525.Az

“Zaman keçdikcə, bizimlə bərabər izləyicilərimiz, oxucularımız da peşəkarlaşır” - Fotoreportaj


 

VÜSALƏ MAHİRQIZI: “VAXT GƏLƏCƏK, İNSANLAR BAŞA DÜŞƏCƏKLƏR Kİ, MEDİA MƏKANINDA ANCAQ PEŞƏKAR OLMAQLA QALMAQ MÜMKÜNDÜR”

 “Zaman keçdikcə, bizimlə bərabər izləyicilərimiz, oxucularımız da peşəkarlaşır” - <b style="color:red">Fotoreportaj</b>

Feyziyyə ilə Xəzərin sahilində

Nəsrimiz rəsmimiz olsa, başqa bir millət olardıq”. Yəhya Kamalın bu fikrini yazıya başlayar-başlamaz niyə xatırladım, bilmirəm. Məsələ burasındadır ki, məmləkətlə bağlı bütün uğurları alqışları, təəssüfləri uğursuzluqları düşünəndə gözümün qarşısında gözəl, iri bir əsər, əldən yerə düşməyən kitab dayanır. Fəqət bu əsər olmaz deyib etdiklərimizdi,  etmək istəyib edə bilmədiklərimizdi, ittihamlarımızdıçərçivəyə salıb otağımızdan asırıq, dəftərlərə yazıb... yazıb kitab kimi qoltuğumuzda gəzdirirk. Dəyişdirmək istəyirik, amma dəyişə bilmirik, başlamaq istəyirik, nədən başlayacağımızı da bilirik çox zaman, amma başlamırıq ki, başlamırıq. Boya desən boyaların ən gözəlini almağa pulumuz, kətan desən, pamdıqdan pambığımız, mənzərə desən, bağdan bağımız, çaydan çayımız, sünbüllü tarlalarımız, kitab yazmaq istəsən, qələm desən, yüzü tapılar, yazan desən mini. Amma di gəl ki...

Xəzərin sahilindəbugünlərdə on yaşı qeyd olunanAPA Holdinqin rəhbəri Vüsalə Mahirqızı ilə danışdıq.

Söhbətimiz qəfil alındı, ad günlərinə gülsüz-çiçəksiz getdiyimə təəssüf edirəm. İşini yaxşı bildiyinə, peşəkarlığına, davranışına, savadına, gördüyü işlərin keyfiyyətinə, eyni zamanda insanlığına-səmimiliyinə, sadəliyinə görə ortaq ətrafımızdan haqqında həmişə xoş sözlər eşitdim. Onunla yerində görüşdük. Yubileyqabağı hazırlıq, təbrik çələnglərinin qəbulu, ara vermədən edilən zənglər qapı arxasında dayananların içəri keçmək istəkləri. biz bu qaçhaqaçda qaça-qaça söhbətləşməli idik. Zamanımız isə çox az idi. İstədim, əvvəlcə uzun müddətdi külüng vurduğu bu sahəyə elə bir televizor monitoruna baxan kimi birlikdə baxaq, görək var, yox?

Bu mətbəxin, proseslərin içində olan insanın müəyyən məsələlərə münasibəti peşəkar alınmaya bilər. Bizim peşəkar olaraq gördüklərimizlə oxucunun kənardan gördükləri arasında çox ciddi fərqlər olur. Biz məsələlərin alt yapısını bildiyimizə görə, bəzən çox xırda şeyləri problem edə bilirik. Amma yaxın ətrafımızın rəyini alandan sonra anlayırıq ki, bunlar o qədər ciddiyə alınacaq şeylər deyil. Bu gün Azərbaycan oxucusu üçün , tamaşaçısı üçün , vizual olaraq necə təqdim olunmaqdan daha çox, təqdim olunması önəmlidir. Bir çox problemlər var ki, bunun ümumiyyətlə, oxucu ilə heç bir əlaqəsi yoxdur. Burda söhbət kadr potensialından tutmuş reklam bazarına qədər, yeni texnologiyalara adaptasiya məsələsinə, eyni zamanda, Azərbaycan mediasının dünya mediasına inteqrasiyasına qədər hər şeydən gedir. Oxucu informasiyanı dəqiq vaxtında almaq istəyir. Oxucu istəyir ki, aldığı informasiyada sual yeri qalmasın.  Necə, hansı şəraitdə, hansı vasitələrlə sualı isə artıq bizim işimizin pərdəarxası məsələləridir. Mənim tamaşaçı, oxucu baxışım yoxdur. Çünki mən bu işin bir parçasıyam.

