525.Az

Mən hələ 40-cı qapını belə yaxından görməmişdim...


 

Mən hələ 40-cı qapını belə yaxından görməmişdim...<b style="color:red"></b>

Azərbaycan Tərcümə Mərkəzinin təzə nəşrə başlayanAydın yolqəzetində akademik, görkəmli tənqidçi-ədəbiyyatşunas Nizami Cəfərovla geniş bir müsahibə yer alıb. MüsahibədəNizami Cəfərov bir tənqidçi kimi müasir ədəbi prosesi izləyirmi?” sualı belə cavablandırılıb: “Bizdə ədəbiyyatın səviyyəsi var, axtarışlar gedir. Amma maraqlıdır ki, bu gün yenə ciddi, böyük ağıllı əsərləri ədəbiyyata XXI əsrin əvvəllərində gələnlər yox, 60-70-80-ci illərdə gələnlər yaradırlar”. Bu, kifayət qədər əsaslandırılmış düzgün fikrə bircə onu əlavə etmək qalır ki, həmin ciddi ədəbiyyatın ən görkəmli nümayələrindən biri yazıçı Qərib Mehdidir.

O
Qərib Mehdi ki, “Uzun yol boyuadlı çox gözəl məzmunlu novestlərlə, hekayə,esselərlə dolu, eləcə onun haqda məqalələr, şeirlərdən öz şeirlərindən, onunla aparılmış müsahibələrindən s.ibarət 40- kitabıyla bir daha oxucularının görüşünə gəlib. O Qərib Mehdi ki, Əməkdar jurnalistdir, yazıçı kimi prezident mükafatına layiq görülüb, BMT-ninŞərəf vicdanordeninə, Türk dünyası Araşdırmaları Uluslararası AkademiyasınınAltun Ulduzmedalı ilə təltif olunub, həmin Akademiyanın fəxri doktoru seçilib.

Yazıçı yeni kitabına yazdığı çox lakonik mənalı giriş sözündə təvazökarlıqla qeyd edir ki, folklorda 40- qapı 40- otaq müəmmalar, sirlər məskəni sayılır. Qəhrəman 39 qapını açır, 39 otağın içini ələk-vələk edir, bir şey tapa bilmir. Ali məqsədlərinə səcdə edilən nədirsə-işıq, sevgi həqiqət-ancaq 40- otaqda aşkarlanır.


...40-
kitabımla sənətin 40- otağın qapısını açdım. Hər otağın həqiqətini deyə bildinmi? Cavabını verin, kitablarım!”


40
kitab yəqin ki, bir səslə belə deyərdi:


Əlbəttə ki, hər otağın öz həqiqətini deyə bildin ey bizi yazan, yaradan sənətkar! Əgər deyə bilməsəydin

40
qapını aça bilərdinmi?!


40-
qapını aça bilərdinmi?!


40
qapını 40- qapını açmağınsa sirri sən demə, elə-belə yox, Günəbaxana oxşayan bir qələmin olmasındaymış!


Bütün bitkilərin (o cümlədən başqa canlıların) anası Günəşdir. Onlar analarından süd əvəzinə İşıq əmib Günəşə oxşamaq istəyirlər. Ancaq hərəsinin bir adı var.Onlardan yalnız birinə Günəşə oxşadığına görə Günəbaxan deyirlər.Yazıçının qələmi bir başqa Günəbaxandır.


Həqiqət
Günəşi hara fırlanırsa,əsl yazıçının qələmi həqiqəti demək üçün o səmtə boylanır!


...
Çoxdur Günəbaxan qələmli söz adamlarımız. Mənim Günəbaxanım-həqiqətsevər qələmim onların arasında olsaydı,özümü necə xoşbəxt hiss edərdim”.


Göründüyü
kimi, Qərib Mehdi qələmi Günəbaxana oxşadır.


Qərib Mehdi özünü xoşbəxt hiss edə bilər.


Çünki
o, bu gün həm Azərbaycanda, həm Türk Dünyasında, həm dünyada (18 dilə tərcümə olunmuş əsərləriylə, aldığı ödüllərlə mükafatlarla) ən öndə gedən görkəmli bir yazıçıdır, qələm söz adamıdır.


