525.Az

Hesablama Palatası Baş Prokurorluğa müraciət etdi


 

Hesablama Palatası Baş Prokurorluğa müraciət etdi<b style="color:red"></b>

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Lent.az-ın Palataya istinadən verdiyi məlumata görə, iclasda bir neçə məsələ müzakirə edilib. Dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu  və ehtiyat fondlarından Ağsu rayon İcra Hakimiyyətinə sosial infrastruktur layihələrinin maliyyələşdirilməsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011- 2013-cü illər və 2014-cü ilin birinci yarımili üzrə Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, dövlət büdcəsindən  Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar  daxilolmaların, həmçinin dövlət büdcəsindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsi üzrə audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar  qəbul edilib.

Palata Kürdəmir rayonunda “Mollakənd-Axtarçı-Öyləqulu avtomobil yolunun tikintisi” obyekti üzrə yerinə yetirilməmiş işlər üzrə ödənişlərin edilməsi, görülən işlərin yarasızlığı və bu kimi digər maliyyə pozuntusu hallarına, nöqsan və çatışmazlıqlara yol verməklə dövlətə külli miqdarda ziyan vurulması ehtimalını nəzərə alaraq nəzarət tədbir üzrə yoxlama materiallarını Baş Prokurorluğa göndərib.
 
Qeyd edilmiş nəzarət tədbirlər üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb. 

Kollegiyada, eyni zamanda, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin, həmçinin digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və istifadəsinə  dair  Audit proqramı təsdiq edilib.

 





17.11.2014    çap et  çap et