Ölkədəki müharibə şəraiti sanki sadəcə, mətbuatımızdakı proseslərə yansıyıb; xaos, çığır-bağır, çal-çağır, atışma, vuruşma. Bir mövzuya aidiyyatı olmayan yazı başlıqları...

Belə dövrü bir zaman bizim yazılı mətbuatımız yaşayırdı. Təxminən mənim mətbuata gəldiyim illər idi – 1996-98-ci illər. Azərbaycanda çox ciddi qəzet bumu vardı burada hər cür qəzet tapmaq olardı; ciddi qəzet , qeyri-ciddi qəzet , sarı media da.  Zaman keçdi, bir ələndilər ki. Yolu yüyürə-yüyürə gedənlər yolu tez başa vururlar. Hətta hədəfi belə keçirlər, hədəf qalır geridə onda görürlər ki, məsələ bitib. Amma səbirlə, təmkinlə, çox ciddi məqsədlərlə yaşayan media seçildi o qarışıqlığın içindən çox sakit keçib yaşadı. Hazırda Azərbaycanda internet media həmin dövrünü yaşayır. Bu bir qarışıqlıq dövrüdür düşünürəm ki, bir müddət bu cür davam edəcək. Çünki indi sayt açmaq çox cazibədardır. Çünki indi internet media dünyada ən çox istinad edilən, daha çox effektiv hesab olunan media sayılır. Saytın görünüşünə baxıb düşünürlər ki, bunu yaratmağa var ki? Ölkədə iki-üç informasiya agentliyi var gün ərzində yüzlərlə xəbər istehsal edir. Gündə yüz xəbər verəcəyik, bir az da ətrafımızdakı dost-tanışın mövqeyimizə uyğun yazılarını təqdim edəcəyik, nəticədə olacağıq sayt rəhbəri. Bu, kənardan belə görünür. İşin içinə girəndən sonra isə görürlər yox, çox çətindir. Buna görə mən buna çox təbii yanaşıram, çoxlu saytlar yaranacaq, çoxlu saytlar bağlanacaq. Hətta çoxlu sayt açılıb bağlanacaq geniş oxucu kütləsinin ondan xəbəri olamayacaq. Həmin o başlıqlar da daha çox cazibədar olmaq, daha çox oxunmaq, daha çox ortada görünmək, oxucunu daha çox yanında saxlamaq istəyindən irəli gəlir. Son zamanlar sosial şəbəkələrdəki səhifələrlə bağlı apardığım monitorinq zamanı bəzi qənaətlərim oldu. Əvvəllər feysbukda marjinal səhifələr var idi. Hər şey verirdilər səhifədə, xəbərlər , müxtəlif videolar da, hansısa məşhurun paylaşdığı fikirləri şərhləri . o səhifələr iki yüz min, üç yüz min izləyici toplayırdı. Son zamanlar isə həmin səhifələrin məşhurluğu itib. Artıq ixtisaslaşdırılmış səhifələr başlayır önə çıxmağa. Bunun da səbəbi ondan ibarətdir ki, bizim internet media yeni sahə olduğu üçün, oxucuya da, izləyiciyə yeni idi. tanımadığın bir şey cazibədar olduğundan onun təqdim etdiyi hər varsa maraqlı idi. Zaman keçdikcə, bizimlə bərabər izləyicilərimiz, oxucularımız da peşəkarlaşır. Artıq o özü üçün müəyyənləşdirir ki, internetdə ona lazımdır. Oxucunu hansısa informasiya başlığı ilə aldadıb sayta baxmağa bir dəfə gətirə bilərsən, ikinci dəfə gəlməyəcək. Bununla insanları daimi oxucuya çevirmək olmaz. Ümumiyyətlə, media qurumunu iki formada sevirlər. Biri var nifrət olunan, sevilməyən, amma yenə baxılan media, biri var sevilən, həm qəbul edilən media. Hər ikisi medianı tanıtmaq üçündür. Mən ikincini üstün sayıram. Biri var yaranmağı ilə məhv olmağı arasında fərq olmayan media. Bu proses o zamana qədər davam edəcək ki, internetdə insanlar ixtisaslaşacaq qurumlar da buna görə ixtisaslaşmalı olacaqlar, beləcə, ixtisaslaşmış qurum bazarı tamamilə tutacaq, insanlar başa düşəcəklər ki, bu məkanda ancaq peşəkar olmaqla qalmaq mümkündür. Buna qədər isə biz o başlıqlara da, o videolara da, o şəkillərə dözməli olacağıq.