Gəncliyində
yazdığı məşhur bir hekayədə anasınınQərib, hey!” deyə çağırdığı oğlanı indi oxucularıDədə Qəribdeyə öyürlər, sevirlər, ona yüzlərlə şeirlər həsr edirlər.”Qərib Mehdi zirvəsisilsiləsindən məqalələr yazırlar, “Qızıl Medalödülü qızıl söz yaradan Qərib Mehdiyə çox-çox layiqdirdeyirlər. Yetirmələrindən biri Gülafət xanımın dediyi kimi buhər yazıçıya qismət olmur”.


Maraqlıdır
ki, Qərib Mehdinin layiq görüldüyüAltun Yıldız Medalıyla Türkiyədə, Belçikada, Almaniya, Rumıniyada,Suriyada, İraqda, Bolqarıstanda, Kosovada, Qırğızıstanda, Rusiyada, İranda,  Ukraynada, Qazaxıstanda yaşayıb-yaradan ədəbiyyat mədəniyyət adamlarıyla yanaşı Azərbaycanda Bəxtiyar Vahabzadə, Anar, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, İbrahim İbrahimov, Məmməd Məmmədov təltif olunmuşdur.


Gəncəli
  şair dostum Aydın Murovdağlı bu böyük hadisəni yazdığı öyünc qürur dolu bir məqaləsindəUlduzların ödül marşıadlandırıb.


İstedadlı
şairə bacım Gülayə xanım da Qərib Mehdiyə həsr etdiyiGül əvəzinə sözməqaləsində haqlı olaraq çox düzgün bir qənaətə gəlib, Amerika ədəbiyyatşünası Alfred OrtisinPoeziya haqqında elməsərində həmyerlisi Mistral haqda dediyi qiymətli sözləri Qərib Mehdiyə şamil edib.”Onun kimi söz ustalarının sənətə gəlişi əsrin hadisəsidir, çünki əsərlərində əbədiyyətin izləri var...”


Sənətə
gəliş məsələsindən söz düşmüşkən, bir misal da mən çəkmək istəyirəm.


Fransız
yazıçısı Mopassan ədəbiyyata qədəm basan kimi məşhurlaşdı. Bunun sirrini dərhal axtarıb tapdılar.Sirr nədəymiş? Sən demə, Mopassan özüylə birgə ədəbiyyata fransız ürəyi gətiribmiş!


Qərib
Mehdinin belə bir taleyi, belə bir ürəyi var. O da ədəbiyyata gələn gündən məhşurlaşmışdı.Amma bir fərqlə! O, ədəbiyyata türk ürəyi gətirmişdi!


o, həmin ürəklə yazıçılığın olduğunu oxuculara xatırladan yazıçıdır.O, yazıçılığı ölməyə qoymayan yazıçıdır.


Çünki
özü dediyi kimi, “ atası-Göy ildırım, anası Yer ocaqdır! Qibləsi Azərbaycan, allahı Haqqdır!”


Qərib
Mehdi sənət ordusunun komandiri, onun ən böyük, xeyirxah tələbərindən biri, tanınmış şair Elçin İskəndərzadənin   bir fikrinə şərik olmamaq mümkün deyil:


Tanrıma böyük Şükran hissilə bildirirəm ki, hər bir yaradıcı adam kimi mənim ömür yolumu həmişə ehtiramla andığım çox dəyərli müəllimlərim nurlandırıblar. Ömrün bu çağında ötənləri saf-çürük etdikdə o işıq selinin ən parlaq ulduzunun məhz Qərib Mehdi olması qənaətindəyəm.


Qərib, hey!” biz şagirdlərin hər birinin bitirdikləri ən ali Universitet Akademiyadır!”


Bu
qiymətli ürək sözlərinə Xalq şairi Nəriman HəsənzadəninSiz öz mürüdlərinizi yetişdirmiş sənət fədaisisinizfikrini əlavə etdikdən sonra özümə borc bildim ki, TürkiyəninYüzüncü il Universtetinin ədəbiyyat fakultəsinin doktoru Saleh Mərcanın Tuncay Ögünün Qərib Mehdinin ədəbiyyatdakı yerini çox düzgün əks etdirən mülahizələrini əlavə etdim: “Qərib Mehdinin əsərləri bütövlükdə türk dünyasının malı olmalıdır. Çünki artıq onun yaradıcılığı dünyada tanınmışdır. Qərib Mehdi dedikdə türk dünyasının qabaqcıl yazıçıları ilə bir sırada duran yazıçımız göz önünə gəlir”.


