəcə ciddi auditoriyada da, açıq havada Damcılı bulaqda keçirilən bir qədər sərbəst tədbirlərdə , yaxud tam açıq, rahat danışa bildiyidost məclislərində ovqatını mühitə uyğulaşdıra bilir, auditoriyanı darıxmağa qoymurdu.

 

Qulu müəllimlə çox səfərlərə çıxmışıq, daha sonra Küveytdə, dəfələrlə Türkiyənin əyalətlərində olmuşuq, Ərəbistanın istisini, Qarsın qarını görmüşük, yenə həmin qrafikinə xilaf çıxmayıb: yazmağı, gəzməyi, meyvə yeməyi ilə. Ən müxtəlif auditoriyalarda onu müşahidə eləmək imkanım olub; “Ağsaqqalın ciddiyyəti , şuxluğu da həmişə yerindədir.

 

Qulu müəllimin  AzTV-ninSəhərproqramına rəhbərlik etdiyi illərdə bu veriliş  bizim üçün ən doğma efir məkanı idi. Onun sonsuz mərhəmətindən səxavətlə istifadə edib özümüz, qonaqlarımız, dostlarımız bu verilişin qapısını ərklə döyürdük. Demək olar, hər il Mətbuat günündə mütləq o proqramın qonağı olurduq hər dəfə bayramımızı efirdən məxsusi, sevimliFeliçitailə təbrik edirdilər. İndi tez-tez çıxdığım səviyyəsini, ciddiyyətini qoruyub saxlayanSəhərproqramında Qulu müəllimdən qalan yaxşı ənənələri müşahidə edirəm.

 

Qulu müəllim pedaqoq kimi tələbələrin sevimlisidi. Tələbələri ona ərk edirlər, ehtiram da göstərirlər, hərdən istəkli müəllimləri hansısa uyğun olmayan verilişə çıxanda ya onu xoşlamadıqları adamların çevrəsində görəndə  qınayırlar da.

 

Qulu müəllimin ustad müəllimlərə, ağsaqqallara, keçmişimizə sayğısı məni həmişə təsirləndirib, düşündürüb. Həyatında ona yaxşılığı dəymiş bir kimsəni, xüsusilə müəllimlərini unutmur. Bu mənada  ondan çox şey öyrənmişəm.

 

Hansısa məsələlərə baxışımızda fərqlər olanda da mehriban ovqatda mübahisə etmişik.

 

İndi Qulu Məhərrəmlinin 60 yaşı tamam olur. Yenə şux, enerjili, qaynardı. Çox heyfslənirəm ki, televiziyalarımız bu gün Qulu müəllimin təcrübəsindən bəhrələnmir, onun müəllif proqramları efirdə yoxdu.

 

Amma Qulu müəllim yenə mediamızla, dilimizin qorunmasıyla bağlı araşdırmalarını, jurnalistikanın tədrisini, pedaqoji fəaliyyətini davam elətdirir, yenə hərəkətli, dinamik işgüzardı.

 

lll 

 

Dediyim kimi, çox səfərlərdə olmuşuq, yadda qalan, unudulmaz hadisələr az olmayıb. Antalyada Beynəlxalq konfransda rusiyalı xanım professorla bir gündə iki dəfə tanış olmasını deyib gülmüşük.  Batumdakı kiçik bir hadisə isəpoeziyamızakollektiv yaradıcılığın bəhrəsi olan bir bəndlik şeir bəxş etdi. Yazının əvvəlində Qulu müəllimin alma sevgisinə axşamlar alma yeməmiş yatmadığına eyham vurdum. Batumda da Qulu müəllimin şakərinə uyğun olaraq otelə dönəndə meyvə aldıq: əlbəttə ki, alma, amma  bu dəfə böyründə armud gavalısı ilə... Axşamkı uzun məclisdən sonra səhər tezdən ayılıb otaqda su tapmayanda aldığımız meyvələri xatırladım. Almanı dişimə vurdum, qupquru, armud daş kimi. Çönüb yöndəmsiz gavalıya baxdım ki, bu da elə onların tayı olacaqqupquru. Gavalını dişimə vurmağımla suyunun ovucuma tökülməsi bir oldu. sulu gavalının ani zövqü altında oxumağa başladım:

 

Qulu müəllim, Qulu müəllim,

Gavalısı sulu müəllim.

 

Otaq qonşularımız da zümzüməyə oyanmışdılar. Hadisədən agah oldular getdikcə bu misralardan xəbərsiz dost qalmadı. Bakıya qayıdanda əhvalatı Ramiz Rövşənə danışdım, şair: “Daha iki misra niyə, gəl bunu Qulunun sənin adına layiq düzəldək” – dedi bayatı üstündə bir bənd alındı:

 

Qulu müəllim, Qulu müəllim,

Ululardan ulu müəllim. 
Alması, armudu quru,

Gavalısı sulu müəllim.

 

Qulu müəllimin 60 yaşına yazdığım təbriki elə bu pozitiv misralarla yekunlaşdırıb, “Ağsaqqala beləcə canısulu”, şux, şən cavan qalmasını arzulayıram.
 





17.11.2014    çap et  çap et