Mənsə qorxuram, qorxuram ki, bütün bunların axırı yaxşı olmaya. Axı, uşaqlar böyüyür...

Mən bunun oxucu kütləsi üçün o qədər fəsadını görmürəm. Çünki oxucu üçün seçim var. Ciddi saytlarda şou xəbərlər vermək təxminənSamsungmağazasında çimərlik paltarı satmaq kimi bir şeydir. Düzdür, hipermarketlər var, amma onlar portallardır. Bu isə ayrı-ayrı saytların bir yerdə verilməsidir, bir saytda hər şeyin verilməsi deyil. Biz öz şirkətimizdə hansı saytı niyə yaratdığımızı bilirik. Oxucu da bunu bilir. Lent.az-la APA-nın tamamilə fərqli profili var, fərqli xəbər siyasəti var. Eyni fərq ailəm.az-la kulis.az-a da aiddir. Mənə elə gəlir ki, ziyan istədiyini bilməyən media qurumuna olacaq. Cəmiyyətin itirəcəyi bir şey yoxdur. Bizim şirkətin digər saytlarına girişin göstəricilərində bəzən ziqzaqlar müşahidə edilsə , bu, APA-da hər zaman düz xətt üzrə olub. qədər sayt yaranır-yaransın, onun öz oxucusu var. Məni heç vaxt ip maraqlandırmayıb. Mən reklam şirkətləri ilə danışanda da onları ip ilə cəlb etməmişəm. Mən heç kimin qarşısında şərt qoymuram ki, saytın bir milyon izləyicisi olmalıdır. Mənim qarşıma qoyduğum məqsəd odur ki, adamlar bu sayta birbaşa gəlsin, hansısa axtarış sistemindən yox. 

Telefon zəngi söhbətimizi yarımçıq qoyur yenə. Söhbətə ara verməyimizdən istifadə edən Vüsalə xanım qarşı divardakı monitordan bir nəfərin əlində gül çələngi qapı arxasında dayandığını görər-görməz, qarşılamağa qərar verir. QonaqTəbrik edirəm, o gün olsun yüz illiyini qeyd edəsinizdeyib tələsik qapıdan çıxandan sonra, qayıdıram ki, “O günü siz görəsiniz”. Vüsalə xanım, “Mən o günü görməyəcəmdeyib söz altında qalmır. Hərçənd bundan sonra daha doxsan il yaşamaq o qədər çox deyil. Tale qəza-qədəri uzaq, təbiət sağlamlığı rəva bilsə, var ki? Yenə hansısa zəngə cavab verib nəyisə dəqiqləşdirənə qədər mən arxadakı monitora sarı çevrilirəm.  APA.TV-nin verilişi gedir. Yadıma ədəbiyyat yönümlü jurnal qəzetlərin ətrafındakı qalmaqallar düşür. Hamı rəhbər olmağa iddialıydı, bunlar rəhbər olanda nəsə dəyişəcəkmiş, formatda, keyfiyyətdə fərq olacaqmış. Hər şey dəyişir, zaman gəlir rəhbərlər dəyişir bir gün. Elə yenə həmin şeirlər, həmin şəkillər... Vüsalə xanım telefonu yerə qoyan kimi tez-tələsik soruşacam görüm televiziyalardan şikayətçi olduğu zamanlar arzuladıqlarını edə bildimi, görmək istədiyi verilişləri aça bildimi?