Daha
maraqlı ən önəmli bir fakt! Sən demə, Qərib Mehdinibaşasalıblar ki, sən Bakıya getsən yaxşıdır.
Nəşriyyatlar
, radio televiziyaların geniş imkanları ordadır. Tale elə gətirb ki, hətta Bakıya getmək üçün qatara bilet alıbmış. Ancaq özü etiraf etdiyi kimi Allahın nəzəri üstündə olduğu üçün fikrindən vağzaldaca daşınıb,Gəncədə qalıb.


“525-
ci qəzet mərhum Tofiq Abdinə verdiyi müsahibədə bu məsələyə Qərib Mehdi belə aydınlıq gətirib:

İsmayıllıda Musa Yaqub, Gəncədə Qərib Mehdimən (siyahını uzatmaq da olar) əyalətdə qaldıq ki,  ədəbi coğrafiyamızın əhatəliliyinə mümkün xidməti göstərə bilək.


Yazıçının
  bu fikrinə tənqidçi Rəhim Əliyevin dedikləri daha yaxşı güzgü tutur:


Sizdən xahiş edirəm, qəzeti uşaqlara tapşırıb, var qüvvənizlə işləyin, hər saatınızın qədrini bilin, Cəsarətlə Gəncənin dünyasını açıb tökün!!! Bunu siz etməsəniz, bəlkə 100 ildə heç kəsə nəsib olmayacaq”.


Tənqidçinin
arzuları çin çıxdı.


Qərib
Mehdi o dediyini etdi. Allahın lütfüylə ondan gözlənilən işi görmək ona nəsib oldu. ”Mən təltiflərin uğrunda yox, yazıların uğrunda çalışan yazıçılardanam” – deyə bildi. Uzun illər rəhbərlik etdiyiYüksəlişqəzetinin cəsarətli baş redaktoru kimiXXI əsrin ziyalısıda seçildi.


Bir
sözlə, Qərib Mehdi ədəbi aləmdə uzun yol keçdi. Çox-çox çətinliklərlə, maneələrlə, məmur diqqətsizliyi ilə üzləşdi. Sınmadı. Yoluna davam etdi.


Milli
ədəbiyyatımızı irəli aparanlardan biri kimi anladı anlatdı ki, “Zəlzələ-Kəpəz dağa pislik eyləyib onu parçaladı, əvəzində füsunkar Göy göl yaratdı”.


...
Etiraf etməliyəm ki, mən buGöy Gölü, 40- qapını belə yaxından görməmişdim.


Mən
başqalarıtək 40- qapını əfsanə sayırdım. Sanırdım ki, nağıllarda olur belə qapılar. nağıllarda da qalıb...


Lakin
böyük sənətkarın 40- kitabı nəşr olunmaqla üzümüzə ( öz üzünə!) az qala bütün 40- qapıları açdı.


mənə elə gəlir ki, Qəribin adı gələndə Söz yumşalır, Söz adama yaxınlıq verir, yaxın gəlir, Söz Adamın olur, Adam Sözün! Adam Qəribdən yazmaq yenə yazmaq istəyir!


Hətta
demək istəyir, deməyi özünə borc bilir:


Qərib Mehdi Nizamidən sonra Gəncənin söz paytaxtı statusunu özünə qaytardı!


...
Bir gün xəbər çıxır ki, Məmməd ArazaHəsən Əliyevmükafatı verilib. Bunu eşidən Mikayıl Mirzə belə deyir: “Bəzi şairlərMəmməd Araz vardırdeyə biz ölməliyikmi?” deyə deyinirmiş”.


Deyinməksə
istedadsızların, gözü darların, paxılların, cılızların köhnə adətidir.


Məmməd
Araz deyərmiş: ”Deyirlər ki, böyük istedad verilibsə, böyük təhlükələrdən özünü qoru. Qəfil badalaqlar hələ pusqudadır. Cılızların pusqusunda dayanan olmur, amma cılızlar pusquda dayanırlar”.


