525.Az

11 partiya sədrinə "yox" deyildi


 

11 partiya sədrinə "yox" deyildi<b style="color:red"></b> Bakı Şəhər İcra Hakimiyyəti 11 pariya sədrinin piket keçirilməsi üçün müraciətinə mənfi cavab verib. 

Bu barədə Lent.az-a Klassik Xalq Cəhbəsi pariyasınından məlumat verilib.

Qeyd edək ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan partiya sədrlərinin (KXCP, Müsavat Partiyası, ADP, Ümid Partiyası, Azadlıq Partiyası, Liberal-Demokrat Partiyası, VİP, Aydınlar Partiyası, Böyük Azərbaycan Partiyası, AXP və Azad Demokrat Partiyası)  iştirakı nəzərdə tutulan piket planlaşdırılmışdı.

Onlar aksiyanı Prezident Admnistirasiyası, Milli Məclis və Ali Məhkəmənin qarşısında keçirmək istəyiblər. Amma BŞİH qeyd olunan ünvanlarda aksiya keçirilməsini məqsədəuyğun saymayıb. 
 





17.11.2014    çap et  çap et