Yalnız bir hissəsini edə bildim. Hamsını tətbiq eləmək mümkün deyil. Yenə eyni məsələyə qayıdıram. Məsələnin bir tamaşaçı tərəfi var, bir peşəkar tərəfi. Onları etmək üçün kadr potensialı, cəmiyyətin özünün hazırlığı olmalıdır. Söhbət təkcə televiziyanın kadr potensialından getmir. Xəbər saytından fərqli olaraq televiziya cəmiyyətlə işləyir. İstədiyin verilişi almaq üçün müğənnisindən tutmuş psixoloquna qədər insanların hadisələrə münasibəti yüksək olmalıdır. Bu cür insanlar isə azdır. Həftənin əvvəlində verilişə ekspert çağırmısansa həftənin sonuna verilişi təkrarlamalısan. Sosioloq psixoloqların hamısının danışmaq imkanları yoxdur, televiziyanın tələbləri başqadır. Burada vizual görüntüdən tutmuş danışıq qabiliyyətinə qədər hər şey əsasdır, kamera ilə təmas bacarığı buna imkan verməlidir. Deyək ki, beynəlxalq mövzuda bir veriliş açdıq. İnan ki, ora ekspert çağırmağa çox çətinlik çəkərik. Televiziyanın özünün kadr yetişdirmək imkanları olsa belə, bu, aparıcı deyilən vizuallıqla bitmir, axı. Burada onlarla ixtisaslar var. Bizim televiziyaçıların əksəriyyəti sovetlər dövründə ixtisaslaşmış mütəxəsislərlə çalışırlar həmin mütəxəssislərin yeni texnologiyalara adaptasiya prosesi var. Bu ikinci faktordur. Üçüncü faktor isə hər ikisindən önəmlidir. Biz hamımız deyirik ki, Azərbaycan televiziyalarına baxmırıq. Bunu onunla əlaqələndiririk ki, şou göstərirlər, vaxtımızı ona sərf etmək istəmirik s. Lakin necə deyərlər, gözümüzün gördüyü reallıq da var. Mən müxtəlif məsələlərlə bağlı sosial şəbəkələrdə monitorinq aparmağı sevirəm. Sosial şəbəkədə bir verilişdə iki müğənninin davasını paylaşırlar. Həmin günlər ərzində Azərbaycanda çox ciddi qanun qəbul olunur, Qarabağla bağlı danışıqlar gedir, çox ciddi hadisələr baş verir, bunların heç biri müzakirə mövzusu olmur, amma günlərlə iki müğənninin davasının müzakirəsi gedir. Bu o deməkdir ki, özümüzü aldatmayaq, Azərbaycan tamaşaçısı məhz buna baxır. Bizim media olaraq funksiyalarımızdan biri əyləndirmək, biri məlumatlandırmaq, biri maarifləndirməkdir. İndi arqument gətirəcəklər ki, iki müğənninin davasını verməsinlər, baxmayaq. Axı, Azərbaycan televiziyasının heç biri yalnız iki müğənninin davasını vermir. Bu, bir verilişdir, iki verilişdir. Bu kanallar iyirimi dörd saat veriliş yayımlayır orta səviyyədə, lap aşağı səviyyədə olsa belə, bir ictimai veriliş, bir sosial veriliş verirlər. Oxuyan, yazan adamların həmin verilişlərə baxıb onları tənqid etmələrini, ekspert rəylərini müzakirəyə çıxarmalarını görmürük.

Vaxtın tapılmayan vaxtında söhbət yaman qızışır. İstəyirəm deyəm ki, bu hələ mübahisəli məsələdir, günahkar tamaşaçıdırmı, televiziya kanallarıdırmı? Axı, bircə dövlət kanalına möhtac olduğumuz zamanlarda hamı otururdu baxırdı, dinləyirdi, həm eşidirdi. Beş dəqiqə bir yerdə dayanmayan uşaqlar uzun-uzadı muğam dinləyirdi. Uşaq demişkən, tamaşaçı da elə uşaq kimidir, axı, onların hər istədiyini eləmək olmaz. Bunu o vaxt bilirdilər. Məncə, indi bilirlər...