Hər
yerdə!Yerdə , Göydə !


Allah
iraq eləsin,40- qapının ağzında da!


Ömrün
80-ninə doğru üz tutub gedən Qərib Mehdi 40- qapıdaUzun yol boyundadır.  mən deyərdim ki, bu kitabdakı eyni adlı povest məni heyrətə saldı. Hesab edirəm ki, bu əsərdən gözəl bir bədii film alınar. Oxuduqca istər-istəməz deyirsən ki, bax, budur yazıçı sözü, yazıçı sözünün qüdrəti! Yeni kitabdakıAxırıncı telpovesti, 2 hekayə,2 esse böyük sənətkarın son dövr yaradıcılıq nailiyyətləridir. “Ölməessesi saz haqda mifdir. Bu kitabdakı əsərlər bir daha göstərir ki, Qərib Mehdinin qoşa qanadları var. Bir qanadı işıq selidir, bir qanadı saz telidir bu fəlsəfi yüklü, əsərlərin. HələlikXalq yazıçısıtitulunu öz azman sənət nümunələriylə, oxucu xalq məhəbbətiylə qazanan bu nəhəng qələm sahibiUzun yol boyupovestiyləQuş dillisənət nümunəsi yaratmağa qadir olduğunu göstərib. “Quş dilliəsər yaratmaqsa sənətkardan dərin köklərlə klassik Azərbaycan dünya ədəbiyyatı nümunələrinə dərin bağlılıq bələdlik tələb edir. Bir görürsən ki, deyirlər, filan yazıçı deyəsən nəsə yazır. Qərib Mehdi nəsə yazmır, Qərib Mehdi əsər yazır!

Romanlar
, povestlər, hekayələr, şeirlər, esselər yazanda da,məqalələr, xatirələr, resenziyalar yazanda da!


 
Quş dillinasirimizə, “Uzun yol boyuuzun yolla qol-boyun olan dəyərli yazıçımıza demək istəyirəm:


Əziz
Qərib Mehdi!


Sən
getdiyin yolla biz qol-boyunuq!


Sən
getdiyin yolun uzunluğu xalqa, millətə, Vətənə olan məhəbbət yolunun uzunluğu qədərdir!


Sən
getdiyin yolun uzunluğu milli bəşəri əxlaqın uzunluğu qədərdir!


Sən
getdiyin yolun uzunluğu əziz qələm dostumuz bütün Türk dünyasının xehirxahı şair Elçin İsgəndərzadənin çoxlarına sənə etdiyi yaxşılıqlara ehtiram hissinin uzunluğu qədərdir. Elçin İsgəndərzadə son illərdə öz müəllimi kimi sənin 12 kitabını təmannasız olaraq çap edib. bu xeyirxahlıq missiyyası davam etməkdədir. Bu missiyyaya mən sənə hədiyyə  etdiyim bir şeirlə qoşulmaq qərarına gəldim:


İnanıram
,olub bir vaxt,

Öncədə yaşayan Qərib!

Səncə yaşayan Qərib,

Məncə yaşayan Qərib!

   

Bir gör gözəl dil açıb,

Bir gör gözəl yol açıb:

Bir gör gözəl gül açıb,

Qönçədə yaşayan Qərib!

   

Quş quşlayır, ov eyləyir,

Dostlarıyla kef eyləyir.

Gözəllərə toy eyləyir,

Xonçada yaşayan Qərib!

   

Qeybət etmə, qeybət ummur,

Minnət  etmə, minnət ummur.

Qiyməti var, qiymət ummur,

Xəmsədə yaşayan Qərib!

   

Onun üçün vaxt ayrıdır,

Vaxt ayrı gün, vaxt ayrı nur!

Qocaya da vaxt ayırır,

Gəncə ... yaşayan Qərib!

   

Bu Qərib əcəb Qəribdir,

İlham Qərib, təb Qəribdir.

Bir təzə məktəb Qəribdir,

Necə ... yaşayan Qərib!

   

Bənzəri torpaq, daşadır,

Torpaq eşqiylə qoşadır.

Sanki dünyanı yaşadır,

Gəncədə yaşayan Qərib!

 





17.11.2014    çap et  çap et