Cəmiyyət bunu niyə istəyir? Bu çox ciddi sosial araşdırmanın, bəlkə , bir elmi işin mövzusudur. İndiki cəmiyyət o cəmiyyət deyil, axı. Bəli, bunu Azərbaycan mediası, Azərbaycan televiziyaları formalaşdırdı. İndi əlimizdə 18-25 yaşında olan kütlə ki varmənim hədəfim onlar olub, çünki sabah onlar cəmiyyətin idarə olunmasında xüsusi yer tutacaqlarartıq bu cür formalaşıb: feysbuk uşaqları, tvitter nəsli, sosial şəbəkə nəsli. Bəlkə tamaşaçımızın bir hissəsi peşəkarlaşdı, amma televiziyalarımız, mediamız uyğunlaşa bilmədi tirajımızı itirdik. Bunun son dərəcə müxtəlif səbəbləri var. Burada müxtəlif xarici dövlətlərin apardığı işlərdən tutmuş medianın daxilində gedən proseslərə qədər çox işlər var. Ola bilsin, bir milli reytinq şirkəti yaransın. Mən özümüzü aldatmağın tərəfdarı deyiləm. Sosial şəbəkələrdə paylaşılan verilişləri misal gətirdim. Bu ki reytinq məsələsi deyil. Bunun çox ciddi əsasları təhsillə, ailə institutu, dost çevrəsi, eyni zamanda, gənclərlə aparılan işlə bağlıdır. bu gün desək ki, sabahdan bütün televiziyalarda çox ciddi verilişlər veriləcək, çox ciddi konseptlə çıxış edəcək bayağı məsələlər olmayacaq, bu, yanlış yanaşmadır. Bunlar çox ciddi zaman alan, təhsildən tutmuş gənclər siyasətinə, informasiya siyasətinə qədər bütövlükdə konsepsiya halında həll olunmalı məsələlərdir. Bütün hallarda cəmiyyət bu stereotiplərdən çıxmalıdır. Bütün dünyada şou biznes kriminal xəbərlər öndə gedir. Amma bu, oxucuların, tamaşaçıların alt şüuruna təsir səviyyəsində olmamalıdır. Amma bu, bizdə bu alt şüura təsir göstərəcək səviyyədədir.

Artıq qalxmalı idik. Razılaşdığımız kimi, söhbətin davamını maşında, sonra getdiyimiz tədbirdə bir köşəyə çəkilib etməliydik. Sonra da düz Xəzərin sahilinə. Vüsalə xanımın maraqla tələm-tələsik hazırlanma prosesinə baxa-baxa qapıdan çıxıb qaçmağa hazır dayanmışdım. Ona baxıb həm klassik şairlərin uyğun şeirlərini yadıma salmaq istəyirəm. Amma onun sürməsi vardı, ənlik-kirşanı, di gəl, bu vaxtsızlıqda, qaçhaqovda saçları səliqə ilə daranmışdı. Əynində qəşəng donu. Bu qədər işim olmasa da, bir az tələsiyə düşəndə təsadüfən bir maşının şüşəsində özümü görəndə, “ilahi, bu tökülüb itən pırpızbaş kimdi?” deyib  səksənirəm . Bəs, o necə çatdırır görən? :)

Çox az makiyaj edirəm. Sevmirəm makiyajı. Bunun bir səbəbi odur ki, hər gün makiyaj edəndə səni hər gün eyni formada görürlər, bir tədbirə gedəndə bir dəyişik görünüşün olmur. Başqa bir səbəbi odur ki, uzun müddət makiyajda qala bilmirəm. Əvvəl makiyaj elə, sonra da onu silmən bu prosesi sevmirəm. Salonda vaxt keçirməyi xoşlamıram. Amma görür-görsün, qadın baxımlı səliqəli olmalıdır. Məndə yeganə kompleks yaradan saçımın formada olmasıdır.

Nağıl dili yüyrək olar, onda görürəm ki, maşındayıq. Sevimli (fotoqraf xanım əfəndi) Firəngiz qabaqda, sürücünün yanında oturub Vüsalə xanımın bu cür qaçhaqovla yaşadığınaşokdayamehmalını edərək bizi çəkmək istəyir. Gülüşürük. bu kişi zəhmətkeşliyi, kişi yorulmazlığı, möhkəmliyi ilə çox sərt görünən xanım əfəndi, təpədən-dırnağa, gülüşü, yerişi, danışığı, rəftarı ilə özü boyda bir qadındır, anadır. Onun bu arxayınlığının arxasında yəqin ki, bir qoruyan, qayğısına qalan qoruduğu, qayğısına qaldığı kimsə var.

İnternetdə tanış olmuşuq Ediplə. İyirmi altı yaş mənim idi, otuz iki yaş onun. Hər ikimizin yaşımızın elə çağı idi ki, artıq məntiqlə qərar verə bilərdik. Mən düşünürəm ki, iki insanın bir-biri ilə münasibəti o zaman uğurlu alınır ki, onların ailələri bir-birinə yaxın olur. Söhbət qohumluqdan getmir, düşüncə etibarı ilə yaxınlıqdan gedir. Biz bir-birimizin ailələrinə qonaq getdik, ailələrimiz gördü ki, biz bir-birimizə uyğunuq; böyük-kiçik subardinasiyaları, hadisələrə münasibət s. Onunla mənə çox rahatdır. Mənim prinsipim ondan ibarətdir ki, insanlar bir-biri üçün rahat olmalıdır. Yeni evlənən xanım əməkdaşlar hərdən aşırı qısqanclıq edəndə deyirəm, qan olmayıb ki, səni alıb, qoy adam həyatını yaşasın da. Eyni şey kişilərə aiddir. Birimiz od olanda, birimiz su ola bilirdik. Qərarı verməyimə həmin faktor çox önəmli rol oynadı.

Bu da çox maraqlı faktdı. Heç kiçik olmayan ölkə, öz sahəsində kifayət qədər fəal xanım, ətrafda eyni peşə bu peşəyə yaxın sahələrdə çalışan əks cinsin nümayəndələri, bir az uzaq Türkiyə internet tanışlığı. Fikrim, bayaqdan tez-tez yemək yeyən adamlar kimi cavablarımı tələsik cavablandıran müsahibimi duruxdurur. Düşünür.

... Mən bir az qismətə inanan adamam. Ətrafımdan bu cür təkliflər alırdım daim. Münasibətimiz təxminən bir il çəkdi. Hər ikimiz gəldik Ankaraya. O məni evlərinə dəvət etdi mən ailəmizdən icazə alıb getdim evlərinə. O məni ailəsi ilə tanış elədi. Bir neçə gün evlərində qonaq qaldım. Sonra atası, anası ilə bizə gəldi...

Virtualda aldığınız enerjini həyatda tapmayacağınızdan qorxmurdunuz ki? Yəni bu ehtimal var, həm bir xeyli...

Bir dəfə onunla yazışanda dalaşdıq. Mövzu Azərbaycan-Türkiyə münasibətləri idi. Ondan telefon nömrəsini istədim, o da yazdı. Zəng edəndə gördüm səsi görünüşündən daha cazibədardır. Mən ilk aldığım o təəsüratdan qorxurdum deyə görüşü altı ay uzatdım. Amma görüşəndə gördüm yox,  mən qədər emosional idimsə, o da bir o qədər səbrli idi. Adamlarla dava etməyi sevmir. Məsələlərə çox aydın baxır. Məsələn, uşaqla davranışında həddindən artıq tolerantlığına səbrsizlənirdim. Sonra gördüm yox, bu elə mənim adamımdır bu adam məni yola verəcək.

Rəhbər xanım bir xeyli işçisi olan yerindən evə gedəndə hökmlə danışar yəqin evdə. Amma hərçənd Vüsalə xanımı həyatda ilk dəfə görsəm , bu bizim ilk söhbətimiz olsa da, bu haqda sualı ona elə sual xatirinə verdim. Çünki o heç evdə hökm edənə oxşamırdı. Əksinə, ailədəki qadın qayğısını, qadın mehribanlığını, qadın istiliyini, anlayışını, güzəştə getmələrini göstərənə daha çox oxşayırdı. Bu hər halda mənim təəssüratım idi əlbəttə ki.

Necə olmuşdusa, bir dəfə Edip deyəndə qızım Sara eşitmişdi, hərdən onu bərk danlayanda deyir ki, mama, mən sənin işçin deyiləm. Mən düşünürəm ki, evin kandarından içəri girdinsə, artıq rəhbərlik bitir. Edip ailənin başındadır, övladımın atasıdır. Müəyyən məsələlər var ki, onunla razılaşdırılmalıdır belə olur. Elə məsələlər var ki, mənim hansı işdə işləməyim, hansı mövqedə olmağım qətiyyən onun problemi deyil. Onun yeməyi vaxtında olmalıdır, paltarı da səliqədə. Bir tədbirə gedəndə, onunla bağlıdırsa, yanında olmalıyam. Vaxtaşırı onun ailəsini ziyarətə getməliyəm. Onlar bura gəlirsə, mütləq mütləq vaxt ayırıb qaynatama qaynanama diqqət, qayğı göstərməliyəm. Hesab edirəm ki, mənim işimin bu məsələlərə heç bir aidiyyatı yoxdur. Gün ərzində müxtəlif pozisiyalarda oluruq. Onlardan biri həyat yoldaşı olmaq pozisiyasıdır.

Mənə elə gəlir ki, Vüsalə xanımın uğur açarının biri elə ömür-gün yoldaşının əlindədir. Çünki uğur qazanmış qadının əri möhkəm biri olmalıdır. Dəstək olmaq həm mane olmamaq deməkdir, sözün hər mənasında qısqanmamaq deməkdir.

Otuz iki il bir yerdə yaşayasan, orda doğulasan, böyüyəsən, ailən orda, tələbə yoldaşların orda sən birdən hər şeyi atırsan tamamilə yeni bir həyata başlayırsan. Bu çox çətindir. Bütün bunları qoyub gəlmiş adam kimin uğruna gəldiyini bilir.

Başımla təsdiqləyirəm. Hər halda bu asan qərar deyil. Əlbəttə, gəlməyə bilərdi...

Biz danışanda demişdim ki, mənim işim budur. Bizim münasibətlər rəsmiləşəcəksə, heç zaman burdan getmək fikrim yoxdur. Dedi, mən özüm gələrəm. Bu çox ciddi addımdır. bunu hər kişi eləməz. Məsələn, mən eləməzdim, eləmədim . Biri var ki, sənin buna ehtiyacın olur, hansısa dalınca gedəsən. Onun bir klinikada çox gözəl işi var idi, çox zəngin çevrəsi, çox imkanlı, bir-birinə çox isti münasibətləri olan ailəsi var. Hətta anası bir neçə il alışa bilmirdi buna, ağlayırdı, gündə bir neçə dəfə zəng edib məndən oğlunun yediyini soruşurdu. Yəni bu qədər şeyi qoyub gəlmək mənim boynumda çox böyük yükdür. O adamı incidə bilmərəm. Xoşbəxtəm bu, işdəki uğuruma çox ciddi təsir edir.

Birdən fikir verirəm ki, axı, müsahibimin danışığında az da olsa, qardaş ölkənin ləhcəsini, sözlərini eşitmədim. Bizdə adətdir, axı...

Yoldaşım da Türkiyə türkcəsinin qorunmasının tərəfdarıdır. Azərbaycanca danışıram, o başa düşür.

Yəni hərə özdilindədanışır?( gülüşürük).

Qızım mənəmamadeyir, bu mənim məğlubiyyətimdir əlbəttə, amma atasınaatademir, “babadeyir. Türklərdə dilə sadiqlik bizdəkindən daha çoxdur. Mən qədər çalışsam da, o burda azərbaycanca danışsın, alınmır buna ehtiyac görmür, deyir, onsuz da danışanda onu başa düşürlər. Eyni zamanda, mən göstərirəm ki, bizim dilimiz var daha zəngindir (gülür).

 





17.11.2014    çap et  çap et